Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”

14/11/2019 [21:11] - Siyasət (529)



Latviya Respublikasının elan edilməsinin ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Daynis Qarançs çıxışında ölkəsinin tarixindən, müstəqillik yolundan danışıb. Bildirib ki, yenicə müstəqillik qazanan dövlətin ilk addımları sərt və mürəkkəb olub, gənc Latviya döyüşçüləri 400 gün davam edən Latviya İstiqlal Müharibəsi illərində döyüş bölgələrində döyüşərkən, Paris Sülh Konfransında ölkənin beynəlxalq səviyyədə tanınması üçün diplomatik mübarizə davam edirdi: “Məhz həmin günlərdə və daha sonralar da Latvita hökuməti öz tərəfdaşlarından önəmli dəstək alırdı. Azərbaycanın Sülh Nümayəndəliyinin rəhbəri Əlimərdan bəy Topçubaşov 1921-ci ilin yanvarında Latviya dövlətinin de yure tanınmasından bir neçə gün sonra latviyalı həmkarlarına təbriklərini ünvanlayan ilk xarici ölkə nümayəndələrindən biri idi”.  Latviyanın müstəqilliyinin əsas simvolu Azadlıq abidəsidir. Latviya milləti kimi o da 50 il davam edən təhqirdən qurtula bilib. 

Azərbaycanla əlaqələrə toxunan Daynis Qarançs deyib ki, Latviyanın müstəqilliyinin bərpasından bəri iki ölkə arasında dostluq və konstruktiv münasibətlər qurulub. 2017-ci ilin iyulunda ölkərəimiz arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə imzalanıb. Latviya və Azərbaycan arasında mütəmadi olaraq yüksək səviyyəli siyasi dialoq və parlamentlərarası əməkdaşlıq mövcuddur. Səfir onu da diqqətə çatdırıb ki, Xarici İşlər naziri Elmar Məmmədyarov yaxın günlərdə Latviyaya işgüzar səfərə gedəcək.

Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır. Latviya Azərbaycandan Şimali Avropaya məhsul ixracı üçün yaxşı imkanlar təmin edə bilər. Üç böyük buzsuz liman – Riqa, Ventspils və Liepaja, il boyu Baltik dənizi bölgəsində malların sürətli paylanmasını təmin edir. İqtisadi sahəyə toxunan səfir bildiirb ki, ticarət dövriyyəsi son bir neçə ildə artıb, hər zaman qida məhsullarının üstünlük təşkil etdiyi Latviyadan Azərbaycana ixracatda indi dərman perapatları və tikinti malları önəmli yer tutur: “Bu yaxınlarda ümumi həcminin 90 faizindən çoxunun ərzaq məhsullarının təşkil etdiyi Azərbaycandan idxal strukturunda mineral məhsullarının, metalların, elektrik və mexaniki avadanlıqların nisbəti artıb”.  Diplomat deyib ki, Latviyadan olan 14 bələdiyyə ilə azərbaycanlı həmkarları arasında fəal əməkdaşlıq qurulub. 

Azərbaycan hökuməti adından Latviya xalqını bayram münasibəti ilə təbrik edən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Gündüz Cəfərov ölkələrimiz arasında əlaqələrin günü-gündən inkişaf etdiyini deyib. G.Cəfərov bildirib ki, bir sıra sahələrdə - siyasi, iqtisadi sahədə əməkdaşlıq mövcuddur. XİN-nin əməkdaşı onu da vurğulayıb ki, Azərbaycan və Latviya arasında imzalanan sazişlər iqtisadi əlaqələri daha da möhkəmləndirməyə xidmət edir. 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
Daha 9 kənd işğaldan azad edilib
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
Ceyhun Bayramov Cenevrəyə gedib
Xəbər lenti
30/10/2020 [16:24]:
Türkiyənin İzmir şəhərində 6.6 baş gücündə zəlzələ olub
30/10/2020 [16:22]:
Ermənilərin mülki əhaliyə hücumu nəticəsində 7 ailə həlak olub
30/10/2020 [15:34]:
Baş prokuror “Human Rights Watch”a cavab verib
30/10/2020 [15:15]:
Azərbaycanda son sutkada 1022 nəfər COVID-19-a yoluxub
30/10/2020 [15:01]:
Daha 9 kənd işğaldan azad edilib
30/10/2020 [14:13]:
İranda ötən sutka 365 nəfər koronavirusdan ölüb
30/10/2020 [13:03]:
Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb
30/10/2020 [12:16]:
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
30/10/2020 [11:36]:
Hikmət Hacıyev: "Azərbaycan Ermənistanın hücumlarına görə Avropa Məhkəməsinə müraciət edəcək"
30/10/2020 [10:42]:
Ceyhun Bayramov Cenevrəyə gedib
30/10/2020 [09:54]:
Erməni separatçılarının ilk liderlərindən biri: “Biz məhv oluruq”
29/10/2020 [23:16]:
Əfsanəvi futbolçu Azərbaycana dəstək olub
29/10/2020 [22:31]:
"Amnesty İnternational" Ermənistanın Bərdəyə kasetli raketlərlə zərbə endirdiyini təsdiqləyib
29/10/2020 [22:29]:
Noyabrın 2-dən bütün təhsil müəssisələrində tədris distant olacaq
29/10/2020 [21:56]:
Bakı polisi nəzarət tədbirlərini gücləndirdi
29/10/2020 [21:04]:
İşğaldan azad olunmuş ərazilərdə aqrar sektorun yaradılmasına başlanılır
29/10/2020 [20:29]:
İzmirin küçələri bayrağımızla bəzədildi: “Azərbaycan, yanındayıq!”
29/10/2020 [19:48]:
Səfirlik: Moskvada Müslüm Maqomayevin abidəsini təhqir edənlər müəyyən olunub
29/10/2020 [18:39]:
Prezident Xocavəndin Vəng kəndinin Çinarlı adlandırılması ilə bağlı qanunu təsdiqləyib
29/10/2020 [18:27]:
Neft ucuzlaşdı
29/10/2020 [18:21]:
Milli Kitabxanada “Məhəmməd Hadi” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub
29/10/2020 [18:02]:
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - fərman
29/10/2020 [17:58]:
Putin: Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...
29/10/2020 [17:53]:
Fransa kuboku dayandırılıb
29/10/2020 [17:41]:
Ermənilərin Goranboyu atəşə tutması nəticəsində ölən şəxsin kimliyi məlum olub - rəsmi
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
Ali Baş Komandan: "Biz təkbaşına vuruşuruq, təkbaşına!"
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin