Prezident və xanımı Dünya dini liderlərinin II Sammitində iştirak edir

14/11/2019 [11:32] - Siyasət (53)



Bu gün Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb.

İstiqlal.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitdə iştirak edirlər.

Əvvəlcə birgə foto çəkdirildi.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyir.

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə müxtəlif ölkələrin siyasi, ictimai, elm və din xadimləri, beynəlxalq təşkilatların nümayəndələri, dini konfessiya və təriqət liderləri iştirak edirlər.

Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

İki günlük Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev bu il aprelin 11-də Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Büdcə kəsiri 19 milyon azaldılıb – şərh
Masallıda uşaq alveri ilə bağlı tədbir keçirilib
Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat
Ermənistana yox, Rusiyaya güzəşt etməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
05/12/2019 [23:59]:
İçki sexinin fəaliyyəti məhdudlaşdırılıb
05/12/2019 [22:46]:
İpoteka və Kredit Zəmanət Fondunun gələn il üçün büdcəsi təsdiqlənib
05/12/2019 [21:20]:
AFFA-nın baş katibi Şenol Güneşlə görüşüb
05/12/2019 [20:52]:
AFFA-nın baş katibi UEFA-ya hesabat verib
05/12/2019 [19:44]:
Prezident Şamaxıda yeni inşa edilmiş binada yaradılan şəraitlə tanış olub
05/12/2019 [19:40]:
Fransada miqrantların hüquqlarının pozulmasına etiraz olaraq nümayiş keçirilib
05/12/2019 [19:19]:
Prezident İlham Əliyev Şamaxıda "ASAN Həyat" kompleksinin açılışında iştirak edib
05/12/2019 [18:55]:
Bakı-Şamaxı-Yevlax yolunun 101-117-ci kilometrlik hissəsi açılıb
05/12/2019 [18:43]:
Tbilisidə keçirilən tədbirdə Azərbaycanın milli adət-ənənələrinə dair nümunələr təqdim olunub
05/12/2019 [18:35]:
Elmar Məmmədyarov: İlk addım münaqişənin əsas nəticələrinin aradan qaldırılmasıdır
05/12/2019 [18:23]:
Nazir: “Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməkdən inadla imtina edir"
05/12/2019 [18:15]:
Prezident İlham Əliyev Şamaxıya səfərə edib
05/12/2019 [17:36]:
Dünya Bankı gələn il xam neftin qiymətinin azalacağını proqnozlaşdırır
05/12/2019 [17:25]:
Xəzər rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrılıb
05/12/2019 [17:18]:
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək
05/12/2019 [16:55]:
Lavrovun Ermənistanla Azərbaycanı “kiçik addımlarla” yaxınlaşdırma planı
05/12/2019 [16:48]:
Yeni parlament seçkilərinin vaxtı bilindi - Sərəncam
05/12/2019 [16:30]:
"VAR məni qane etmir, amma geriyə yol yoxdur"
05/12/2019 [15:51]:
Rusiya XİN: Münaqişələr oturuşmuş formatlar çərçivəsində nizamlanmalıdır
05/12/2019 [15:25]:
İran Prezidenti ABŞ-la danışıqların şərtini açıqladı
05/12/2019 [14:51]:
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşib
05/12/2019 [14:18]:
Gürcüstan elektrik enerjisinin idxal proqnozunu azaldıb
05/12/2019 [13:38]:
“Türkiyənin Rusiyadan aldığı S-400-lər heç vaxt NATO sisteminə inteqrasiya edilə bilməz”
05/12/2019 [13:19]:
Füzuli rayonunda top mərmisi aşkarlanıb
05/12/2019 [12:58]:
Nəsimi rayonunda qadınlar üçün ictimai dinləmə keçirilib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Səfir: “Biz bir-birimiz üçün etibarlı, hörmət bəsləyən tərəfdaş olmuşuq və olaraq qalırıq”
Parlament seçkiləri – 2020-Cİ İLİN FEVRALIN AYININ 2-DƏ KEÇİRİLƏCƏK?!
Səbinə Əliyeva yeni Ombudsman seçilib
Əli Həsənov öz xahişi ilə azad edilib?
Səfir: “BƏƏ ordusu dövlət qurmaq və xalqı müdafiə etmək üçün yaradılıb”
“Azəriqaz”da yeni təyinat olub
İş və istirahət günlərinin yeri dəyişdirilib
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Azərbaycanda ilk BMTİP Akselerator Laboratoriyası fəaliyyətə başlayıb
Səfir: “Qazaxıstan və Azərbaycanı çoxəsrlik dostluq əlaqələri birləşdirir”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin