Dövlət başçısı Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb

26/11/2019 [16:27] - Siyasət (211)



Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İstiqlal.az xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli Valeri Vasilyeviç. Hörmətli qonaqlar.

Sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz. Rusiyanın və NATO-nun ali hərbi komandanlığının Bakıda görüşlər keçirməsi yaxşı bir ənənəyə çevrilib. Biz bunu yüksək qiymətləndiririk. Keçən il üç dəfə belə görüş olub. Bu il artıq ikinci görüşdür. Yəni, bu ənənə artıq yaşayır və düşünürəm ki, davam edəcək. Biz bunu bizə böyük etimad əlaməti kimi qiymətləndiririk. Ona görə ki, belə görüşlərin keçirildiyi yer çox ölkələr ola bilərdi, lakin seçim Bakının üzərinə düşüb və artıq üçüncü ildir ki, bu ənənə davam edir, - görüşlərin təməli 2017-ci ildə qoyulub, - bu, o deməkdir ki, bu məkan nəticə verir. Biz belə düşünürük.

Əlbəttə, hər bir görüş, zənnimcə, bütün dünyada ümid doğurur. Ona görə ki, təkcə bizim regionda deyil, həm də dünyada təhlükəsizlik və sülh sizin əldə etdiyiniz razılaşmalardan asılıdır. Buna görə biz, əlbəttə ki, bundan qürur duyuruq. Bunu həm də bizim aramızda böyük etimada əsaslanan münasibətlərin əlaməti kimi qəbul edirik. Bu gün ən yüksək səviyyəyə çatmış münasibətlərimizin qədim tarixi də bunu təsdiq edir.

Mehriban Əliyevanın Moskvaya dünən başa çatmış rəsmi səfəri də bizim münasibətlərin yüksək səviyyədə olmasını bir daha təsdiq etdi. Biz bu səfəri çox yüksək qiymətləndiririk. Başa düşürük ki, bu, beynəlxalq siyasətdə görünməmiş hadisədir, dövlətdə birinci şəxs olmayan adam Prezident tərəfindən, özü də dünyanın aparıcı ölkəsinin Prezidenti və dünya siyasətçiləri arasında bir nömrəli Prezident tərəfindən ən yüksək səviyyədə qəbul edilir. Zənnimcə, bu, təkcə mənim fikrim deyil, rəhbərlərin böyük əksəriyyətinin fikridir. Biz dəvət faktının özünü, münasibətlərin səviyyəsini, Mehriban Əliyevanın şəxsən Prezident tərəfindən ali “Dostluq” ordeni ilə təltif edilməsini və bu təltifdən sonra deyilən sözləri çox yüksək qiymətləndiririk. Biz bütün bunları çox yüksək qiymətləndiririk və əlbəttə, şadıq ki, ölkələrimiz arasında münasibətlər bu cür yüksək səviyyəyə çatıb. Əlbəttə, Hökumətin sədri ilə, Federasiya Şurasının sədri ilə görüşlər də çox konstruktiv, zəngin olub və həmçinin regionlararası yubiley forumunun keçirilməsi və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılması – bütün bunlar bizim əlaqələrin möhkəmlənməsi işində çox mühüm addımlardır. Əminəm ki, növbəti il də səmərəli olacaq. Gələn ay Vladimir Vladimiroviçlə görüşümüz olacaq.

Əlbəttə, sizin məşğul olduğunuz sahədə də müsbət dinamikanı görürük. Sizin Bakıya hər gəlişiniz, o cümlədən hərbi əməkdaşlığı, çox uğurla inkişaf edən hərbi-texniki əməkdaşlığı bir daha müzakirə etmək və gələn il qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirmək üçün bir fürsətdir. Hesab edirik ki, Rusiya ilə Azərbaycan arasında həm ənənəvi istiqamətlərdə, həm də yeni istiqamətlərdə əməkdaşlıq potensialını artırmağa imkan var. Ona görə də bir daha xoş gəlmisiniz. Qarşıdakı görüşdən yaxşı nəticələr arzu edirəm.

X X X

Görüşdə tərəflər beynəlxalq və regional təhlükəsizlik problemlərini, həmçinin hərbi və hərbi-texniki əməkdaşlığın aktual məsələlərini, o cümlədən müdafiə idarələrinin Xəzərdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Qarabağa görə 2021-ci ilin dövlət büdcəsi dəyişdirilir - təhlil
Xəbər lenti
25/11/2020 [00:18]:
Vergi Məcəlləsində dəyişiklik edildi
24/11/2020 [23:29]:
Ramin Musayev: Dövlət icazə verərsə, kubokun finalını Qarabağda keçirmək istəyirik
24/11/2020 [22:42]:
33 obyektdə sanitariya-gigiyena tələbləri pozulub - rəsmi
24/11/2020 [22:09]:
İlham Əliyev Vladimir Putinlə Qarabağdakı vəziyyəti müzakirə edib
24/11/2020 [21:58]:
Xalq artisti Əjdər Həmidov vəfat edib
24/11/2020 [21:16]:
Bakı Kitab Mərkəzinə 100-dən çox ərəb dilində kitab hədiyyə olunub
24/11/2020 [20:37]:
Britaniyadakı azərbaycanlı icması BQXK-ya müraciət edib
24/11/2020 [20:11]:
“Brent” markalı neft 47 dollar həddini keçdi
24/11/2020 [19:36]:
Məhkəmə həbsdə olan sabiq icra başçısı ilə bağlı qərar verdi
24/11/2020 [19:01]:
Yeni tikilən binalara niyə qaz verilmir?
24/11/2020 [18:47]:
Bakıdakı “Təzə bazar” dekabrın 1-dək köçürüləcək
24/11/2020 [18:20]:
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb
24/11/2020 [18:09]:
Azərbaycanda bir gündə koronavirusa yoluxma və ölüm sayı kəskin artdı
24/11/2020 [17:35]:
Noyabrın 25-ə hava proqnozu
24/11/2020 [16:38]:
Azərbaycan kubokunun püşkü atılıb
24/11/2020 [15:49]:
Çavuşoğlu: "Rusiya ilə münasibətlər Türkiyənin xarici siyasətinin vacib tərəfidir"
24/11/2020 [15:01]:
Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
24/11/2020 [14:24]:
Dünyada koronavirusa yoluxanların sayı 59 milyon nəfəri ötdü
24/11/2020 [14:07]:
Azərbaycandakı banklar valyuta hərracında 63 milyon dollara yaxın vəsait cəlb ediblər
24/11/2020 [13:36]:
BQXK Qarabağdakı kontingentini 4 dəfə artırır
24/11/2020 [13:08]:
“Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi layihəsi qəbul edildi
24/11/2020 [12:49]:
ABŞ və Avropa İttifaqı münasibətləri müzakirə olunub
24/11/2020 [12:10]:
Köçəryan, Sərkisyan, diz çökdünüz qabağımızda - İlham Əliyev
24/11/2020 [11:57]:
Ermənistan Qarabağ ermənilərinə pul ayıracaq? - Rusiya KİV-ləri yazırlar
24/11/2020 [11:02]:
BMT Qarabağda minaların təmizlənməsində Azərbaycana kömək edəcək
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qarabağda quruculuq işlərinə artıq start verildi - şərh
Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub - rəsmi
Ağdam yenidən ticarət mərkəzinə çevriləcək - təhlil
Azərbaycan cüdoçusu Praqada Avropa çempionu olub
Qulamhüseyn Əlibəyli: Humanizm yarımçıq ola bilməz...
Rusiya XİN: Ermənistan qoşunlarının Ağdam, Kəlbəcər və Laçından çıxarılması davam edir
Ordumuz Ağdama Azərbaycan Bayrağını sancıb - rəsmi
Azərbaycanla İordaniya arasında tarixi abidələrlərlə bağlı müzakirələr
Türkdilli ölkələrin beyin mərkəzlərinin görüşü Şuşada keçirilə bilər
Faiq Qarayev: “Dağlıq Qarabağda beynəlxalq yarışlara ev sahibliyi edəcəyik”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin