Honkonqda etiraz aksiyaları artıq 6 aydır ki, davam edir

17/11/2019 [12:22] - Gündəm (60)



Honkonqda etiraz aksiyaları davam edir.

Məlumata görə, polis Politexnik Uneiversitetinin kampusu yaxınlığında toplaşan aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq edib.

Honkonqda artıq bir neçə gündür ki, aksiyaçılar taktikanı dəyişib, yolları, tunel və körpüləri bağlamaqda nəqliyyatın hərəkətini iflic etməyə başlayıblar. Universitetin kampusu yaxınlığında toplaşan aksiyaçılar da barrikada quraraq iki yolu bağlamağa çalışıblar. Aksiyaçılar polisə kərpic və yandırıcı maddə dolu butulkalar atıblar.

Qeyd edək ki, Honkonqda etiraz aksiyaları iyunda başlayıb və artıq 6 aydır ki, davam edir. Muxtariyyət hökumətinin qanunları pozmaqda şübhəli sayılanları və cinayətkarları Çin hakimiyyətinə təhvil vermək niyyəti Böyük Britaniyanın hakimiyyəti altında olmuş Honkonqda 1997-ci ildən sonra ən böyük kütləvi aksiyaların başlaması ilə nəticələnib. 1997-ci ildə Honkonqun geri qaytarılması müqabilində Çin bu ərazidə ən azı 50 il ərzində insan hüquqlarının, KİV azadlığının qorunacağı vədini verib. Müxalifət isə  muxtariyyət hökumətini "bir ölkə, iki sistem" prinsipini pozmaqda ittiham edir.

İyulun əvvəlində Honkonq administrasiyasının rəhbəri Kerri Lam Çinə ekstradisiya ilə bağlı qanun layihəsinin gündəlikdən çıxarıldığını bəyan etməsinə baxmayaraq, aksiyaçıların qanun layihəsinin parlamentdən təcili geri götürülməsi barədə tələbini uzun müddət yerinə yetirməyib. Nəhayət, sentyabrın 4-də qanun layihəsi parlamentdən geri götürülüb. Ancaq bu da aksiyaları dayandırmayıb. Davam edən aksiyalar zaman-zaman zorakılıq müstəvisinə də keçir.

Aksiyalarda demokratik islahatların keçirilməsi, K. Lamın istefası, aksiyalarda yol verilən polis zorakılığının araşdırılması tələbləri irəli sürülür.

Oktyabrın 4-də isə aksiyalar zamanı maska taxılmasına qadağanı və maska taxanların 3,2 min dollar cərimələnməsini nəzərdə tutan qanunun qəbul edilməsi növbəti gərginliyə yol açıb.

Ötən müddət ərzində aksiyalarla əlaqədar polis 3,6 mindən çox insanı saxlayıb, 1,5 min insan travmalarla əlaqədar xəstəxanalara yerləşdirilib. Xəsarət alanlar arasında 400-dən çox polis var.
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
05/12/2019 [23:59]:
İçki sexinin fəaliyyəti məhdudlaşdırılıb
05/12/2019 [22:46]:
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
05/12/2019 [21:20]:
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
05/12/2019 [20:52]:
AFFA-nın baş katibi UEFA-ya hesabat verib
05/12/2019 [19:44]:
Prezident Şamaxıda yeni inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
05/12/2019 [19:40]:
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib
05/12/2019 [19:19]:
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
05/12/2019 [18:55]:
Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsi açılıb
05/12/2019 [18:43]:
Tbilisidə keçirilən tədbirdə Azərbaycanın milli adət-ənənələrinə dair nümunələr təqdim olunub
05/12/2019 [18:35]:
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
05/12/2019 [18:23]:
Nazir: “Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
05/12/2019 [18:15]:
Prezident İlham Əliyev Şamaxıya səfərə edib
05/12/2019 [17:36]:
Dünya Bankı gələn il xam neftin qiymətinin azalacağını proqnozlaşdırır
05/12/2019 [17:25]:
Xəzər rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrılıb
05/12/2019 [17:18]:
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək
05/12/2019 [16:55]:
Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı
05/12/2019 [16:48]:
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
05/12/2019 [16:30]:
"VAR məni qane etmir, amma geriyə yol yoxdur"
05/12/2019 [15:51]:
Rusiya XİN: Münaqişələr oturuşmuş formatlar çərçivəsində nizamlanmalıdır
05/12/2019 [15:25]:
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
05/12/2019 [14:51]:
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
05/12/2019 [14:18]:
Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb
05/12/2019 [13:38]:
“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz”
05/12/2019 [13:19]:
Füzuli rayonunda top mərmisi aşkarlanıb
05/12/2019 [12:58]:
Nəsimi rayonunda qadınlar üçün ictimai dinləmə keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Biz bir-birimiz üçün etibarlı, hörmət bəsləyən tərəfdaş olmuşuq və olaraq qalırıq”
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Səbinə Əliyeva yeni Ombudsman seçilib
Əli Həsənov öz xahişi ilə azad edilib?
Səfir: “BƏƏ ordusu dövlət qurmaq və xalqı müdafiə etmək üçün yaradılıb”
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Azərbaycanda ilk BMTİP Akselerator Laboratoriyası fəaliyyətə başlayıb
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin