Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

15/11/2019 [11:42] - Mədəniyyət (53)



Noyabrın 14-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirib: “Bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə böyük təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır".

Nazir qeyd edib ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qonşu ölkənin kino mütəxəssisləri ilə birgə layihələrdən söz açan Əbülfəs Qarayev Azərbaycanda İran kinosunun uğurlarının diqqətlə izlənildiyini dedi, bu sahədə İranın təcrübəsindən istifadə edilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.

Nazir onu da vurğulayıb ki, qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi istiqamətində işlər davam etdirilməlidir. Gələn il üçün bu sahədə həyata keçiriləcək layihələr nəzərdən keçirilməlidir.

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman ötən gün Prezident İlham Əliyevlə görüşünü, eləcə də Bakıda Dünya dini liderlərinin II Sammitində iştirakını diqqətə çatdırıb. Qeyd edib ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir: “İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri genişlənir. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin inkişafından məmnunam”.

Görüş zamanı hər iki ölkədə mədəniyyət sahəsi üzə fəaliyyət göstərən televiziya kanalları arasında əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Sədr Abuzər İbrahimi  həmçinin İranda Azərbaycan mədəniyyəti və kino günlərinin ən yüksək səviyyədə keçirilməsinə hazır olduqlarını vurğulayıb. Daha sonra Xəzəryanı ölkələr arasında müştərək mədəni layihələrin həyata keçirilməsinin zəruriliyini də qeyd edib.

Görüş mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam edib.
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
Xəbər lenti
13/12/2019 [23:59]:
Azərbaycan güləşçisi erməni rəqibini məğlub edərək bürünc medal qazanıb
13/12/2019 [22:44]:
Üç rayonun təhsil şöbəsi hesabat verib
13/12/2019 [21:13]:
Almaniya ilə mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
13/12/2019 [20:50]:
Dövlət qulluğuna qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ
13/12/2019 [19:44]:
Formula 2-də Antuan Yuber mükafatı təsis edilib
13/12/2019 [18:35]:
“Master və Marqarita” ABŞ-da ekranlaşdırılacaq
13/12/2019 [17:12]:
“Nəsimi ili”nə dəyərli töhfə
13/12/2019 [16:31]:
TAP-ın 90,7%-i icra olunub
13/12/2019 [15:51]:
Ekspert: "Yaxın 2-3 ildə kirayə mənzil bazarında qiymətlər stabilləşə bilər"
13/12/2019 [15:23]:
Baş Nazir digər nazir postlarından istefa verəcək
13/12/2019 [14:40]:
Putinlə zarafata qadağa qoyulub?
13/12/2019 [14:20]:
Etiraz aksiyaları səbəbindən Fransaya turist axını azalıb
13/12/2019 [14:16]:
Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tanker istismara verilib
13/12/2019 [13:51]:
Moskvada Yunus Əmrənin büstü qoyulacaq
13/12/2019 [13:18]:
Zinəddin Zidan: "Liverpul"la görüşsək, onları məhv edəcəyik"
13/12/2019 [12:48]:
Abşerondan iddialı namizəd - Zahir Əzəmət artıq imzatoplama kampaniyasına başlayır
13/12/2019 [12:43]:
Azərbaycanın Gürcüstana elektrik enerjisi ixracı 10% azalıb
13/12/2019 [12:22]:
Tramp: “Çinlə ticarət sazişini imzalamağa çox yaxınıq”
13/12/2019 [11:50]:
Giorgi Qaxaria: “Azərbaycanın GUAM-a sədrliyi məhsuldar və effektiv olacaq”
13/12/2019 [11:21]:
"Quş qripi" ilə bağlı növbəti monitorinqlərə start verilir
13/12/2019 [10:47]:
UEFA əsgər salamına görə Türkiyə millisinə cəza verməyib
13/12/2019 [10:00]:
"Forbes" 2019-cu ilin ən nüfuzlu qadınlarının adlarını açıqlayıb
13/12/2019 [00:10]:
BAXCP sədrindən azərbaycanlı milyarderə sərt cavab - mövqe
12/12/2019 [23:59]:
Avropa Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
12/12/2019 [22:14]:
Hava çirklənməsinə görə etiraz aksiyası keçirilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Elmar Məmmədyarov Latviyaya gedəcək
BƏƏ bəşər qardaşlığı mesajını yayır
Mübariz Mənsimov Oqtay Gülalıyevdən yazdı: “Naşükürlük etmək lazım deyil”
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Vasif Qafarov Lerikdən namizəd olacaq
Deputat Elmira Axundova 30 milyonluq mal-mülkü necə əldə edib? - məhkəmə işi
Ən hərbiləşmiş, ən yoxsul ölkə: Ermənistan bahalı işğalın altında qalıb
Putinin nüvə çantasının görüntüləri yayıldı – VİDEO, FOTO
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin