"Atletiko"nun zədəli futbolçusu Dieqo Kosta tibbi müayinədən keçib.
İstiqlal.az qol.az-a istinadən xəbər verir ki, ispan hücumçuda fəqərəarası disk yırtığı aşkarlanıb. Onun yaxın günlərdə əlavə müayinələrdən keçəcəyi bildirilib. Bundan sonra Kostanın əməliyyat olunub-olunmayacağına qərar veriləcək.
İspaniya mətbuatı yazıb ki, 31 yaşlı oyunçu əməliyyat olunacağı təqdirdə, təxminən aprel ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, D.Kosta bu mövsüm 13 matçda 2 qol vurub.