“Haqq mənəm” tamaşasının premyerası olub

21/11/2019 [16:17] - Mədəniyyət (190)



R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

İstiqlal.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev bildirib ki, tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb: “İctimai Birliyin layihəsi “İmadəddin Nəsiminin 650 illiyinə “Haqq mənəm” adlı tamaşa” adlanır. Bu layihəyə uyğun olaraq İrəvan teatrı “Haqq mənəm” tamaşasının premyerasını təqdim edir. Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi münasibəti ilə “Nəsimi ili” çərçivəsində ölkəmizdə və ölkədən kənarda həyata keçirilən bir-birindən maraqlı tədbirlər sırasında teatrımızın xalqımıza layiqli sənət töhfəsi olacaq”.

Sonra “İrəvan Mədəni İrsinin Təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərminə Ağayeva çıxış edərək qeyd edib ki, İrəvan teatrının kollektivi bütün fəaliyyəti dövründə vətənpərvərlik missiyası ilə Azərbaycan teatr sənətinin inkişaf etdirilməsinə vicdanla xidmət edib.

Sonra “Haqq mənəm” tamaşası nümayiş olunub. Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Tamaşada Nəsimi obrazını Natiq Həziyev, Əmir Teymur rolunu Əməkdar artist Rəşid Rzayev canlandırıb.

Qeyd edək ki, Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır. Haqq nədir? Nəsimi haqqı hər yerdə, Allahda, onun yaratdıqlarında, hər qəlbdə, hər əməldə axtarır. Tapa bilirmi? Bu sualın cavabı sirdir. Dünyanın özü kimi. Nəsimi dühası cahana sığmayan uca haqqın özüdür.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
11/07/2020 [20:32]:
Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb
11/07/2020 [18:42]:
NASA və Yaponiya Ayı birgə tədqiq edəcək
11/07/2020 [17:57]:
ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır
11/07/2020 [16:41]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:40]:
IEA ABŞ-da neft hasilatının artacağını proqnozlaşdırır
11/07/2020 [16:28]:
İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib
11/07/2020 [15:49]:
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO
11/07/2020 [15:33]:
Yaş corab geyinməyin faydaları - VİDEO
11/07/2020 [15:02]:
Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib
11/07/2020 [15:01]:
Prezident bu icra başçısını işdən çıxardı - Sərəncam
11/07/2020 [14:51]:
10 minə yaxın məhkum azad ediləcək
11/07/2020 [13:30]:
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
11/07/2020 [12:46]:
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə salıb
11/07/2020 [12:14]:
Azərbaycan da Rusiya kimi maska rejimini ləğv edə bilərmi?
11/07/2020 [11:44]:
Liviya limanlarla neft ixracını bərpa edir
11/07/2020 [11:14]:
İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir
11/07/2020 [10:47]:
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
11/07/2020 [10:19]:
“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər...”
11/07/2020 [10:00]:
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək
10/07/2020 [23:57]:
"Keşlə" anqolalı hücumçusu ilə müqaviləni yeniləyib
10/07/2020 [22:39]:
TAP kəmərinin İtaliya hissəsinə qazın vurulmasına avqustda başlanacaq
10/07/2020 [21:47]:
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
10/07/2020 [21:38]:
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin