Agentlik: Son 3 ildə bəzi dövlət qurumlarının xidmətlərində inkişaf görünməyib

27/11/2019 [11:20] - Gündəm (269)



Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “ASAN xidmət indeksi” üzrə 2018-2019-cu illəri əhatə edən qiymətləndirmə nəticələrinə dair təqdimat keçirilib.

Məlumata görə, Universitetin prorektoru Fariz İsmayılzadə bildirib ki, "ASAN Xidmət"lə birgə bu tədbir 3-cü dəfədir keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib ki, "ASAN xidmət" tərəfindən qazanılmış təcrübənin digər dövlət qurumları tərəfindən tətbiq edilməsi baxımından "ASAN Xidmət indeksi" qiymətləndirilməsi vacib əhəmiyyət kəsb edir. Hər il müxtəlif dövlət qurumlarının, eyni zamanda yerli icra hakimiyyətlərinin xidmətləri qiymətləndirilir. Agentlik sədrinin müavini bildirib ki, bu tapşırığın yerinə yetirilməsi məqsədilə 2018-2019-cu illər ərzində Dövlət Agentliyi tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 336 xidməti, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 234 xidməti və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 47 xidməti daxil olmaqla, ümumilikdə 617 xidmət qiymətləndirilib: "Nəticələr açıqladıqdan sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin saytında da yerləşdiriləcək. 2016-cı ildən bu günə qədər bəzi dövlət qurumları tərəfindən göstərilən xidmətlər "ASAN Xidmət indeksi" parametrlərinə uyğun olaraq inkişaf etdirilib və daha yüksək səviyyəyə aparılıb. Bəzi dövlət qurumları tərəfindən göstərilən xidmətlər isə eyni səviyyədə qalıb, çox cüzi hallarda inkişaf görünməyib. Bu indeks qiymətləndirilməsi imkan verir ki, onlar öz nəticələrini və xidmətlərinin keyfiyyətini kənardan olan qiymətləndirici tərəfindən görsünlər və inkişafla bağlı işlər tədbirlər həyata keçirsinlər".

Təqdimat mərasimində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin əməkdaşı Beyrək Tanrıverdili hesabatın nəticələrini açıqlayıb. B.Tanrıverdili bildirib ki, qiymətləndirilmənin 54 faizini mərkəzi, 38 faizi yerli icra hakimiyyəti orqanlarının, 8 faizi isə hüquqi şəxslərin payına düşüb: "Qurumlar üzrə statistikaya nəzər yetirsək, ümumilikdə 25 mərkəzi icra hakimiyyəti orqanının xidmətləri qiymətləndirilib. Bunlar içərisində ən çox xidmətləri olan qurumlardan Vergilər Nazirliyinin 56, Əmlak Məsələləri Dövlət Komitəsinin 41, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 40, Ədliyyə Nazirliyinin 39, Daxili İşlər Nazirliyinin 25 xidməti qiymətləndirilib. Yerli icra hakimiyyəti orqanları arasında Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının xidmətləri qiymətləndirilib. Ən çox xidməti qiymətləndirilən yerli icra hakimiyyəti orqanı Binəqədi və Nəsimi rayon icra hakimiyyətləridir. Hüquqi şəxslər içərisindən "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin 3, "Azərsu" ASC-nin 14, "Azəriqaz" İstehsalat Birliyinin 20, "Azərişıq" ASC-nin 10 xidməti qiymətləndirilib".

B.Tanrıverdili bildirib ki, qiymətləndirmə ümumilikdə 5 ulduz sistemi üzrə formalaşdırılan 143 altmeyarı özündə ehtiva etməklə xidmətlərin cari yoxlanılmasını ifadə edir: "Burada 1 və 2 ulduz xidmətin göstərilməsi ilə bağlı zəruri şərtləri ehtiva edirsə, 3 ulduz kafi vəziyyətin göstəricisidir. 4 və 5 ulduz isə xidmətin ən yaxşı göstərilməsini bildirir. Məsələn, əgər dövlət qurumunda növbə sistemi vars, 1 ulduz, elektron növbə varsa 2 ulduz, onlayn qaydada növbə götürmək imkanı varsa, 3 ulduz üzrə altmeyara aiddir. Əgər onlayn növbənin dəyişdirilməsi imkanı varsa, bu, artıq 4 ulduza aiddir. Bütün bunlar xidmətin mərhələli şəkildə təkmilləşdirilməsini ifadə edir".

Qurum nümayəndəsi bildirib ki, ümumilikdə mərkəzi icra hakimiyyəti orqanlarının bütün parametrləri üzrə ən yaxşı nəticə göstərən 25 xidmət (7 faiz) müəyyən edilib: "196 xidmət 1 ulduz (58%), 37 xidmət 2 ulduz (11%), 39 xidmət 3 ulduz (12%) və 39 xidmət də (12%) 4 ulduz nəticə əldə edib. Ötən illə müqayisədə mərkəzi icra hakimiyyəti orqanları 1 ulduz səviyyəsində artım əldə edib (25 faizdən 58 faizədək), 2 ulduz səviyyəsində azalma olub (33 faizdən 11 faizə), 3 ulduz səviyyəsində azalma (35 faizdən 12 faizə), 4 ulduza artım (7 faizdən 12 faizə) müşahidə edilib. 5 ulduz səviyyəsi isə ötən il olmasa da, bu il 7 faiz olub. Ötən il olduğu kimi, bu il də bütün parametrlər üzrə ən yaxşı nəticə göstərən xidmət müəyyən edilməyib".

Qiymətləndirmə nəticələri elan olunduqdan sonra nöqsan və çatışmazlıqlarla bağlı müzakirələr aparılıb.

Qeyd edək ki, qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
Noyabr;n 0-a hava proqnozu
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
Xəbər lenti
30/11/2020 [09:41]:
Ceyhun Bayramov iranlı həmkarına başsağlığı verdi
29/11/2020 [23:52]:
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? - rəsmi
29/11/2020 [23:08]:
Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
29/11/2020 [22:16]:
“Qarabağ” xal itirib - XI tur
29/11/2020 [21:34]:
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
29/11/2020 [20:48]:
Bakıda 550 küçə dezinfeksiya edilib
29/11/2020 [20:03]:
İranda koronavirusdan ölənlərin sayı 48 minə çatır
29/11/2020 [19:15]:
Qurban Qurbanov koronavirusa yoluxub - yenilənib
29/11/2020 [18:22]:
Paşinyan: 7 rayonun Azərbaycana təhvil verilməsinin alternativi yox idi
29/11/2020 [17:51]:
Londonda karantin tədbirlərinə qarşı aksiya keçirilib: 155 nəfər saxlanılıb
29/11/2020 [17:08]:
Xırdalanda baş verən uçqunla bağlı rəsmi məlumat
29/11/2020 [16:23]:
Noyabr;n 0-a hava proqnozu
29/11/2020 [15:36]:
Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib
29/11/2020 [14:42]:
Azərbaycanda COVID-19-a 4170 yeni yoluxma qeydə alınıb
29/11/2020 [13:59]:
ANAMA işğaldan azad olunan Suqovuşana çəkilən magistral yolda təmizləmə işi aparır
29/11/2020 [13:07]:
Azərbaycan komandas bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
29/11/2020 [12:18]:
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
29/11/2020 [11:29]:
“Associated Press” ermənilərin Gəncəyə raket hücumunun nəticələrini işıqlandırdı
29/11/2020 [10:36]:
2016-cı ildə Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti itirəcəyik"
29/11/2020 [09:41]:
"Ermənistan 28 il Ağdamda şəhər genosidi həyata keçirib" - Hikmət Hacıyev
28/11/2020 [23:34]:
“Qalatasaray” Rizədə darmadağınla qələbə qazanıb
28/11/2020 [22:43]:
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
28/11/2020 [21:52]:
Prokurorluq və Daxili İşlər Nazirliyi əhaliyə xəbərdarlıq etdi - rəsmi
28/11/2020 [21:46]:
Bərpa olunan enerji tutumu hazırda 136 qiqavatdır - Hindistanda
28/11/2020 [21:05]:
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Kəlbəcərin işğaldan azad olunması: rayonun iqtisadi potensialı və gözləntilər
İşğaldan azad edilən şəhər və kəndlərimiz - siyahı
“The Jerusalem Post”: Azərbaycan İsrail üçün mühüm ölkədir
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub - rəsmi
Avropa Mərkəzi Bankı: Avrozonadakı bankları çətin günlər gözləyir
"Ermənistan ordusu tamamilə məhv oldu" - keçmiş baş nazir
"Qarabağ" klubu UEFA-nın qərarına etiraz edəcək
Dağlıq Qarabağda 180-dən artıq yaşayış məntəqəsi Azərbaycana veriləcək
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin