Quru Nanak Dev - “tək Allah” ismarıcını yayan insan

13/11/2019 [13:27] - Cəmiyyət (315)



Hindistanın Azərbaycandakı Səfirliyi Quru Nanak Devin anadan olmasının 550 illiyini qeyd edib.

İstiqlal.az xəbər verir ki, tədbir, sevgi, bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınan Siqh icmasının ilk Qurusu, mənəvi lideri Quru Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə bir il davam edən tədbirlərin tərkib hissəsidir.  Quru Nanak, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan “tək Allah” ismarıcını yayıb. Onun əsas fikirlərini Siqh əlifbası Gurmuxi ilə yazılıb, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.

Tədbirdə çıxış edən səfir B. Vanlalvavna Pakistanda yerləşən Darbar Sahib Kartarpur sitayiş məbədinə Hindistandan zəvvarların gedişini asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılması, Ağıllı Şəhər prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, xatirə sikkə və poçt markalarının tədavülə buraxılması, Hindistan Dəmir Yolları zəvvarlar və turistlər üçün mənəvi lider Şri Quru Nanak Dev ilə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətinin təşkil edilməsi kimi bu münasibətlə Hindistan Hökümətinin irəli sürdüyü təşəbbüsləri vurğulayıb. Millət vəkili Naqif Həmzəyev tədbirdə iştirak edərək hər iki ölkə mədəniyyətinin mənimsədiyi dini tolerantlılıq və multikulturalizm dəyərləri haqqında danışıb. Tədbirdə digər çıxış edənlər Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri və həmin fikirlərin bugünkü dünya üçün aktuallığından söhbət açıb. 

Xatırladaq ki,  Hindistanın Baş naziri Narendra Modi Qurdsapur noyabrın 9-da Dera Baba Nanakda Kartarpur dəhlizinin açılışını edib. Hindistanın Pəncab əyalətində yerləşən Dera Baba Nanak Sahib Siqh ziyarətgahlarını Pakistanın Pəncab əyalətində yerləşən Qurdvara Darbar Sahiblə birləşdirən dəhliz, sitayişkarlara Hindistan-Pakistan sərhədindən 4.7 km uzaqlıqda yerləşən Kartarpurdakı Qurdvaranı vizasız ziyarət etməyə imkan verəcək. 

Xəbərə dair fotolar (Şəkilləri böyütmək üçün tıklayın)
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
Qara pullar - tanınmış iş adamı yazır
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Xəbər lenti
24/09/2020 [23:58]:
Dünyanın 100 nüfuzlu şəxsi bəlli oldu - SİYAHI
24/09/2020 [21:27]:
Bişmiş qarğıdalının FAYDALARI
24/09/2020 [20:39]:
Almaniya əlavə 96 mlrd. avro borc alacaq
24/09/2020 [18:49]:
Hikmət Hacıyev: “Ermənistan kimi bir dövlətin beynəlxalq hüquqdan danışmağa mənəvi haqqı yoxdur”
24/09/2020 [18:22]:
“Trabzonspor” klubu “Lester”in futbolçusunu transfer edib
24/09/2020 [17:33]:
"S&P": Qlobal bank sektoru 2023-cü ildən tez bərpa olunmayacaq - PROQNOZ
24/09/2020 [16:19]:
"Lukaşenko Almaniyadan təbrik gözləməsin" - Rəsmi Berlin
24/09/2020 [16:03]:
Türkanda “öldürülən” nənələr etiraz aksiyası keçirdi - foto
24/09/2020 [15:43]:
Yaxın günlərdə güclü maqnit fırtınası olacaq
24/09/2020 [15:11]:
Bundan sonra onlayn sifarişlərlə bağlı gömrüyə getməyə ehtiyac yoxdur
24/09/2020 [14:30]:
Bir ili 3,14 sutkaya bərabər olan planet tapılıb
24/09/2020 [13:15]:
İran Təbriz-İstanbul-Təbriz marşrutu üzrə fövqəladə aviareys təşkil edəcək
24/09/2020 [13:00]:
Lukaşenkodan gizli inauqurasiya ilə bağlı
24/09/2020 [12:52]:
İlham Əliyev sərəncam imzaladı
24/09/2020 [12:51]:
İlham Əliyev: Avropa İttifaqı ilə Azərbaycan arasında çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur
24/09/2020 [12:44]:
Xərçəngin qeyri-adi simptomu bəlli oldu
24/09/2020 [12:31]:
Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
24/09/2020 [12:23]:
Pentaqon rəhbəri İsrailin Yaxın Şərqdəki üstünlüyünü qoruyacaqlarına söz verib
24/09/2020 [11:45]:
"Barselona"nın futbolçusu İngiltərə klubunda
24/09/2020 [11:15]:
Avstraliya koronavirus vaksininə 88 milyon dollardan çox sərmayə yatıracaq
24/09/2020 [10:52]:
“COVİD-19 əleyhinə kollektiv immunitetin əldə olunmasına hələ çox var”
24/09/2020 [10:00]:
"WhatsApp" istifadəçilərinin NƏZƏRİNƏ! Yeni funksiya gəlir
23/09/2020 [23:59]:
"Barselona"nın hücumçusu "Liverpul"a keçməkdən imtina etdi
23/09/2020 [21:48]:
Bu vitaminlər gözü xəstəlikdən qoruyur
23/09/2020 [20:22]:
Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avropa Liqasında 42 oyun keçirilib
Amerikalilar Lenin mumiyasının alınmasına görə 50 milyon dollar topladılar
Hacı Əliyev: "Olimpiadayadək dayanmamalıyıq"
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb
Rəsmi: Ermənistan PUA-sı məhv edildi
DÇ-2022: Seçmə mərhələnin formatı dəyişdirilə bilər
Vyanada bal mövsümü ləğv edilib
Qara pullar - tanınmış iş adamı yazır
Səfərbərlik Xidməti açıqlama yaydı
Əsgərimiz yaralanıb - Rəsmi açıqlama
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin