Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi

22/11/2019 [15:23] - Dünya (57)



İsrail Hərbi Hava Qüvvələrinin noyabrın 19-dan 20-nə keçən gecə Dəməşq aeroportuna endirdiyi raket zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun “Əl-Qüds” briqadasının qərargahı darmadağın edilib. Zərbələr nəticəsində iranlıların, o cümlədən İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli nümayəndəsinin öldüyü bildirilir.

Virtualaz.org xəbər verir ki, ötən gecə İmageSat İnternational şirkəti Suriyaya növbəti hava zərbələrinin nəticələrinə dair peykdən çəkilmiş fotoları yayıb. Fotolarda “Əl-Qüds” qüvvələrinin yerləşdiyi iki bina görünür. Onlar tamamilə darmadağın edilib. Binalardan biri Dəməşq beynəlxalq aeroportunda, digər isə Mezze hərbi aerodromunda yerləşir. 

Dağıdılan binalardan biri Dəməşq aeroportundakı məşhur “Şüşə ev”dir. Orada “Əl-Qüds” briqadasının kəşfiyyatı və İranın Suriya əməliyyatlarının qərargahı yerləşirdi. Hazırda binalar tərk edilmiş vəziyyətdədir, orada hər hansı aktivlik nəzərə çarpmır. İsrail hərbi qaynağı bildirib ki, hücum zamanı binada iranlılar işləyirdi. “Biz Dəməşq beynəlxalq aeroportundakı binaya hücum etdik, orada iranlılar işləyirdi. Biz hesab edirik ki, iranlılar arasında ölən və yaralananlar var”,-mənbə deyib.

Peyk fotolarına əsasən dağıdılmış binaların yanında xilasetmə və təcili yardım avtomobillərinin uzun növbəsi var. Hava zərbələri zamanı habelə Suriya Hava Hücumundan Müdafiə Qüvvələrinin 6 batareyası, habelə silah anbarları məhv edilib.
Deyilənə görə İsrail Suriya diktatoru Bəşər Əsədi birbaşa xəbərdar edib ki, zərbələrə müqavimət göstərməsin, əks halda Suriya ordusunun obyektləri vurulacaq. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə hava zərbələri nəticəsində 23 nəfər ölüb, onlardan 16-ı iranlılardır.

1974-cü ildən bəri İsrailin Suriyaya qarşı həyata keçirdiyi ən irimiqyaslı hava əməliyyatı zamanı dağıdılan “Şüşə Ev” də iranlıların qərargahının yerləşdiyi çoxdan məlum idi. Bu haqda ilk dəfə 2016-cı ildə “Daily Mail” qəzeti yazıb. İran müxalifətindəki qaynaqlara istinad edən qəzet yazırdı ki, binanın üçüncü və dördüncü mərtəbəsində “Əl-Qüds” qüvvələrinin qərargahı yerləşir. Birinci mərtəbədə isə yaralı iranlı zabitlər üçün palatalar yaradılıb. Binanın zirzəmisində isə İnqilab Keşikçilərinin əks-kəşfiyyat və logistika bölmələri yerləşirdi. Habelə binada İranın Suriyadakı əməliyyatları maliyyələşdirmək üçün gizli xəzinəsi var və orada milyonlarla nəğd dollar saxlanılır.
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Xəbər lenti
11/12/2019 [16:34]:
Azərbaycanlı məşqçi "Sevilya"ya gedir
11/12/2019 [16:18]:
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
11/12/2019 [15:43]:
Rusiya helikopterləri Azərbaycanda təmir olunacaq
11/12/2019 [15:23]:
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
11/12/2019 [14:55]:
Rusiyanın bu bölgəsində azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu
11/12/2019 [14:21]:
ABŞ prezidenti Donald Trampa rüşvətxorluq maddəsini yükləmək istəyirlər
11/12/2019 [13:44]:
Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib
11/12/2019 [13:15]:
ABŞ Slovakiyanın 7 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib
11/12/2019 [12:50]:
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq
11/12/2019 [12:22]:
Gənclərə sahibkarlıq təlimləri keçirilib
11/12/2019 [12:22]:
Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub
11/12/2019 [11:49]:
Azərbaycan kuboku - 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi
11/12/2019 [11:20]:
NATO ilə Rusiya komandanları gələn il görüşə bilər
11/12/2019 [10:47]:
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
11/12/2019 [10:00]:
Ərdoğan: “Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”
10/12/2019 [23:59]:
AQTA əkin sahələrində monitorinqlər aparıb
10/12/2019 [22:52]:
Fransada etirazçılar neftayırma müəssisələrini mühasirəyə alıblar
10/12/2019 [21:33]:
10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
10/12/2019 [20:54]:
Maskerano Veronun klubu ilə müqavilə bağladı
10/12/2019 [19:52]:
Rusiya hərbçiləri ilk dəfə Raqqa şəhərinə girib
10/12/2019 [18:25]:
İlk Azərbaycan-Rusiya regionlararası gənclər forumu 2020-ci ildə Şahdağda keçiriləcək
10/12/2019 [17:55]:
İordaniya Kralının Azərbaycana rəsmi səfəri başa çatıb
10/12/2019 [17:32]:
"Rusiya düşmənimiz deyil, münasibətləri düzəltməyə çalışırıq"
10/12/2019 [16:48]:
Qızıl və dollar kəskin şəkildə bahalaşdı
10/12/2019 [16:00]:
“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ançelotti gələn həftə qovula bilər
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Elmar Məmmədyarov Latviyaya gedəcək
Hərbi qulluqçumuz vəfat edib
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Prezident: "Gənc peşəkar kadrlara imkan verək ki, onlar özlərini göstərsinlər "
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin