Leyla Əliyeva “Yenilməzlər” adlı beynəlxalq qala tədbirdə iştirak edib

14/11/2019 [17:36] - Mədəniyyət (60)



Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə noyabrın 13-də Bakıda, Gənc Tamaşaçılar Teatrında “Yenilməzlər” adlı beynəlxalq qala tədbir keçirilib.

İstiqlal.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Beynəlxalq Paralimpiya Komitəsinin təmsilçiləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Heydər Əliyev Fondunun və Azərbaycan Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən və özünəməxsusluğu ilə seçilən tədbirdə fiziki məhdudiyyətli insanların həyat hekayələri kölgə teatrı, ultrabənövşəyi şou və pantomima tamaşaları vasitəsilə təqdim olunub.

İştirakçılar əvvəlcə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) fotomüxbiri İlqar Cəfərovun paralimpiyaçılarımızın uğurlarından bəhs edən fotolarından ibarət stendə baxıblar.

Tədbirdə “Yenilməzlər”in loqosu təqdim olunub. İlk baxışdan sadə görünən loqo özündə paralimpiya ruhunu əks etdirir. Loqonun mərkəzində yüksələn məşəl qalibiyyəti və qələbə ruhunu təcəssüm etdirir. Alovun dilləri Azərbaycan bayrağının rənglərinə boyanıb. Aşağı hissədə isə Beynəlxalq Paralimpiya Komitəsinin “Hərəkətdə olan ruh” simvolu yer alıb. Loqoda uğuru və dinamik həyatı özündə əks etdirən ürək formasında həyat rəmzi də yer alıb.

Tədbirdə fiziki məhdudiyyətlərə baxmayaraq, uğur qazanan tanınmış şəxslər həyat hekayələrini tamaşaçılarla bölüşüblər.

“Yenilməzlərin” ilk qonaqları fiziki məhdudiyyətlər qarşısında yenilməyən, çətinlikləri aşaraq həm idmanda, həm də ictimai həyatda böyük uğurlar qazanaraq dünya səviyyəsində çox nüfuzlu insanlara çevrilməyi bacaran Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının fəxri cəngavər-bakalavrı, Beynəlxalq Paralimpiya Komitəsinin ikinci prezidenti Ser Filip Kreyven və Böyük Britaniya Paralimpiya Assosiasiyasının fəxri vitse-prezidenti Entoni Seynsburi olub.

Ser Filip Kreyven 16 yaşında olarkən dağa dırmanma zamanı baş verən bədbəxt hadisə nəticəsində onurğa sütunu zədələnib. Həmin vaxtdan bəri o, əlil arabasından istifadə etməyə məcbur olub. Lakin keçirdiyi qəza və ondan sonra yaranan fiziki məhdudiyyət Filipin iradəsini sındıra bilməyib. O, idmandan nəinki uzaqlaşmayıb, əksinə, bütün dünyada əlil idmanının və paralimpiya hərəkatının inkişafına mühüm töhfələr verib. O məmnunluqla qeyd edib ki, Azərbaycanda paralimpiya hərəkatının inkişafına dövlət tərəfindən böyük diqqət göstərilir. Məhz bunun nəticəsidir ki, azərbaycanlı paralimpiyaçılar beynəlxalq arenada uğurla çıxış edirlər. İdmançılar əldə etdikləri nailiyyətlərlə paralimpiya hərəkatının inkişafına da mühüm töhfələr verirlər.

Eyni sözləri onun tərəf müqabili və Azərbaycan idmanının dostu Entoni Seynsburi haqqında da demək olar. Azərbaycan Milli Paralimpiya Komitəsinin beynəlxalq əlaqələrinin qurulmasında və təbliğində onun xüsusi xidmətləri var. Mütəxəssis hazırda bu missiyanı davam etdirir. O, Azərbaycan Respublikasının Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə dövlətimizin başçısının 2016-cı il fevralın 2-də imzaladığı Sərəncama əsasən, ölkəmizdə paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

Entoni Seynsburi dünyada paralimpiya hərəkatının geniş vüsət aldığını, əlil insanların idman vasitəsilə cəmiyyətə inteqrasiyasının vacibliyini qeyd edib.

Tədbirin digər maraqlı qonağı isə BMT-nin Pakistanda qadınlar üzrə xoşməramlı səfiri xanım Muniba Mazari olub. Pakistanın “dəmir ledisi” kimi tanınan Muniba keçirdiyi qəza nəticəsində əlil arabasından istifadə etməyə məcbur olub. Fiziki məhdudiyyətlərini və digər stiqmaları dəf edən Muniba Mazari dünyanın nüfuzlu qadınlarından birinə çevrilib. O, BBC tərəfindən dünyanın 100 güclü qadını, “Forbes” jurnalı tərəfindən isə dünyada 30 yaşından cavan olan 30 nüfuzlu insandan siyahısında yer alıb.

Muniba Mazari fiziki imkanları məhdud şəxsləri, xüsusilə də qadınları daha güclü olmağa çağırıb. Bildirib ki, əlilliyi olan insanlar cəmiyyətdən təcrid edilməməlidirlər. Onlar özlərinə inanmalı, sahib olduqlarını və əldə etdiklərini digərlərinə ötürməlidirlər.

Adı hər bir Azərbaycan vətəndaşına yaxından tanış olan ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev də tədbirdə yer alan əsas qonaqlardan biri olub. Onun hərbi xidmət zamanı düşmən gülləsinə tuş gəlməsi nəticəsində görmə qabiliyyətini itirməsinə baxmayaraq, həyatda böyük uğurlara nail olması bədii şəkildə səhnələşdirilib. İlham Zəkiyev özü ilə bağlı səhnələşdirilən tamaşada yer alıb.

Dünya cüdosunun tanınmış simalarından olan paralimpiya çempionu Oleq Kretsul da İlham Zəkiyev ilə eyni səhnəni bölüşüb. Oleq Kretsulun bu tədbirdə yer alması təsadüfi deyil. Keçirdiyi avtomobil qəzasından sonra görmə qabiliyyətini itirən Oleq Kretsulun idman karyerası da iki hissəyə ayrılır. 1997-ci ildə keçirdiyi qəzaya qədər cüdo ilə məşğul olan Oleq beynəlxalq arenada çox ciddi uğurlara imza atıb. Qəza və görmə qabiliyyətinin itməsi onu məğlub edə bilməyib və Oleq Kretsul bu dəfə paracüdo idmanında uğurlar qazanıb və paralimpiya çempionluğuna qədər yüksələ bilib.

Tədbirdə ölkəmizdə jestika ilə ilk “vine” çəkən Mahmud Səfərov “Mahmudun dünyası” tamaşasını təqdim edib. Onun çıxışı fiziki məhdudiyyətinə baxmayaraq, uğur qazanan insanlara həsr olunub.

BP-nin Azərbaycanda əlaqələr üzrə meneceri Tamam Bayatlı şirkətin fəaliyyət göstərdiyi ölkələrdə korporativ sosial məsuliyyət dəyərlərinə böyü önəm verdiyini vurğulayıb. Bildirib ki, BP Azərbaycan Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin tərəfdaşıdır.

Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov çıxış edərək deyib: “Xoşbəxtlik əllərdə və ayaqlarda deyil. Əsas odur ki, insanın həyat sevgisi tükənməsin. Çünki məhz sevgi insanları həyata bağlayan və ona uğur qazandıran məfhumdur”.

Tədbirin sonunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və digər iştirakçılar üzərində “Yenilməzlər”in loqosunun həkk olunduğu tablonu xüsusi zərlərlə rəngləyiblər.
Vasif Qafarov Lerikdən namizəd olacaq
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
Dövlət satınalmalarında şəffaflıq məsələləri müzakirə olunub
“Ümumdünya QİÇS-lə mübarizə günü” mövzusunda tədbir
Ali Məhkəmə adı 30 milyonluq korrupiyada hallanan deputatın “ayağını basmır”
Xəbər lenti
09/12/2019 [23:58]:
Fransa rallisinin qalibi bəlli olub
09/12/2019 [22:31]:
Bu nazirliyə yeni səlahiyyət verilir
09/12/2019 [21:22]:
Messi "İnter"lə matçda iştirak etməyəcək
09/12/2019 [20:55]:
Əbülfəs Qarayev: "Dövlət insanların yaradıcılıqla məşğul olmasına şərait yaratmalıdır”
09/12/2019 [19:57]:
Azərbaycan Premyer Liqasında II dövrənin ən yaxşı komandası müəyyənləşib
09/12/2019 [19:30]:
Vasif Qafarov Lerikdən namizəd olacaq
09/12/2019 [19:13]:
"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor
09/12/2019 [18:38]:
Pompeo və Lavrov arasında görüş keçiriləcək
09/12/2019 [17:52]:
Nəsimi rayonunda Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
09/12/2019 [17:42]:
Mərkəzi Elmi Kitabxanada Nəsiminin 650 illiyinə həsr olunan II beynəlxalq elmi konfrans keçirilib
09/12/2019 [16:50]:
Nazir: "Gələn dərs ilindən ali məktəblərə qəbul yeni təsnifat əsasında aparılacaq”
09/12/2019 [16:48]:
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
09/12/2019 [15:49]:
AMB depozit hərracında 150 mln. manat vəsait cəlb edib
09/12/2019 [15:24]:
AŞPA-nın komitə iclasları keçiriləcək
09/12/2019 [14:45]:
Ronaldonun oğlu ən yaxşı hücumçu seçilib
09/12/2019 [14:20]:
Musiqili Teatrdan azyaşlı tamaşaçılar üçün Yeni il sürprizi...
09/12/2019 [13:48]:
“Neftçi” qalib gəlib, “Səbail” darmadağın olub, fasilə başlayıb
09/12/2019 [13:25]:
Sel və daşqınlar nəticəsində 22 nəfər ölüb
09/12/2019 [12:50]:
"Qəbələ"nin baş məşqçisi: "İnanıram ki, bu klub yaşayacaq"
09/12/2019 [12:15]:
NATO və ABŞ üçün real təhlükə 2020-ci ildə aktivləşəcək – Gizli kəşfiyyat məlumatları yayıldı
09/12/2019 [11:43]:
15 min 618 deputatlığa namizəd qeydə alınıb
09/12/2019 [11:41]:
Prezident İlham Əliyev Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib
09/12/2019 [11:22]:
Fransa ABŞ-dan ÜTT-yə şikayət etməyə hazırlaşır
09/12/2019 [11:21]:
“Sərhədlərin delimitasiyası ilə bağlı bəzi arxiv materiallara yenidən baxılacaq”
09/12/2019 [10:49]:
Sutka ərzində Suriyaya mindən artıq qaçqın qayıdıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Dizel qaçaqmalçılığı: Azərbaycana yüz milyonlarla ziyan vuran şəbəkə
Bakı Dövlət Sirkində “Buz krallığı- Fantastik Sirk Şousu”
“Azəriqaz”da yeni təyinat olub
Gənclərlə bağlı layihə yekunlaşdı
Səfir: “BƏƏ ilə Azərbaycan arasında əməkdaşlıq və qarşılıqlı hörmət əsasında yüksək səviyyəli ikitərəfli münasibətlər mövcuddur”
Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ançelotti gələn həftə qovula bilər
Qazaxıstan səfiri: “İki ölkə arasında sıx dostluq münasibətləri mövcuddur”
Hərbi qulluqçumuz vəfat edib
Səfir: “Yaponiya Səfirliyi ilə Azərbaycan arasındakı əlaqələr bundan sonra da sürətlə inkişaf edəcək”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin