Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə

14/11/2019 [20:41] - Gündəm (130)



Məlum olduğu kimi, Almaniya federal polisi Azәrbaycandan Almaniyaya mühacir daşıyan dəstəni ifşa edib vә bu işlә bağlı xeyli azәrbaycanlının evindә vә ofisindә axtarış aparılıb, 60-a yaxın şəxs həbs edilib. Qeyd edilməlidir ki, bu günə qədər ABŞ, Kanada, Avropada siyasi sığınacaq istəyən azərbaycanlıların 99 %- nin Azərbaycanda problemi olmayıb. Bu işin bir ucu da Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinə çıxmalıdır. Hamımız çox gözəl bilirik ki, Bakıdakı bir neçə Avropa ölkəsinin konsulluğu konkret olaraq bazara çevrilib. İstədikləri məbləği ödəyib rahat vizanı alırsan.

Beləliklə, Almaniya Federal Kriminal polisi Frankfurt, Köln, Wiesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib. Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. İddiaya görə basqın olunan evlərdə yaşayanlar 3-10 min euro müqabilində Azərbaycandan siyasi statusla mühacir daşıyırmış. Artıq xeyli sayda adam saxlanılıb. Qrup üzvlərindən bəzilərinin mühacir alverindən 300 000 avroya qədər qazandığı bildirilir. Həbs edilənlərin indiyə olan siyahısı budur :

Elçin Əkbərov – Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.

İlham Həsən – Müsavat Avropa Koordinasiya Mərkəzi (Müsavat AKM) sədri

Mehdi Xəlilbəyli – Avropada yaşayan siyasi mühacir, Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini

Abdin Cavadov – Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu

Əlövsət Əliyev – “Legat” İnteqrasiya Mərkəzinin sədri

Rəşad Məmmədov – Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayan siyasi mühacir, Mehdinin sürücüsü

Elşən Abdullayev – Almaniyada yaşayan siyasi mühacir.

Siyahıdan da aydın olur ki, bu şəxslərin bir qismi müxalifət fəalı deyil - türmə rəisi niyə siyasi mühacir olmalıdır. Məsələ bundadır ki, bu adamlara siyasi sığınacaq almaq üçün mandatı Bakıdan - müxalifət partiyasından alıblar. Təbii sual ortaya çıxır - türmə rəisi siyasi olmayan siyasi baxışlarına görə təqib olunursa, bəs Tofiq Yaqublu kimdir?  "Müxalifət fəalı" olan" türmə rəisi Avropada, Tofiq Yaqublu isə türmədə necə ola bilər? absurdun sonu yoxdur.

Tərəfdarlarını icazsiz aksiyaya çağırıb, mühacir biznesi ilə məşğul olmağın adı, yumuşaq desək riyakarlıqdır, simasızlıqdır. İnsanların etibarından sui-istifadə edib alver etmək ən böyük əxlaqsızlıqdır. 

O başqa məsələdir ki, "mühacirət" edən türmə rəisləri söyüş müxalifətinin fəalları olur. Yəni kiminsə siyasi sifarişini yerinə yetirir. Bu da tarixin söyüşdür - tümə rəisi ol, məhbusların qanını iç, sonra da müxalifət fəalı kimi mühacirət elə. Ona saxta sənəd verənlər tüprülməyə belə layiq deyillər.

Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Xəbər lenti
11/12/2019 [18:49]:
Yer kürəsinin 10 kristallik-aynalı məkanı
11/12/2019 [17:28]:
“Bakcell”in stendi “Ən yaxşı korporativ üslub” sertifikatına layiq görülüb
11/12/2019 [17:24]:
“Yunanıstanın əli-qolu bağlandı, onları dəli edən də budur” – Ərdoğan
11/12/2019 [16:55]:
MSK sədri: "Parlament seçkilərində iştirak üçün 50-ə yaxın namizəd müraciət edib"
11/12/2019 [16:34]:
Azərbaycanlı məşqçi "Sevilya"ya gedir
11/12/2019 [16:33]:
Prezident Neftçalaya 5 milyon manat ayırıb
11/12/2019 [16:18]:
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
11/12/2019 [15:48]:
Prezident Koreyanın Statistika Komitəsinin sədrini qəbul edib
11/12/2019 [15:43]:
Rusiya helikopterləri Azərbaycanda təmir olunacaq
11/12/2019 [15:23]:
Çexiya Sarkisyanın qardaşı oğlunu İrəvana təhvil verəcək
11/12/2019 [14:55]:
Rusiyanın bu bölgəsində azərbaycanlıların avtobus idarə etməsinə qadağa qoyuldu
11/12/2019 [14:21]:
ABŞ prezidenti Donald Trampa rüşvətxorluq maddəsini yükləmək istəyirlər
11/12/2019 [13:44]:
Rusiya klubu azərbaycanlı futbolçunun keçidindən imtina edib
11/12/2019 [13:15]:
ABŞ Slovakiyanın 7 fiziki və hüquqi şəxsinə sanksiya tətbiq edib
11/12/2019 [12:50]:
AZAL Cənub-Şərqi Asiya ölkələrinə uçacaq
11/12/2019 [12:22]:
Gənclərə sahibkarlıq təlimləri keçirilib
11/12/2019 [12:22]:
Bakıda qadın zorakılığı ilə mübarizəyə həsr edilmiş tamaşa təqdim olunub
11/12/2019 [11:49]:
Azərbaycan kuboku - 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi
11/12/2019 [11:20]:
NATO ilə Rusiya komandanları gələn il görüşə bilər
11/12/2019 [10:47]:
BFB-də Maliyyə Nazirliyinin 10 mln. manatlıq istiqrazları yerləşdirilib
11/12/2019 [10:00]:
Ərdoğan: “Tramp və Putinlə gizli agentləri olmadan əməkdaşlıq edirik”
10/12/2019 [23:59]:
AQTA əkin sahələrində monitorinqlər aparıb
10/12/2019 [22:52]:
Fransada etirazçılar neftayırma müəssisələrini mühasirəyə alıblar
10/12/2019 [21:33]:
10 min manatlıq qızıl-zinət əşyaları oğurlayan qadın saxlanılıb
10/12/2019 [20:54]:
Maskerano Veronun klubu ilə müqavilə bağladı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ançelotti gələn həftə qovula bilər
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Elmar Məmmədyarov Latviyaya gedəcək
Hərbi qulluqçumuz vəfat edib
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
Bakı “qırmızı xətti” cızdı - Qarabağda referendum olmayacaq
Prezident: "Gənc peşəkar kadrlara imkan verək ki, onlar özlərini göstərsinlər "
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin