Uşaqları və yeniyetmələri insan alverinin acı nəticələrindən qoruyaq! - layihə

11/11/2019 [10:50] - Cəmiyyət (349)



“Hüquqi Yardım” İctimai Birliyi 07 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” layihəsi çərçivəsində Lənkəran şəhərinin mərkəzində yerləşən “Mayak” hotelində bir günlük təlim təşkil etmişdir.
         
Təlimdə Lənkəran rayonunda yerləşən  orta, orta-texniki və həmçinin texniki-peşə  məktəblərinin şagirdləri, gənclər təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Təlimdə iştirak edən 25 nəfər gənc üçün insan alveri və onun uşaq və yeniyetmələrin həyatında buraxdığı acı nəticələr, insan alverinin fəsadları, onun həyata keçirilməsinin forma və metodları ilə  bağlı bir günlük təlim keçirmişdir. Təlimdə ictimai birliyin təlimçisi Qafar  Cəfərov və ”Hüquqi Yardım” ictimai birliyinin hüquqşünası  İlqar Qasımov  insan alveri, bu bəlanı doğuran səbəblər, insan alverinin nəticələri, insan alveri ilə aparılan mübarizə, bu mübarizənin qanuni əsasları, məcburi əmək və onunla əlaqədar aparılan hüquqi tədbirlər və s. barədə təlim keçmişlər. 

Tədbirdə insan alveri anlayışı, insan alveri qurbanları və potensial qurbanlarla işləmə prinsipləri, qurbanların sosial və hüquqi müdafiəsi, Azərbaycan regionları üçün spesfik olan insan alveri formaları, insan alverinə qarşı mübarizə tədbirləri, onun profilaktikası, insan alveri qurbanlarının müdafiə edilməsi və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsasları barədə məlumat verilib. İnsan alveri qurbanlarının reabilitasiyası və reinteqrasiyası, onların müdafiəsi ilə bağlı nəzərdə tutulan çoxşaxəli tədbirlər, insan alveri qurbanları üçün sosial reabilitasiya mərkəzləri, vətəndaşların insan alveri qurbanına çevrilməməsi üçün nələri bilmələri haqda danışılıb.

Təlimdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” ətraflı təhlil edilmiş, Lənkəran rayonu ərazisində fəaliyyət göstərən ictimaiyyət üzvləri üçün insan alveri ilə mübarizə barədə dolğun bilgilər verilmişdir. 
 
Təlim interaktiv şəraitdə davam etmiş və təlimin sonunda iştirakçıların çoxsaylı sualları təlimçilər tərəfindən ətraflı cavablandırılmışdır. 

Təlimdə həmçinin bütün iştirakçılara “Hüquqi Yardım” ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gətirdiyi “Uşaqları insan alverinin acı nəticələrindən qoruyaq!” adlı bukletlər paylanılmışdır.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
03/08/2020 [23:57]:
Paytaxtda və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq
03/08/2020 [21:36]:
BNA: Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək
03/08/2020 [20:54]:
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da işləyəcək
03/08/2020 [18:57]:
"Microsoft" Trampdan çəkinərək “TikTok”u almaqdan vaz keçdi
03/08/2020 [18:32]:
Məktəblər sentyabrda açılacaq?
03/08/2020 [17:33]:
Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür
03/08/2020 [17:30]:
Çimərliklər bu saatadək açıq olacaq
03/08/2020 [17:15]:
Rayonlara getməyə icazə veriləcək?
03/08/2020 [17:14]:
Sahibkarlara 250 manat yardım veriləcək
03/08/2020 [16:16]:
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
03/08/2020 [16:10]:
Yubilyar kino xadimləri təbrik edilib
03/08/2020 [15:50]:
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
03/08/2020 [15:29]:
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
03/08/2020 [15:25]:
Jurnalist aclıq aksiyasını davam etdirir
03/08/2020 [14:37]:
Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
03/08/2020 [14:29]:
Çin hökuməti Azərbaycana tibbi ekspertlər qrupu göndərir
03/08/2020 [13:25]:
“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
03/08/2020 [12:36]:
İki bacı 50 ildən sonra koronavirus sayəsində bir-birini tapıb
03/08/2020 [12:15]:
ABŞ fransızlardan 100 milyon dozalıq COVİD-19 peyvəndi alır
03/08/2020 [11:49]:
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
03/08/2020 [11:12]:
Türkiyə və İspaniya freqatları Egey dənizində...
03/08/2020 [10:48]:
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
03/08/2020 [10:00]:
"Barselona" Rakitiçi satır
02/08/2020 [23:59]:
"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
02/08/2020 [21:56]:
"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə erməni müğənninin konserti ləğv olundu
Azərbaycanda benefisarlar haqda niyə danışılmır?
Hərb tariximiz Azərbaycan muzeylərində
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin