Azərbaycanda Fiskal Şura yaradılması təklif edilib

07/11/2019 [10:48] - Gündəm (41)



Hesablama Palatası Azərbaycanda Fiskal Şura yaradılmasını təklif edib.

Təklif Hesablama Palatasının “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Sənəddə qeyd edilib ki, ölkəmizdə hazırda Fiskal Şura mövcud deyil. Buna olan zərurət Açıq Büdcə İndeksi üzrə ölkə qiymətləndirilməsi aparılarkən son 2018-ci ilin yanvar ayında dərc edilən hesabatda göstərilib. Hesabatda belə bir institutun yaradılması büdcə şəffaflığı və hesabatlılığı işinə mühüm töhfə hesab edilib: “Hesablama Palatası olaraq Fiskal Şuranın yaradılmasını ölkədə gedən fiscal islahatların dinamikliyini nəzərə alaraq bu işin büdcə proseslərinə əhəmiyyətli töhfə verəcəyini hesab edirik”.

Rəydə bildirilir ki, dünya təcrübəsində büdcə proqnozlarının əsaslılığının gücləndirilməsi ilə bağlı fiskal şuraların fəaliyyətinin təmin edilməsi müsbət nəticələrə gətirib çıxarır: “Sistemli böhranın əsas maliyyə nəticələri mövcud makrofiskal proqnozlaşdırma institutunun, bu sahədə təhlillərin və ümumən büdcə parametrlərinin daha geniş və müxtəlif ssenarilər üzrə qiymətləndirilməsi işinin təkmilləşdirilməsini aktual zərurətə çevirdi. Bu məqsədlə, atılan addımlardan biri fiskal siyasətin həyata keçirilməsinə məsul qurumların fəaliyyəti ilə yanaşı alternativ makroiqtisadi o cümlədən, büdcə parametrlərinin (o cümlədən, fiskal risklərin) geniş təhlilini və qiymətləndirilməsini apara biləcək institutların – fiskal şuraların  yaradılması idi. Fiskal Şuraların bir forması artıq mövcud olan parlamentin büdcə komitəsi və ya ofisinə həmin səlahiyyətlərin verilməsi oldu. Misal üçün, hələ 1974-cü ildə ABŞ Konqresinin Büdcə ofisi yaradıldıqda əsas məqsəd kimi (həmin dövr üçün) alternativ büdcə təhlili və proqnozlaşdırılmasının aparılması nəzərdə tutulurdu. Hazırda bu təcrübə fiskal şura olaraq Gürcüstanda yeni yaradılan Parlamentin Büdcə Ofisi, Kanada və İtaliyada da eynilə Parlamentin Büdcə Ofisi tərəfindən tətbiq edilir. Bir sıra hallarda bu funksiyaların Ali Audit Qurumlarına (Finlandiya, Litva və s.) həvalə edilməsi ilə bağlı qərar qəbul edildi. Digər tərəfdən, AAQ-ların fiskal, o cümlədən, borc dayanıqlılığı ilə bağlı daha müfəssəl təhlillər aparması büdcə təhlilinin tərkib hissəsi olaraq parlamentə təqdim edilməsi yeni büdcə ənənəsinə çevrildi (İsveç, Finlandiya, Türkiyə Cümhuriyyəti, Rusiya Federasiyası və s.). Dünyada müstəqil Fiskal Şuraların yaradılması təcrübəsi də var. Misal üçün, Birləşmiş Krallıqda Büdcə Məsuliyyətliliyi Ofisi, İrlandiyada Fiskal Məsləhət Şurası, Macarıstanda, Rumıniyada, Sloveniya və Serbiyada Fiskal Şura, Portuqaliyada İctimai Maliyyə üzrə Şura, Xorvatiyada və İsveçdə Fiskal Siyasət Şurası hazırda fəaliyyət göstərir. İqtisadi Şuranın eynilə Fiskal Şura Statusunda çalışması halları da var. Danimarka, Niderland və Almaniya Federativ Respublikasında iqtisadi ekspertlərdən ibarət şuranın Fiskal Şura statusunda çalışması buna nümunədir. Avstriya beyin mərkəzi olaraq Avstriya Borc Komitəsi fiskal şura kimi paralel fəaliyyət göstərir. Belə ki, Avstriyada eynilə parlamentin büdcə komitəsi də eyni statusda mövcuddur. Beyin mərkəzinin eyni funksional fəaliyyətinə malik olması nümunəsi də var. Buna əsas nümunə Meksikada Dövlət Maliyyəsi Tədqiqatlar Mərkəzinin çalışması göstərilə bilər”.
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
22/11/2019 [18:31]:
İstefa verən Maradona baş məşqçi vəzifəsinə qaytarılıb
22/11/2019 [17:56]:
Boşanmış kişilər üçün sığınacaq yaradılacaq
22/11/2019 [17:28]:
2 hərbi qulluqçu təyyarə qəzasında həlak olub
22/11/2019 [16:52]:
“Gender əsaslı Bələdiyyə Akademiyasının” açılışı olub
22/11/2019 [16:23]:
Binyamin Netanyahuya ittiham irəli sürülüb
22/11/2019 [16:00]:
Son illər gənc qadınlar ana olmaqdan qorxur - Müharibənin fəsadları hələ də davam edir
22/11/2019 [15:40]:
Dünyanın ən sürətli traktoru hazırlanıb
22/11/2019 [15:23]:
Dəməşq aeroportunda iranlıların qərargahı darmadağın edildi
22/11/2019 [14:49]:
Nazir: "Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb"
22/11/2019 [14:31]:
"Qarabağ" azarkeşləri "Sevilya" ilə oyunun biletini 35 avroya ala bilərlər
22/11/2019 [14:29]:
Azərbaycan və Hindistan İKT sahəsində əməkdaşlıq edə bilər
22/11/2019 [13:58]:
Maksim Oreşkin: “Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 26 faiz artıb”
22/11/2019 [13:50]:
“Apple” ABŞ-da 5G şəbəkəsini qura bilər
22/11/2019 [13:26]:
"Azərbaycan ailəsi-2019" film festivalının qalibləri mükafatlandırılıb
22/11/2019 [12:47]:
“Real” Maurisio Poçettinonu baş məşqçi gətirmək istəyir
22/11/2019 [12:39]:
10-cu Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir
22/11/2019 [12:22]:
Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
22/11/2019 [11:45]:
Futbol Federasiyasının sədri istefa verdi
22/11/2019 [11:19]:
İran XİN: Avropa ölkələri öz problemlərini həll etsələr yaxşı olar
22/11/2019 [10:40]:
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
22/11/2019 [10:00]:
“Hazırda danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində aparılır”
21/11/2019 [23:59]:
Dünyada maliyyə texnologiyalarına investisiyalar 214 milyard dollara çatıb
21/11/2019 [23:58]:
Mehriban Əliyeva: "Azərbaycanda rus dilinə və rus mədəniyyətinə böyük hörmətlə yanaşırlar"
21/11/2019 [22:30]:
"Dinamo" irqçiliyə görə cəzalandırılıb
21/11/2019 [21:43]:
Binəqədidə anbar yanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Ürəyi vaxtsız qocaldan amillər
"49 ölkədə Açıq Hökumət planları hazırlanır"
DİN: "Mitinqə 5,5 min nəfər qatılıb"
SOCAR “Azəristiliktəchizat”ın borclu olmasına baxmayaraq əhalini soyuqda qoymadı
Qüdrət Həsənquliyev: "Əli Kərimli heç əlindəki silahla boş butulkaya da atəş açmayıb"
Gənc oğlan öncə ana və bacısını sonra özünü öldürdü
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin