Ukraynada İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd olunub

12/11/2019 [14:27] - Siyasət (163)



Ukraynanın Dnepr şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü və mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının təşkilatçılığı ilə Alfreda Nobel adına Universitetin akt zalında keçirilən tədbirdə Xarkov vilayətinin deputatları, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri, yerli KİV-lərin təmsilçiləri iştirak edib.

Tədbirdən öncə universitet qarşısında Azərbaycanın üçrəngli bayraqları ilə bəzədilmiş aksiya keçirilib.

Sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev universitetdə yaradılan şəraitlə tanış olub, yerli telekanallara Dövlət Bayrağı günü və Nəsiminin 650 illik yubileyi ilə bağlı dünyada keçirilən tədbirlər barədə müsahibə verib.

Daha sonra tədbir Azərbaycan və Ukraynanın dövlət himnlərinin səslənməsi ilə başlayıb. Tədbirdə çıxış edən səfir A.Xudiyev bildirib ki, Prezident İlham Əliyev xalqımızın mənəvi dəyərlərinə, dövlət rəmzlərinə böyük önəm verir: "Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Gününün təsis olunması bunun bariz təsdiqidir. Bu gün paytaxtla yanaşı, regionlarda da müasir bayraq meydanlarının tikilməsi xalqımızın milli qürur mənbəyi – dövlət bayrağımıza olan dərin sevgidən qaynaqlanır. Bundan başqa milli irsimizin qorunması istiqamətində görülən işlər, o cümlədən 2019-cu ilin “Nəsimi il”i elan edilməsi qürurvericidir".

A.Xudiyev vurğulayıb ki, Ukraynada da “Nəsimi ili” çərçivəsində səfirliyin təşkilatçılığı ilə Kiyevdə dahi mütəfəkkirin heykəli ucaldılıb, onun adını daşıyan çoxfunksiyalı binanın təməli qoyulub, müxtəlif şəhərlərdə tədbirlər keçirilib.

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Dnepropetrovsk vilayət təşkilatının sədri Nəcəf Əhmədov çıxışında bildirib ki, artıq illərdir, Dövlət Bayrağı günü ölkəmizlə yanaşı Ukraynada da təntənəli şəkildə qeyd edilir. Bayraq gününümüzün qeyd edilməsi xalqımızın milli həmrəyliyini göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, milli-mənəvi dəyərlərimiz müasir Azərbaycan dövlətinin əsas dayağıdır.

Dnepropetrovsk vilayətinin deputatı, həmyerlimiz Qoşqar Muxtarov çıxışında Ukraynanın ən böyük sənaye mərkəzlərindən olan Dneprdə Dövlət Bayrağı günü və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinin xalqlarımız arasındakı sarsılmaz dostluğun əyani təzahürü olduğunu vurğulayıb. O, bayram münasibətilə dost və qardaş xalqlarımıza sülh və əmin-amanlıq arzulayıb.

Xarkov vilayət deputatı Nikolay Slobodyanyuk, Dnepr şəhərinin Çeçelovsk rayon administrasiyasının rəhbəri Nataliya Keda və digər natiqlər çıxışlarında iki ölkə arasında tarixi münasibətləri qeyd ediblər.

Daha sonra tədbirdə Nəsimi və Dövlət Bayrağımız haqqında qısa film nümayiş etdirilib. Ukraynanın Xalq artisti Qurban Abbasovun, “Çinar” rəqs qrupunun milli rəqs və mahnı ansambllarının, Azərbaycandan gələn muğam ustadlarımızın ifasında rəngarəng konsert proqramı nümayiş etdirilib. 
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
14/07/2020 [18:00]:
Ermənistan özünün təcavüzkar və terrorçu mahiyyətini növbəti dəfə nümayiş etdirdi
14/07/2020 [17:38]:
Səhiyyə naziri maska taxmadığına görə üzr istəyib
14/07/2020 [17:35]:
Azərbaycan xalqı və dövləti növbəti erməni məkrinə qarşı
14/07/2020 [17:35]:
“Ermənistana qarşı Azərbaycan Silahlı Qüvvələrinin yanında durmağa davam edəcəyik”-” Türkiyənin Müdafiə naziri
14/07/2020 [17:26]:
Ukraynalı deputatlar Azərbaycanı dəstəkləyən bəyanat qəbul ediblər
14/07/2020 [17:10]:
Milli Ordumuzun yenilməzliyinə inanıram
14/07/2020 [16:50]:
“Semaşko”nun direktoru vəzifədən getdi- Yeni təyinat
14/07/2020 [16:37]:
Moldova XİN Azərbaycana dəstək bəyanatı yaydı
14/07/2020 [16:35]:
Milli Məclis beynəlxalq təşkilatlara müraciət ünvanlayıb
14/07/2020 [16:26]:
Dövlət Xidməti: Səfərbərliklə bağlı yayılan SMS-lər həqiqətə uyğun deyil
14/07/2020 [16:26]:
"Zirə" daha 3 futbolçusu ilə yollarını ayırıb
14/07/2020 [16:25]:
"Sərhəddə yaranan gərginlik Ermənistanda vətəndaşların diqqətini daxili problemlərdən yayındırmaq cəhdidir"
14/07/2020 [16:13]:
"FlyDubai" Bakıya uçuşlar həyata keçirməyə başladı
14/07/2020 [16:12]:
Ermənistan Ukraynaya etiraz bildirib - Azərbaycanı müdafiə etdiyi üçün
14/07/2020 [16:01]:
MN: Düşmənə məxsus PUA vurulub və artilleriya qurğusu döyüş heyəti ilə birlikdə məhv edilib
14/07/2020 [15:43]:
Rusiyanın xarici borcu 20 milyard dollara yaxın artıb
14/07/2020 [14:50]:
C vitaminini təbii olaraq hansı qidalardan alaq?- SİYAHI
14/07/2020 [14:41]:
Azərbaycanın Tovuz rayonu sahəsində atəşkəsin pozulması Ermənistanın növbəti təxribatıdır
14/07/2020 [14:00]:
"BMT-nin Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı qətnamələri yerinə yetirilməlidir"
14/07/2020 [13:47]:
Dünyanın əksər ölkələri Azərbaycanın təşəbbüsünü dəstəkləyir
14/07/2020 [13:33]:
Gürcüstan xarici dövlətlərə olan borcunun həcmini açıqlayıb
14/07/2020 [13:28]:
Düşmənin növbəti uğursuzluğu
14/07/2020 [13:27]:
Daha 7 şəhidimiz var olub SİYAHI
14/07/2020 [13:19]:
YA BATAQLIQDA GÜL AÇIB, YA DA DÜNYA DƏYİŞİB?
14/07/2020 [13:15]:
Dünya dövlətləri pandemiyaya qarşı birgə mübarizə aparmalıdırlar
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
İyulun 20-dən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ
Hikmət Hacıyev: "Çox köklü səhiyyə islahatlarının aparılması nəzərdə tutulurdu"
Koronavirus xəstəliyinin ağırlıq dərəcəsi açıqlandı
Kukla Teatrı “Çəkməli pişik” tamaşasını onlayn nümayiş etdirəcək
Müslüm Maqomayev adına müsabiqə gələn ilin aprelində keçiriləcək
Kukla Teatrı “Qızıl balıq” tamaşasını onlayn nümayiş etdirəcək
David Silva "Mançester Siti" ilə vidalaşdı
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin