Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”

27/11/2019 [00:28] - Gündəm (371)



Ramiz Rzayev Elmira Axundovanı niyə haqlı çıxarır?
Azərbaycanda deputatların adlarının korrupsiyaya bulaşması adi hal alıb. Qanun deputatın bizneslə məşğul olmasını birmənalı şəkildə qadağan edir. Buna baxmayaraq adamlar qanunverici orqanda əyləşib qanunu pozurlar. Korrupsioner fəaliyyətlərini davam etdirirlər. Xalq üçün deyil, mandatın verdiyi imkanlardan özlərinin varlanmasına yararlanırlar. 

Deputat Rafael Cəbrayılov biznesindən doğan qalmaqalın sonucu olaraq bu ilin oktyabrında deputat mandatından imtina etməli oldu. Amma illərdir adı qalmaqalların əsas siması kimi keçən, hələ də parlamentə gedib gələn biznesmen deputatlar var. Onların sırasında Elmira Axundovanın ismi ilk yerlərdədir. Bu xanım deputat biznes fəaliyyətini oğlu Həbib Axundovun adına çıxarır. Hər fürsətdə “oğlum bizneslə məşğuldur” deməkdən də usanmır. Müxtəlif hesablamalara görə Elmira Axundovanın varidatı bir neçə 10 milyondur. İddialara görə deputatlığı dövründə topladığı sərvətin dəyəri 30 milyon manatı aşır. Onun Müdafiə Nazirliyi, Təhsil Nazirliyinin elan etdiyi tenderlərdə iştirakını təsdiqləyən səs yazıları bu gün saytlarda yayılmaqdadır. 

Elmira Axundovanın oğlu Həbib Axundovun bizneslə məşğul olmağa nə vaxt tapdığı da suallar doğurur. Mətbuatda, sosial şəbəkələrdə Həbib Axundovun baş qəhrəmanı olduğu çeşidli xəbərlər var. Həmin xəbərlərdən belə aydın olur ki, deputat oğlunun günü eyş-işrətdə keçir. Bundan başqa dələduzluq cinayəti, modelin dənizdə müəmmalı şəkildə batması və s. səpkili xəbərlərdə də deputat oğlunun adı keçir. Elmira Axundovanın biznes məşğuliyyətini təsbit etmək üçün müvafiq dövlət qurumlarının, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin hərəkətliliyi kifayət edər. Maraqlıdır ki, deputat biznesindən doğan mübahisələri məhz mandatın verdiyi imkanlardan yararlanmaqla aşırır. Bunun özü də elə korrupsiyadır. 

Bu ayın əvvəlində Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Elmira Axundovanın cavabdeh kimi keçən işə baxıb. Fərman Məmmədovun Elmira Axundovaya qarşı “şərəf və ləyaqətin müdafiəsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə qərar verib. Deputatın oğlu Həbib Axundovun  Fərman Məmmədov, Şahin Məhərrəmova, Sabir Ağayevə və Feyruz Həşimova qarşı “şərəf və ləyaqətini ləkələyən həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə, Fərman Məmmədovun Həbib Axundova qarşı “onun barəsində yaydığı həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinə, Elmira Hüseyn qızı Axundovanın Fərman Məmmədova, Şahin Məhərrəmova, Sabir Ağayevə və Elvin Vəliyevə qarşı “barəsində yayılan həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” barədə tələbinə və Fərman Məmmədovun Elmira Axundovaya qarşı “şərəf və ləyaqətin müdafiəsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Fərman Məmmədov və vəkili Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 4 iyul 2019-cu il tarixli qərarından əlavə kassasiya şikayəti veriblər. 

Ramiz Rzayev hesab edib ki, əlavə kassasiya şikayətində göstərilən dəlillər kassasiya instansiyası məhkəməsinin qərarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz.

Görəsən Elmira Axundova deputat olmasaydı, böyük sərvət sahibinə deputatlığı dövründə çevrilməsəydi Ramiz Rzayevin qərarı necə olardı? 
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
06/12/2019 [16:32]:
Sərbəst güləş üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
06/12/2019 [15:51]:
Dünyanın ən ucqar nöqtəsində yaşayan, yaşlarını belə, bilməyən qəbilə haqda ilginc faktlar - FOTOLAR
06/12/2019 [15:22]:
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
06/12/2019 [15:03]:
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirilib
06/12/2019 [14:58]:
"Bakcell" şirkəti "Bakutel 2019"da son nailiyyətlərini nümayiş etdirir
06/12/2019 [14:50]:
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
06/12/2019 [14:20]:
IOC-un İcraiyyə Komitəsi FIFA prezidentinin quruma üzv olmasını tövsiyə edib
06/12/2019 [13:50]:
Qaz tranzitinə dair Ukrayna-Rusiya danışıqları baş tutmayıb
06/12/2019 [13:23]:
Futbol matçları zamanı stadionlarda pivə satışına icazə veriləcək
06/12/2019 [12:48]:
Azərbaycanda ilk dəfə klassik vokalçıların ümumrespublika festivalı keçiriləcək
06/12/2019 [12:35]:
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağac əkdilər - AKSİYA
06/12/2019 [12:22]:
Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb
06/12/2019 [12:20]:
Prezident və xanımı Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06/12/2019 [11:51]:
Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb
06/12/2019 [11:17]:
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib
06/12/2019 [10:49]:
2021-2022-ci illərdə ATƏT-ə sədrlik edəcək ölkələr müəyyənləşib
06/12/2019 [10:00]:
Parisdə etirazlar zamanı 71 nəfər saxlanılıb
05/12/2019 [23:59]:
İçki sexinin fəaliyyəti məhdudlaşdırılıb
05/12/2019 [22:46]:
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
05/12/2019 [21:20]:
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
05/12/2019 [20:52]:
AFFA-nın baş katibi UEFA-ya hesabat verib
05/12/2019 [19:44]:
Prezident Şamaxıda yeni inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
05/12/2019 [19:40]:
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib
05/12/2019 [19:19]:
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
05/12/2019 [18:55]:
Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsi açılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Əli Həsənov öz xahişi ilə azad edilib?
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
Azərbaycanda turizm əhəmiyyətli daha bir yol yenidən qurulur
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Anar Ələkbərov Prezidentin köməkçisi təyin edilib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin