40 minə yaxın fermer vergi uçotuna alınmaqla bağlı müraciət edib

07/11/2019 [16:00] - İqtisadiyyat (173)



Bu gün Ağcabədidə kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı məsələlərə həsr olunmuş zona müşavirəsi keçirilib. 

Bu barədə Vergilər Nazirliyinin Media və kommunikasiya idarəsindən məlumat verilib.

Tədbirdə ölkəmizin Qarabağ bölgəsində yerləşən rayonlarının icra hakimiyyətlərinin rəhbər vəzifəli şəxsləri, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Vergilər Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Statistika Komitəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli qurumlarının, qəsəbə, kənd icra nümayəndəliklərinin və bələdiyyələrin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçılarını salamlayan Ağcabədi Rayon İcra Hakmiyyətinin başçısı Şahin Məmmədov kənd təsərrüfatında aparılan islahatların əhəmiyyətindən danışıb, əldə olunmuş ilkin nəticələr barədə məlumat verib.

Müşavirədə çıxış edən Vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi siyasətə uyğun olaraq, kənd təsərrüfatının inkişafı prioritet vəzifə kimi müəyyən edilib və son illər bu sahəyə böyük investisiyalar qoyulub. Qeyd olunub ki, aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Cari ilin 9 ayında qeyri-neft sənayemiz 15 faizdən çox, kənd təsərrüfatı isə 7 faizdən çox artıb.

Nazir müavini ölkə başçısının cari ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə vurğuladığı kimi, kənd təsərrüfatının mövcud potensialından daha səmərəli şəkildə istifadə olunmasının vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu sahədə uçotun dürüstləşdirilməsini və şəffaflaşdırılmasını zəruri edən səbəblərə, mövcud problemlərin aradan qaldırılması istiqamətində vergi orqanları və aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı və digər mühüm məsələlərə toxunub. Bildirilib ki, aqrar sahədə uçotun və hesabatlılığın hazırkı səviyyəsi qənaətbəxş hesab edilə bilməz və kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən müxtəlif dövlət orqanlarına və bələdiyyələrə təqdim olunan hesabatlardakı rəqəmlər arasında ciddi uyğunsuzluqlar mövcuddur. Görüləcək işlərin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən şəxslərin vergiyə cəlb edilməsi yox, digər aidiyyəti dövlət qurumları və bələdiyyələrlə birlikdə real vəziyyəti düzgün əks etdirən uçotun qurulması və şəffaflığın təmin olunmasıdır.

S.Ələkbərov bildirib ki, avqust ayından etibarən bütün ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalçıları və kənd təsərrüfatı təyinatlı torpaqların mülkiyyətçilərinin uçota alınması prosesinə start verilib və ötən müddət ərzində 40 minə yaxın şəxs tərəfindən vergi uçotuna alınmaqla bağlı ərizə təqdim edilib, qeydiyyatda olan bir çox vergi ödəyicilərinin uçot məlumatları dəqiqləşdirilib. Vurğulanıb ki, uçotun dürüstləşdirilməsi və şəffaflaşdırlması son məqsəd deyil və şəffaf uçot sisteminin qurulması istehsal olunan kənd təsərrüfatı məhsullarının real həcmi barədə düzgün məlumatların əldə edilməsinə, mövcud kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə olunmasının səmərəliliyinin artırılmasına, dövlət tərəfindən ayrılan subsidiyaların, yardımların, kənd təsərrüfatı məhsullarının istehsalçılarına verilən kreditlərin yalnız məhsul istehsalçılarının fəaliyyətinin genişləndirilməsinə sərf olunması hesabına istehsalın həcminin daha böyük templərlə artırılmasına və nəticə etibarilə bu sahədə çalışanların rifahının yüksəldilməsinə nail olunmasına xidmət etməlidir.

Tədbirdə Vergilər Nazirliyinin Yerli qurumların fəaliyyətinin əlaqələndirilməsi Baş İdarəsinin rəisi Elçin Bəylərov kənd təsərrüfatı sahəsində uçot və hesabatlılığın təşkili və tətbiqi sahəsindəki mövcud vəziyyət barədə təqdimatla çıxış edib.

Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Zaur Adilov rəhbərlik etdiyi qurumun əhatə dairəsinə aid olan rayonlarda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı görülən işlər, qarşıya çıxan suallar və problemlər barədə məlumat verib.

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
31/05/2020 [20:37]:
Cəlilabadda məktəb tikintisi zamanı qədim əşyalar tapıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin