Süd və süd məhsulları autizmli uşaqlara necə təsir edir?

08/11/2019 [14:19] - Cəmiyyət (113)



Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri “Süd və süd məhsullarının autizmli uşaqlara təsiri” mövzusunu araşdırıblar.

Agentlikdən  bildirilib ki, süd və süd məhsulları bütün insanların gündəlik qida rasionunun bir hissəsini təşkil edir.

Qeyd olunub ki, bu məhsullar zülal, kalsium, B2 və B12 vitaminləri də daxil olmaqla bir çox qida maddəsinin mənbəyi hesab olunur: "Süd məhsullarının tərkibindəki kalsium, sümük və dişlərin sağlam inkişafında, eləcə də hüceyrələrin normal fəaliyyətində xüsusi rol oynayır. Həmin qidaların tərkibindəki keyfiyyətli zülal isə uşaqlarda böyümə, böyüklərdə toxuma bərpası və hər yaş qrupunda orqanizmin fəaliyyətinə müsbət istiqamətdə təsir göstərir.
Lakin autizmdən əziyyət çəkən uşaqlarda bu heç də belə deyil. Çünki süd və süd məhsullarındakı əksəriyyətini antibiotiklər, hormonlar, antihelmintik preparat, pestisid və baytarlıq dərmanları təşkil edən kimyəvi çirkləndiricilər autizm xəstəliyinin yaranması və gedişatında köməkçi faktor ola bilir. Həyat boyu davam edən autizm isə uşaqların sosial münasibətlərində, ünsiyyət vərdişlərində, təxəyyüllərinin inkişafında zəiflik və ya tamamilə yox olma ilə müşahidə edilən xəstəlikdir. Onların vərdişlərində müşahidə edilən rutinləşmə qidalanmalarında da əks olunur. Məsələn, hər dəfə eyni tərkibli qida məhsullarından asılılıq da buradan qaynaqlanır.

Bir sıra tədqiqatlar göstərir ki, süd zülallarının isidilməsi, müxtəlif zülal dəyişikliklərinə səbəb olur. Bu da onların həzmini həm in vitro, həm də in vivo azaldır. İnək südünün sənaye sterilizasiyası və qatıq emalında istifadə edilənə yaxın dərəcədə isidilməsi tərkibindəki kazein zülalını həzmə daha dözümlü hala gətirir. Bu zülalın istilik təsirindən aqreqatlaşması ehtimalı ilə izah olunur. Bundan əlavə radiasiya, qələvi emalı, oksidləşmə, yüksək təzyiq emalı, ekstruziya və qidaların dondurulması-əridilməsi tsikli də protein həzminə təsir göstərə bilər.

Ultra emal olunmuş qidaların digər zərərli xüsusiyyətlərinə əlavə olaraq, bəzi emal üsullarının qida zülallarının həzminə olan mənfi təsiri nəzərə alınaraq autizmli uşaqların pəhrizində minimal emal edilmiş süd, yumurta, ət və balıq və s. məhsulları yer almalıdır. Autizmli uşaqlarda kazein və qlutendən təmizlənmiş pəhrizlə bağlı aparılan araşdırmada uşaqların qan nümunələrində CD26, CD69, streptokinaza, gliadin, kazein və IgG, IgM, IgA anticisimləri araşdırılıb. Əksəriyyətində də kazein və qliadinə qarşı anticisimlərin olduğu aşkarlanıb. Bundan əlavə streptokinaz gliadin və kazeinin limfosit və toxuma enziminə birləşməsi autizmli uşaqlarda iltihablaşma və immunitet reaksiyalarına səbəb ola bilir".
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
25/01/2020 [23:59]:
“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib
25/01/2020 [23:45]:
44 saylı dairənin favorit namizədi
25/01/2020 [22:28]:
Çində koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb
25/01/2020 [21:53]:
“Turizm Reyestrinin aparılma Qaydası” təsdiqlənib
25/01/2020 [20:50]:
Elektron qaydada pensiya təyin edilən şəxslərin SAYI açıqlandı
25/01/2020 [20:05]:
İqbal Ağazadə Mehmandarov küçəsində seçicilərlə görüşdü
25/01/2020 [19:30]:
Hava nəqliyyatı ilə sərnişindaşıma artıb
25/01/2020 [18:46]:
Braziliya prezidenti "hindilərın təkamülü" sözlərinə görə məhkəməyə verilə bilər
25/01/2020 [17:52]:
“Osasuna” “Levante”ni məğlub edib
25/01/2020 [16:34]:
“Boeing “787 Dreamliner” təyyarələrinin istehsalını azalda bilər”
25/01/2020 [15:41]:
Çində koronavirusdan ölənlərin sayı 41-ə çatdı
25/01/2020 [15:26]:
İlham Əliyev azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyyəsi ilə bağlı tapşırıq verib
25/01/2020 [14:45]:
Qarabağda müharibə başlasa ... - qüvvələr nisbəti nə deyir?
25/01/2020 [14:41]:
Çingiz Qənizadənin seçicilərlə görüşünə müdaxilə cəhdi
25/01/2020 [14:23]:
Rusiya-Azərbaycan münasibətləri dostluq və tərəfdaşlığa əsaslanır
25/01/2020 [13:47]:
“PSJ” və “Yuventus” futbolçularını dəyişdirə bilər
25/01/2020 [13:19]:
Ermənistan prezidenti İsraildə pərt edildi - fiasko olan səfər, havada qalan “soyqırım” xahişi
25/01/2020 [12:44]:
Azərbaycan Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
25/01/2020 [12:38]:
Ukraynada koronavirusla bağlı şübhəli üç hal qeydə alınıb
25/01/2020 [12:20]:
Suriya hökumət qüvvələri İdlibin cənub-şərqindəki iki kəndi azad edib
25/01/2020 [11:48]:
Fransada 3 nəfər koronavirusa yoluxub
25/01/2020 [11:22]:
Zaqatalada yanğın olub
25/01/2020 [10:38]:
Beyləqan sakini qardaşının yük avtomobilini qaçırdı
25/01/2020 [10:00]:
ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyi azalır
24/01/2020 [23:59]:
Xızıda qumbara və partladıcılar aşkarlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
20 Yanvar faciəsindən 30 il ötür
Türkiyə telekanalında 20 Yanvar faciəsinə həsr olunmuş veriliş yayımlanıb
İran portalı Bakı haqqında məqalə yayıb
“Artım” Lab layihəsi çərçivəsində növbəti sərgi - “Başqa şeydən danış”
“Şahdağ” və “Tufandağ” MDB ölkələrinin 10 ən yaxşı dağ-xizək kurortu sırasındadır
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşüb
SOCAR və “LUKoil” arasında əməkdaşlıq memorandumu imzalanıb
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin