Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

16/11/2019 [18:34] - İqtisadiyyat (54)



Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 24 milyard 837,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 14 milyard 459,2 milyon dollar, idxalın dəyəri 10 milyard 378 milyon dollar təşkil edib. Nəticədə 4 milyard 81,2 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni ayları ilə müqayisədə bu il xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 7,2 faiz, real ifadədə isə 1,4 faiz, o cümlədən idxal 3,4 faiz, ixrac 0,3 faiz artıb. Hesabat dövründə ölkədən 1 milyard 413,1 milyon dollar dəyərində qeyri-neft-qaz məhsulları ixrac edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 17,1 faiz, real ifadədə isə 12,1 faiz çoxdur.

Komitənin məlumatlarına əsasən, ixracın 28,5 faizini İtaliyaya, 14,8 faizini Türkiyəyə, 7,2 faizini İsrailə, 5,5 faizini Hindistana, 4,9 faizini Almaniyaya, 4,7 faizini Çinə, 3,6 faizini İspaniyaya, 3,4 faizini Rusiyaya, 3 faizini Fransaya, 2,9 faizini Çexiyaya, 2,8 faizini Gürcüstana, 2,6 faizini Birləşmiş Krallığa, 2,4 faizini Portuqaliyaya, 1,9 faizini Ukraynaya, 11,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33 faiz), Türkiyəyə (21,5 faiz), İsveçrəyə (8,9 faiz), Gürcüstana (8,7 faiz), İtaliyaya (2,4 faiz), Ukraynaya (2,3 faiz), Yunanıstana (2,3 faiz), Çinə (2,2 faiz), İrana (1,5 faiz) və Niderlanda (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 15,5 faizi Rusiya, 11,6 faizi İsveçrə, 11,1 faizi Türkiyə, 9,3 faizi Çin, 6,3 faizi ABŞ, 4,9 faizi Almaniya, 3,8 faizi Kanada, 3,5 faizi İran, 3,3 faizi Ukrayna, 2,8 faizi Avstraliya, 2,6 faizi İtaliya, 1,9 faizi Fransa, 1,7 faizi Birləşmiş Krallıq, 1,6 faizi Qazaxıstan, 20,1 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
14/12/2019 [10:00]:
Sadio Mane ötən ayın ən yaxşısı seçildi
13/12/2019 [23:59]:
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək bürünc medal qazanıb
13/12/2019 [22:44]:
Üç rayonun təhsil şöbəsi hesabat verib
13/12/2019 [21:13]:
Almaniya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
13/12/2019 [20:50]:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
13/12/2019 [19:44]:
Formula 2-də Antuan Yuber mükafatı təsis edilib
13/12/2019 [18:35]:
“Master və Marqarita” ABŞ-da ekranlaşdırılacaq
13/12/2019 [17:12]:
“Nəsimi ili”nə dəyərli töhfə
13/12/2019 [16:31]:
TAP-ın 90,7%-i icra olunub
13/12/2019 [15:51]:
Ekspert: "Yaxın 2-3 ildə kirayə mənzil bazarında qiymətlər stabilləşə bilər"
13/12/2019 [15:23]:
Baş Nazir digər nazir postlarından istefa verəcək
13/12/2019 [14:40]:
Putinlə zarafata qadağa qoyulub?
13/12/2019 [14:20]:
Etiraz aksiyaları səbəbindən Fransaya turist axını azalıb
13/12/2019 [14:16]:
Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verilib
13/12/2019 [13:51]:
Moskvada Yunus Əmrənin büstü qoyulacaq
13/12/2019 [13:18]:
Zinəddin Zidan: "Liverpul"la görüşsək, onları məhv edəcəyik"
13/12/2019 [12:48]:
Abşerondan iddialı namizəd - Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır
13/12/2019 [12:43]:
Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracı 10% azalıb
13/12/2019 [12:22]:
Tramp: “Çinlə ticarət sazişini imzalamağa çox yaxınıq”
13/12/2019 [11:50]:
Giorgi Qaxaria: “Azərbaycanın GUAM-a sədrliyi məhsuldar və effektiv olacaq”
13/12/2019 [11:21]:
"Quş qripi" ilə bağlı növbəti monitorinqlərə start verilir
13/12/2019 [10:47]:
UEFA əsgər salamına görə Türkiyə millisinə cəza verməyib
13/12/2019 [10:00]:
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
13/12/2019 [00:10]:
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
12/12/2019 [23:59]:
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Elmar Məmmədyarov Latviyaya gedəcək
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Vasif Qafarov Lerikdən namizəd olacaq
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin