“İnanıram ki, Slovakiyanın sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək”.
İstiqlal.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak jurnalistlərə açıqlamasında bildirib: “Biz, əlbəttə ki, vəziyyətin inkişafını yaxından izləyirik. İnanıram ki, Slovakiyanın sədrliyi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verəcək”. Azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirən M.Layçikin sözlərinə görö, bu, iki ölkə arasında inamı, etimadı artırır, gərginliyi azaldır və atmosferi mülayimləşdirir. “İnanıram ki, bu səfər siyasi şəraiti yaxşılaşdıracaq”.