Kestutis Yankauskas: “Maneə və qərəz olduqda həm fərdlər, həm də cəmiyyət üçün çox əlverişsiz mühit yaranır”

01/11/2019 [16:26] - Cəmiyyət (221)



Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi bu gün tarixi İçərişəhərdə İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzində mətbuat günü təşkil edib. 

İstiqlal.az xəbər verir ki, mətbuat günü Aİ tərəfindən maliyyələşdirilən, BMTİP tərəfindən “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi ilə birlikdə həyata keçirilən birgə layihə çərçivəsində incəsənət və yaradıcı mədəni özünüifadə üzrə ilk inklüziv peşə təhsili proqramının açılışına həsr olunub. Əlilliyi olan və olmayan şəxslər üçün inklüziv təhsilin təşviqinə yönələn bu layihə gənc tələbələrin birlikdə təhsil alması və ənənəvi incəsənət vasitəsilə həyatı birlikdə kəşf etməsinə kömək edir.  2018-ci ildə Aİ, BMTİP və Azərbaycan Hökuməti arasında imzalanan layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaq və gənclərin onların inkişafla bağlı ehtiyac və tələblərinə uyğunlaşdırılmış inklüziv təhsili platformalarına çıxış imkanlarını genişləndirmək üçün bu yaxınlarda tamamilə yeni İncəsənət və Sənətkarlıq üzrə İnklüziv Peşə Təlimi Mərkəzi yaradılıb. Mərkəz İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi (İƏİM) nəzdində fəaliyyət göstərir. Bu ilin sentyabr ayında tələbələrin ilk qrupu İçərişəhərdə Təlim Mərkəzində inklüziv emalatxanada ilk tədris ilinə başlayıblar. 

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas mətbuat günündə tələbələrin bu ilk qrupunu salamlayaraq deyib ki, bərabər davranış, bərabər imkanlar və ayrıseçkiliyə yol verilməməsi, cəmiyyətdə əlilliyi olan qadınlar və kişilər üçün inklüziv imkanları təmin edir: “Maneə və qərəz olduqda isə həm fərdlər, həm də cəmiyyət üçün çox əlverişsiz mühit yaranır, xüsusən bu maneələr bacarıqların inkişaf etdirilməsi və layiqli iş imkanlarının əlçatanlılığına mane olur. Bu baxımdan, ümumi, texniki və peşə təhsil və təlimin, o cümlədən məşğulluq sahəsində məlumatlılığı artıran davamlı, açıq, çevik və tamamlayıcı sistemlərin inkişafı və tətbiqi vacibdir”.

İnklüziv təcrübələrin vacibliyini vurğulayan BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti deyib ki, inklüzivlik əlilliyi olan insanların həyatında köklü dəyişikliklərə səbəb olaraq onların özünüqiymətləndirməsinin yüksəlməsinə, özünəinamının artmasına kömək edir və onlara daha keyfiyyətli həyat yaşamaq imkanı verir. İnklüziv cəmiyyətlərdə fərqli qabiliyyətlərə malik şəxslər onlar üçün münbit mühitdə çoxsaylı faydalı imkanlardan yararlana bilir. Bu cür mühit digər məsələlərlə yanaşı effektiv kommunikasiyaya əngəl olan maneələri aradan qaldırır, əlilliyi olan şəxslərin icma həyatında iştirakını artırır və onların müstəqil yaşamaq bacarıqlarını yaxşılaşdırır.

