Sürücülər “qara sevdası”na görə cərimələnəcəkmi?

08/11/2019 [11:03] - Gündəm (248)



Son günlərdə ən çox müzakirə edilən məsələlərdən biri də avtomobillərdə qara pərdələrdən il boyu istifadəyə icazənin verilib-verilməyəcəyi ilə bağlıdır.

Qeyd edək ki, “Yol Hərəkəti Haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilmişdir.

Bu Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS 122-2004 saylı standartına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti aşağıda göstərilən hədlərdən aşağı olmamalıdır:

Küləyə qarşı şüşələr üçün – 75 %

Küləyə qarşı olmayan digər şüşələr üçün – 70 %

Avtomobillərin arxa şüşəsinin işıqburaxma qabiliyyəti isə sürücünün salondan arxa görüşünü təmin etmək şərti ilə normallaşdırılmır.

 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa 1 saylı Əlavənin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır.

Həmçinin Azərbaycan Respublikasının iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir.

Əlavə edək ki, pərdələrdən istifadə ilə bağlı qaydalar hələ də öz qüvvəsində qalır.

Bəs örtüklərin vurulub sonra yenidən sökülməsinə münasibət necədir?

Sürücü Laçın Kamilbəylinin fikirlərinə görə, o, bunu yaxşı qarşılamır: “Çünki Avropa ölkələrində bu qadağa yoxdur. Mən demirəm, bütövlüklə ümumi maşının hamısı plyonka olsun. Düşünürəm ki, ön və qabaq, yan şüşələrə örtük vurulması axşamlar görməni məhdudlaşdırdığı üçün yaxşı deyil. Lakin arxa şüşələrə həmişə icazə versələr, tarix məhdudiyyəti qoymasalar daha gözəl olar”.

Məsələ ilə bağlı Azadinform-un suallarına cavab verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib ki, Qanunvericilikdə necə varsa elə də olacaq: “Yəni, qadağa hələ də varsa, təbii ki, söküləcək. Mövcud olan Qanunvericiliyə uyğun olaraq, qeyd olunan vaxta qədər əgər sökülməzsə cərimə tətbiq olunacaq”.
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
26/05/2020 [23:58]:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
26/05/2020 [22:44]:
"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26/05/2020 [21:35]:
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
26/05/2020 [20:34]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [19:44]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [19:41]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [18:52]:
Brazilyada koronavirus kabusu: ilginc faktlar
26/05/2020 [18:02]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [17:40]:
İspaniya əcnəbilər üçün karantin rejimini ləğv edəcək
26/05/2020 [16:31]:
Ruhani İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:31]:
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
26/05/2020 [15:37]:
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
26/05/2020 [14:44]:
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26/05/2020 [14:32]:
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
26/05/2020 [13:34]:
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
26/05/2020 [12:45]:
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək
26/05/2020 [12:23]:
Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir
26/05/2020 [11:51]:
Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb
26/05/2020 [11:20]:
“Ər və arvad” tamaşası nümayiş edilib
26/05/2020 [10:46]:
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
26/05/2020 [10:00]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
25/05/2020 [23:57]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [22:16]:
“Şollerin arxivi” filimi bu səfər ABŞ-da Qranta laiq görüldü
25/05/2020 [21:42]:
Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
25/05/2020 [20:31]:
Avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir
Prezident DTX ilə bağlı fərman imzaladı
Yoga musabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin