Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...

18/11/2019 [21:51] - Cəmiyyət (89)



Avtomobil Yolları Dövlət Agentliyi Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin müraciətinə operativ reaksiya verib.

Xatırladaq ki, Azpost.info-ya göndərdikləri müraciətdə sakinlər  Prezident İlham Əliyevə və Agentliyin rəhbəri Saleh Məmmədova Bakı-Astara magistralından Boradigaha və 10-dan artıq kəndə gedən yolun tamamilə dağıldığını yazmışdılar. Bunun səbəbindən  Boradigah qəsəbəsi də daxil olmaqla 10-dan artıq kəndin sakinləri mənzil başına çatmaq üçün alternativ yollardan – Lürən- Musaküçə kəndinin ərazisindən və Masallı şəhərinin içindən istifadə etmək məcburiyyətində qalırlar.

AYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Azpost.info-ya açıqlamasnıda bildirib ki,  əhalinin müraciəti ilə tanış olublar: “Sakinlər Boradigah qəsəbəsinə magistraldan ayrılan yolu nəzərdə tuturlar. O yol Dövlət Agentliyinin balansında yox, icra hakimiyyətinin və bələdiyyənin balansında olan yoldur. Bizim balansda belə bir yol yoxdur”.

A.Nəcəflinin sözlərinə görə, buna baxmayaraq AAYDA rayonlar üzrə tədbirlər planı hazırlayıb:  “Yaxın gələcəkdə Masallı rayonunu əhatə edən planlarımız var. Bizim balansımızda olan, Boradigaha uzanan, oradan da keçməklə digər kəndləri əhatə edən yolların yenidən qurulması  nəzərdə tutulur. Maliyyə vəsaiti ayrıldıqca həmin layihələr icra olunacaq”.

A.Nəcəfli qeyd edib ki, Xıl-Seyidlər-Sərçuvar- Sirəbil-Boradigah-Qumbaşı yolu, Ərkivan-Boradigah-Rudəkənar-Mololan yolu  Boradigahdan keçməklə həm Masallı şəhərinə, həm də magistrala çıxışı təmin edən alternativ yollardır.

“Əgər deyilən yolla, yəni magistraldan ayrılıb birbaşa Boradigaha gələn yolla bağlı icra hakimiyyətindən təklif gəlsə, Nazirlər Kabinetindən qərar olsa biz həmin yolun yenidən qurulmasını həyata keçirə bilərik”-deyə A.Nəcəfli vurğulayıb.

Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Xəbər lenti
11/12/2019 [16:34]:
Azərbaycanlı məşqçi "Sevilya"ya gedir
11/12/2019 [16:18]:
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
11/12/2019 [15:43]:
Rusiya helikopterləri Azərbaycanda təmir olunacaq
11/12/2019 [15:23]:
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
11/12/2019 [14:55]:
Rusiyanın bu bölgəsində azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu
11/12/2019 [14:21]:
ABŞ prezidenti Donald Trampa rüşvətxorluq maddəsini yükləmək istəyirlər
11/12/2019 [13:44]:
Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib
11/12/2019 [13:15]:
ABŞ Slovakiyanın 7 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib
11/12/2019 [12:50]:
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq
11/12/2019 [12:22]:
Gənclərə sahibkarlıq təlimləri keçirilib
11/12/2019 [12:22]:
Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub
11/12/2019 [11:49]:
Azərbaycan kuboku - 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi
11/12/2019 [11:20]:
NATO ilə Rusiya komandanları gələn il görüşə bilər
11/12/2019 [10:47]:
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
11/12/2019 [10:00]:
Ərdoğan: “Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”
10/12/2019 [23:59]:
AQTA əkin sahələrində monitorinqlər aparıb
10/12/2019 [22:52]:
Fransada etirazçılar neftayırma müəssisələrini mühasirəyə alıblar
10/12/2019 [21:33]:
10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
10/12/2019 [20:54]:
Maskerano Veronun klubu ilə müqavilə bağladı
10/12/2019 [19:52]:
Rusiya hərbçiləri ilk dəfə Raqqa şəhərinə girib
10/12/2019 [18:25]:
İlk Azərbaycan-Rusiya regionlararası gənclər forumu 2020-ci ildə Şahdağda keçiriləcək
10/12/2019 [17:55]:
İordaniya Kralının Azərbaycana rəsmi səfəri başa çatıb
10/12/2019 [17:32]:
"Rusiya düşmənimiz deyil, münasibətləri düzəltməyə çalışırıq"
10/12/2019 [16:48]:
Qızıl və dollar kəskin şəkildə bahalaşdı
10/12/2019 [16:00]:
“Mançester Yunayted”in kilidini aça biləcək adam odur”
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ançelotti gələn həftə qovula bilər
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Elmar Məmmədyarov Latviyaya gedəcək
Hərbi qulluqçumuz vəfat edib
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Prezident: "Gənc peşəkar kadrlara imkan verək ki, onlar özlərini göstərsinlər "
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin