Helsinkidə Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə tədbir keçirilib

17/11/2019 [13:48] - Mədəniyyət (102)



Noyabrın 16-da Finlandiyanın paytaxtı Helsinki şəhərində Azərbaycanın görkəmli dramaturqu, şair və nasir, əməkdar incəsənət xadimi Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə “Mən bir susmaz duyğuyam ki...” adlı tədbir keçirilib.

İstiqlal.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Skandinaviya Azərbaycanlılarının Finlandiya üzrə Koordinasiya şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər təşkilatının sədri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə baş tutub.

Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlı ev muzeyinin direktoru, Azərbaycan yazıçısı, şair, jurnalist Seyfəddin Dağlının qızı Qəmər Bağırova tədbir iştirakçılarına görkəmli dramaturqun həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Sonra Cəfər Cabbarlının ömür yolundan və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra Azərbaycanın Əməkdar artisti Rəşad İlyasov Cəfər Cabbarlının şeirlərinə bəstələnmiş mahnılar səsləndirib. Müğənnini İsveçdən gələn “Qarabağ” rəqs qrupu müşayiət edib.

Tədbir Helsinkidə yaşayan azərbaycanlılarla yanaşı, yerli sakinlər və bu ölkədə fəaliyyət göstərən rus və türk diaspor nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin tədbirdə Azərbaycan musiqisini və mədəniyyətini finlər arasında təbliğ edən, Finlandiyanın Kokkolo şəhərinin fəxri vətəndaşı, musiqi mədəniyyətinin inkişafına töhfəsinə görə 2003-cü ildə Kokkolo şəhəri medalı ilə təltif olunmuş, fin maarifçisi Anti Çudenius adına fəxri medala layiq görülmüş Cahangir Ələkbərov və onun həyat yoldaşı, Azərbaycanın Xalq artisti bəstəkar Rauf Hacıyevin qızı Natella Ələkbərova iştirak ediblər.

Tədbirin sonunda Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin inkişafına Yardım İctimai Birliyinin prezidenti Qəmər Bağırova Finlandiya-Azərbaycan mədəni əlaqələrinin inkişafı və Azərbaycan ədəbiyyatının təbliğindəki xidmətlərinə görə Ülviyyə Cabbarovanı xüsusi diplomla təltif edib. Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi və Azər-Türk Gənclər Birliyinin sədri Ülviyyə Cabbarova isə Cəfər Cabbarlının 120 illik yubiley mərasimində fəal iştirak etdiklərinə görə Emil Mahanenə, Mona Sovajifara, Nəzrin Ələkbərliyə və Nuray Jasmin Turunenə təşkilat adından sertifikatlar təqdim edib.
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
05/12/2019 [23:59]:
İçki sexinin fəaliyyəti məhdudlaşdırılıb
05/12/2019 [22:46]:
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
05/12/2019 [21:20]:
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
05/12/2019 [20:52]:
AFFA-nın baş katibi UEFA-ya hesabat verib
05/12/2019 [19:44]:
Prezident Şamaxıda yeni inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
05/12/2019 [19:40]:
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib
05/12/2019 [19:19]:
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
05/12/2019 [18:55]:
Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsi açılıb
05/12/2019 [18:43]:
Tbilisidə keçirilən tədbirdə Azərbaycanın milli adət-ənənələrinə dair nümunələr təqdim olunub
05/12/2019 [18:35]:
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
05/12/2019 [18:23]:
Nazir: “Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
05/12/2019 [18:15]:
Prezident İlham Əliyev Şamaxıya səfərə edib
05/12/2019 [17:36]:
Dünya Bankı gələn il xam neftin qiymətinin azalacağını proqnozlaşdırır
05/12/2019 [17:25]:
Xəzər rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrılıb
05/12/2019 [17:18]:
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək
05/12/2019 [16:55]:
Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı
05/12/2019 [16:48]:
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
05/12/2019 [16:30]:
"VAR məni qane etmir, amma geriyə yol yoxdur"
05/12/2019 [15:51]:
Rusiya XİN: Münaqişələr oturuşmuş formatlar çərçivəsində nizamlanmalıdır
05/12/2019 [15:25]:
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
05/12/2019 [14:51]:
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
05/12/2019 [14:18]:
Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb
05/12/2019 [13:38]:
“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz”
05/12/2019 [13:19]:
Füzuli rayonunda top mərmisi aşkarlanıb
05/12/2019 [12:58]:
Nəsimi rayonunda qadınlar üçün ictimai dinləmə keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Biz bir-birimiz üçün etibarlı, hörmət bəsləyən tərəfdaş olmuşuq və olaraq qalırıq”
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Səbinə Əliyeva yeni Ombudsman seçilib
Əli Həsənov öz xahişi ilə azad edilib?
Səfir: “BƏƏ ordusu dövlət qurmaq və xalqı müdafiə etmək üçün yaradılıb”
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Azərbaycanda ilk BMTİP Akselerator Laboratoriyası fəaliyyətə başlayıb
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin