Sədr: "Yaşıl dəhliz" sisteminin tətbiqi biznesin inkişafına münbit şərait yaradıb"

20/11/2019 [10:34] - İqtisadiyyat (174)



Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BP şirkətinin vergi məsələləri üzrə baş direktoru Yan Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan Dövlət Gömrük Komitəsinin sədri S.Mehdiyev BP şirkəti ilə gömrük orqanları arasında əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

DGK sədri Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatların gömrük sistemində idarəetmənin təkmilləşdirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin olunması istiqamətində uğurların əldə olunmasına şərait yaratdığını vurğulayıb, informasiya texnologiyalarının tətbiqi, risklərin idarə edilməsi, avtomatlaşdırılmış idarəetmə sistemi sahəsində Azərbaycan gömrüyünün artıq nümunəvi təcrübəyə sahib olduğunu diqqətə çatdırıb.

Komitə sədri aparılan islahatların müsbət nəticələri barədə məlumat verərək, son iki il ərzində 2 milyard manata yaxın əlavə vəsaitin dövlət büdcəsinə ödənildiyini diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin sədri bildirib ki, Azərbaycan Gömrük Xidmətinin son illər əldə etdiyi əsas uğurlardan biri də qaçaqmalçılığa, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədir. Belə ki, son iki ildə ölkədən tranzit keçməklə Avropaya aparılan 2 tona yaxın narkotik vasitələr qanunsuz dövriyyədən çıxarılıb.

Daha sonra S.Mehdiyev Azərbaycan gömrük sistemində aparılan son islahatların nəticəsi olaraq Azərbaycan istənilən dövlətlə qarşılıqlı güzgülü statistika aparıla biləcəyini də bəyan edib və dövlətlərarası ticarət dövriyyəsinin düzgün həyata keçirilməsinin, ilkin məlumat mübadiləsinin vacibliyini diqqətə çatdırıb.

Komitə sədri “Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqinin biznesin inkişafına, ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, könüllü riayət mədəniyyətinin formalaşmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, şəffaflığın təmin olunmasına, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsinə, ölkənin ixrac potensialının artırılmasına münbit şərait yaratdığını qeyd edib.

Qeyd edilib ki, cari ilin fevral ayının 1-dən etibarən tətbiq edilən “Yaşıl dəhliz” buraxılış sisteminin idxal-ixrac əməliyyatlarında payı yüksəkdir.

BP şirkətinin vergi məsələləri üzrə baş direktoru Yan Lyons BP şirkətinin Dövlət Gömrük Komitəsi ilə birbaşa qurulan əlaqələrindən bəhs edib, qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirib.

Şirkətin həyata keçirdiyi irimiqyaslı layihələrin icrasında gömrük orqanlarının müstəsna roluna toxunan baş direktor Azərbaycanın gömrük xidmətindəki yenilikləri, aparılan islahatları və şəffaflığı yüksək qiymətləndirib.

Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
03/08/2020 [23:57]:
Paytaxtda və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq
03/08/2020 [21:36]:
BNA: Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək
03/08/2020 [20:54]:
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da işləyəcək
03/08/2020 [18:57]:
"Microsoft" Trampdan çəkinərək “TikTok”u almaqdan vaz keçdi
03/08/2020 [18:32]:
Məktəblər sentyabrda açılacaq?
03/08/2020 [17:33]:
Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür
03/08/2020 [17:30]:
Çimərliklər bu saatadək açıq olacaq
03/08/2020 [17:15]:
Rayonlara getməyə icazə veriləcək?
03/08/2020 [17:14]:
Sahibkarlara 250 manat yardım veriləcək
03/08/2020 [16:16]:
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
03/08/2020 [16:10]:
Yubilyar kino xadimləri təbrik edilib
03/08/2020 [15:50]:
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
03/08/2020 [15:29]:
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
03/08/2020 [15:25]:
Jurnalist aclıq aksiyasını davam etdirir
03/08/2020 [14:37]:
Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
03/08/2020 [14:29]:
Çin hökuməti Azərbaycana tibbi ekspertlər qrupu göndərir
03/08/2020 [13:25]:
“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
03/08/2020 [12:36]:
İki bacı 50 ildən sonra koronavirus sayəsində bir-birini tapıb
03/08/2020 [12:15]:
ABŞ fransızlardan 100 milyon dozalıq COVİD-19 peyvəndi alır
03/08/2020 [11:49]:
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
03/08/2020 [11:12]:
Türkiyə və İspaniya freqatları Egey dənizində...
03/08/2020 [10:48]:
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
03/08/2020 [10:00]:
"Barselona" Rakitiçi satır
02/08/2020 [23:59]:
"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
02/08/2020 [21:56]:
"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə erməni müğənninin konserti ləğv olundu
Azərbaycanda benefisarlar haqda niyə danışılmır?
Hərb tariximiz Azərbaycan muzeylərində
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin