2003-cü ildə başlayan ABŞ - İraq müharibəsi 2011-ci ildə son çatıb.
Lakin müharibənin fəsadları hələ də davam edir. İraqda müharibə bitdikdən sonra qüsurlu doğulan uşaqların sayı artır.
2003-cü ildə İraq ərazisinə girən ABŞ ordusu İraqda 500-dən çox hərbi baza qurdu. Bu hərbi bazalarda radioaktiv silahlar saxlanılırdı. Müharibədən sonra tərk edilmiş tanklar və silah sursatlar ətraf mühiti məhv etdi. Müharibənin bitməsindən 9 il keçməsinə baxmayaraq, İraqın bəzi bölgələrində müharibənin izlərini görmək mümkündür. Belə bölgələrdən biri də Fəllucadır. Fəlluca və ona yaxın əyalətlərdə dünyaya gələn qüsurlu uşaqların sayı çoxalır.
Ətraf mühitin çirklənməsi və toksikologiya bülletenindəki məlumata görə, müharibədə istifadə edilən ABŞ və NATO silah-sursatının İraqda geniş yayılmış bir xəstəliyə səbəb olduğu iddia edilir.
Tədqiqatlarda Fəllucada və İraq ətrafında radioaktivlik səviyyəsinin artdığı bildirilir. Bölgədə doğulan uşaqlarda beyinə su yığılması, ayaqlarda qüsurlar və onurğa xəstəliklərinə daha çox rast gəlinir. Bölgədəki doğuş qüsurları ilə bağlı çox sayda tədqiqat aparılıb.
2009-cu ildə "The Guardian" nəşrində dərc edilən bir reportajda həkimlər, Fəllucada qüsurlu doğulan uşaqların əvvəlki illərə nisbətən 15 qat daha çox olduğunu və bunun müharibədən gələn zəhərli maddələrlə əlaqədar olduğu bildirib.
2010-cu ildə Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasında da, əvvəlki illərə nisbətən dünyaya gələn körpələrin əksəriyyətinin qüsurlu olduğu bildirilib. Artıq son illərdə İraqda gənc qadınlar ana olmaqdan qorxur.
Rəqəmsal Yayım İnstitutu tərəfindən hazırlanan bir hesabata görə, Fəllucada Hirosima və Naqasaki ilə müqayisədə xərçəng, leykemiya və körpə ölümü daha yüksəkdir.
Müharibənin təsirləri Fallujah adlı tviitter səhifəsində davamlı olaraq yayılır.