Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinatlar olub.
Yenicag.az-ın məlumatına görə, Adnan Əhmədzadə SOCAR-ın Sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini vəzifəsinə təyin edilib.
Adil Vəliyev isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin müdiri vəzifəsinə gətirilib.
Xatırladaq ki, Adnan Əhmədzadə bundan əvvəl Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi vəzifəsində çalışırdı

.
Adnan Əhmədzadə
A.Əhmədzadə 1978-ci ildə Bakıda anadan olub. O, 2006-2007-ci illərdə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin Nəqliyyat-Ekspedisiya şöbəsinin rəis müavini, 2007-2008-ci illərdə Ticarət əməliyyatlarında kommersiya risklərinin idarə edilməsi və Logistika şöbələrinin rəisi, 2008-2010-cu illərdə İxrac əməliyyatları departamentinin rəisi, 2010-ci ildən isə İdarənin rəisi vəzifələrində çalışıb.
Adil Vəliyevə gəlincə, o, 1980-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını “Neft və qaz emalı” üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib
Adil Vəliyev
2017-ci ildə İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin “Master of Business Administration” (MBA) proqramını (“Neft-qaz biznesinin idarə olunması”) müvəffəqiyyətlə bitirib.
2003-cü ildən SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində işləyir, 2010-cu ildən İdarənin İxrac əməliyyatları departamentinin rəis müavini vəzifəsində çalışıb.