Bu gün İçərişəhərdəki yeni İncəsənət və Sənətkarlıq üzrə Peşə Təlimi Mərkəzində təqdim olunan altı kursda yüksək motivasiyalı 65 nəfər tələbə, o cümlədən əlilliyi olan 25 tələbə və əlilliyi olmayan 40 tələbə təhsil alır.  Mərkəzdə hazırda dulusçuluq və dekorativ həllərlə bağlı iki kurs mövcuddur və hər ikisi 6-12 aylıq akademik proqramlar  təmin edir. Bundan əlavə, ağac üzərində iş üzrə ixtisaslaşan daha iki qrup müvafiq olaraq altı və on iki aylıq kurslarda iştirak edir. Polimer gili və muncuqlardan suvenirlərin hazırlanması və batika və vitraj üsulu ilə suvenirlərin hazırlanması üzrə bir-birindən ayrı daha iki kurs mövcuddur. Kurslar əlilliyi olan 4-5 və əlilliyi olmayan 6-7 tələbədən ibarət qarışıq qruplar şəklində həftədə bir dəfə 2 saat davam edir.

Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
26/05/2020 [23:58]:
Vikipediyada Əbdürrəhim bəy Haqverdiyevlə bağlı özbək dilində bölmə istifadəyə verilib
26/05/2020 [22:44]:
"Formula 1"lə bağlı qaynar xətt yaradıldı
26/05/2020 [21:35]:
İspaniyada pandemiya qurbanlarının xatirəsinə matəm elan edildi
26/05/2020 [20:34]:
“Azərişıq” ASC-nin üç əməkdaşı güllələnib
26/05/2020 [19:44]:
Səudiyyə Ərəbistanının Kralı Azərbaycan Prezidentini təbrik edib
26/05/2020 [19:41]:
Emmanuel Makron Prezident İlham Əliyevə məktub göndərib
26/05/2020 [18:52]:
Brazilyada koronavirus kabusu: ilginc faktlar
26/05/2020 [18:02]:
XİN Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına münasibət bildirib
26/05/2020 [17:40]:
İspaniya əcnəbilər üçün karantin rejimini ləğv edəcək
26/05/2020 [16:31]:
Ruhani İlham Əliyevə məktub göndərib
26/05/2020 [16:31]:
Azərbaycanda ət, süd və yumurta istehsalı artıb
26/05/2020 [15:37]:
Milli rəqslərimiz İsveçdə maraqla qarşılanıb
26/05/2020 [14:44]:
Kaliforniyada dini mərasimlərin keçirilməsinə icazə verilir
26/05/2020 [14:32]:
Zakir Qaralov ittiham olunur, “Akkord” isə susur- Baş redaktorun evini kim zəbt edib?
26/05/2020 [13:34]:
Çempionlar Liqasının ən yaxşı məşqçisi açıqlanıb
26/05/2020 [12:45]:
Rusiya şirkətləri və büdcəsi ucuz neftdən on milyardlarla dollar itirəcək
26/05/2020 [12:23]:
Bəzi ölkələr koronavirusun öyrənilməsi üçün Çinə missiya göndərir
26/05/2020 [11:51]:
Azərbaycanda kartof istehsalı 7%-dən çox artıb
26/05/2020 [11:20]:
“Ər və arvad” tamaşası nümayiş edilib
26/05/2020 [10:46]:
Ermənistanda ağır koronavirus xəstələrinin sayı artır
26/05/2020 [10:00]:
Zidan Çempionlar Liqası tarixində ən yaxşı baş məşqçi seçilib
25/05/2020 [23:57]:
Gürcüstanın səhiyyə naziri erməni həmkarından izahat tələb edəcək
25/05/2020 [22:16]:
“Şollerin arxivi” filimi bu səfər ABŞ-da Qranta laiq görüldü
25/05/2020 [21:42]:
Yaponiyada fövqəladə vəziyyət ləğv edildi
25/05/2020 [20:31]:
Avtomobil sektoru rekord həddə tənəzzülə uğrayıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Çin uyğurları qlobal nəhənglərin fabriklərində işləməyə göndərir
Prezident DTX ilə bağlı fərman imzaladı
Yoga musabiqəsində iştirak etmək istəyənlərin nəzərinə
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
Leyla Əliyevanın şeirləri Gürcüstan mətbuatında
Koronavirus mərkəzini dəyişir: Artıq bu ölkələr daha çox təhlükədədir
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Musiqili Teatr həftəsonu maraqlı tamaşalarla çıxış edəcək
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin