Donald Tramp Dövlət Departamentinin əməkdaşını kəskin tənqid edib

19/11/2019 [13:33] - Dünya (193)



Prezident Donald Tramp bazar günü ABŞ Dövlət Departamentinin əməkdaşı, çərşənbə axşamı ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinə ifadə verməyə hazırlaşan Cennifer Uilyamsı kəskin tənqid edib.

AZƏRTAC xəbər verir ki, Cennifer Uilyams impiçment işi üzrə təhqiqatda Konqresin nümayəndələri ilə əməkdaşlıq edən vəzifəli şəxslərdən biridir. Peşəkar diplomat olan Cennifer Uilyams hazırda vitse-prezident Mayk Pensin köməkçisidir. Tramp bazar günü öz twitter səhifəsində impiçment işi üzrə təhqiqatda ifadələr verən digər vəzifəli şəxsləri də əsassız olaraq ittiham edib. Cennifer Uilyamsı “Trampı sevməyən adamlardan biri” kimi səciyyləndirib Prezidenti. O yazıb ki, xanım Uilyams “ifadə verməzdən əvvəl Prezidentin telefon zənglərinin hər iki stenoqramını oxumalıdır”.

Qeyd etmək lazımdır ki, noyabrın əvvəlində Uilyams bağlı qapılar arxasında həmin Komitəyə ifadə verib. Amerika KİV-lərinin yazdığına görə, Cennifer Uilyams qanunvericilərə bildirib ki, iyulun 25-də o, Ağ Evin böhranlı vəziyyətlərdə işləmək üçün nəzərdə tutulan “Situasiya otağı”nda olub və Prezident Zelenski ilə Trampın real zaman rejimində telefon söhbətini eşidib. Uilyams Ukraynanın hərbi ehtiyacları üçün yardımın dayandırılması barədə qərar ləğv ediləndən sonra sentyabrın 18-də vitse-prezident Pens ilə Zelenskinin ikinci telefon söhbətini də eşidib.

Xatırladaq ki, impiçment işi üzrə təhqiqatın mərkəzində Trampın Ukrayna Prezidenti Zelenskiyə telefon zəngi dayanır. Demokratlar Prezidenti bunda ittiham edirlər ki, o, Ukraynanın hərbi ehtiyacları üçün maliyyə yardımını müvəqqəti dayandırıb və bu il iyul ayında Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon söhbəti zamanı onu keçmiş vitse-prezident Co Bayden və onun oğlu, əvvəllər Ukrayna qaz şirkətində işləmiş Hanterin barəsində təhqiqat aparmağa məcbur etməyə cəhd göstərib. Co Bayden 2020-ci il prezident seçkilərində Demokratlar Partiyasından namizədliyə əsas iddiaçılardan biridir. Sonradan Tramp Ukraynaya maliyyə yardımı məsələsini bərpa edib, lakin müstəntiqlər bir şeyi bilmək istəyirlər: çoxlarının fikrincə, Prezidentin hakimiyyətdən sui-istifadə etməsi kimi qiymətləndirilə biləcək bu iki hadisə arasında hər hansı əlaqə olubmu?
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
03/08/2020 [23:57]:
Paytaxtda və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq
03/08/2020 [21:36]:
BNA: Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək
03/08/2020 [20:54]:
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da işləyəcək
03/08/2020 [18:57]:
"Microsoft" Trampdan çəkinərək “TikTok”u almaqdan vaz keçdi
03/08/2020 [18:32]:
Məktəblər sentyabrda açılacaq?
03/08/2020 [17:33]:
Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür
03/08/2020 [17:30]:
Çimərliklər bu saatadək açıq olacaq
03/08/2020 [17:15]:
Rayonlara getməyə icazə veriləcək?
03/08/2020 [17:14]:
Sahibkarlara 250 manat yardım veriləcək
03/08/2020 [16:16]:
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
03/08/2020 [16:10]:
Yubilyar kino xadimləri təbrik edilib
03/08/2020 [15:50]:
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
03/08/2020 [15:29]:
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
03/08/2020 [15:25]:
Jurnalist aclıq aksiyasını davam etdirir
03/08/2020 [14:37]:
Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
03/08/2020 [14:29]:
Çin hökuməti Azərbaycana tibbi ekspertlər qrupu göndərir
03/08/2020 [13:25]:
“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
03/08/2020 [12:36]:
İki bacı 50 ildən sonra koronavirus sayəsində bir-birini tapıb
03/08/2020 [12:15]:
ABŞ fransızlardan 100 milyon dozalıq COVİD-19 peyvəndi alır
03/08/2020 [11:49]:
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
03/08/2020 [11:12]:
Türkiyə və İspaniya freqatları Egey dənizində...
03/08/2020 [10:48]:
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
03/08/2020 [10:00]:
"Barselona" Rakitiçi satır
02/08/2020 [23:59]:
"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
02/08/2020 [21:56]:
"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə erməni müğənninin konserti ləğv olundu
Azərbaycanda benefisarlar haqda niyə danışılmır?
Hərb tariximiz Azərbaycan muzeylərində
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin