Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

25/10/2019 [23:21] - İqtisadiyyat (173)




Rəqəmsal aləmin ən son yeniliklərini abunəçiləri üçün əlçatan etməyi hədəfləyən ölkənin lider mobil operatoru Azercell Telekom-un uğurlu fəaliyyəti diqqət mərkəzindədir. Oktyabr ayının 23-ü Heydər Əliyev Mərkəzində  “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Huawei” şirkətinin birgə təşkilatçılığı ilə “Eurasia Innovation Day” və “Innovation Awards Gala” mükafatlandırma mərasimi keçirilib. Tədbir zamanı “İlin innovasiya ekosistemi təmsilçisi”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi”, “İlin influenseri” və “İlin startapı” nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Münsiflər heyətinin səsverməsinə əsasən Azercell-in yeni brend kimliyinin təqdimatı “İlin innovasiya tədbiri” nominasiyası üzrə qalib seçilərək, “Azərbaycan İnnovasiya Mükafatı”na layiq görülüb. Xatırladaq ki, Azercell-in yeni brend kimliyinin təqdimatı cari ilin iyun ayının 21-i Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturlarının rəsmilərinin, ictimai xadimlərin və mətbuat nümayəndələrinin iştirakı ilə baş tutub. Tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Mərkəzin parkında təşkil edilən sərbəst girişli konsert zamanı isə ölkədə ilk dəfə olaraq, 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm şou sərgiləyib.

Məlumat üçün bildirək ki, dialoq platforması rolunu oynayan “Eurasia İnnovation Day” tədbirinə siyasətçilər, özəl sektor nümayəndələri, elm xadimləri və media nümayəndələri qatılıb. Tədbir çərçivəsində texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərin müzakirə olunduğu 3 panel təşkil edilib. “Rəqəmsal əlaqə” adlı ilk paneldə mövzu ətrafında maraqlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb. Paneldə “Azercell Telekom” MMC-nin İstehlakçı Seqment Biznes Strukturunun rəhbəri, Krasimir Genov da çıxış edib. Krasimir Genov Azercell şirkətinin cari ilin iyun ayından etibarən fəaliyyətinin yeni dövrünə qədəm qoyduğunu və abunəçilərinin qarşısına ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operator olaraq çıxdığını bildirib. O, həmçinin rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən Azercell-in zənginləşən rəqəmsal məhsullar portfeli haqqında da geniş məlumat təqdim edib.

 İkinci panel Avrasiya ölkələrində milli rəqəmsal iqtisadiyyatın inkişaf imkanları və problemləri mövzusunu əhatə edib. Üçüncü paneldə isə innovasiya və texnologiya istiqaməti müzakirə predmeti olub.

Qeyd edək ki, 18-24 oktyabr tarixlərini əhatə edən “InnoWeek – İnnovasiya həftəsi”  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiyalar Agentliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azercell və “Microsoft” şirkətləri ilə birgə reallaşdırılıb.

Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin