Səfir: “Bu mübarizənin bir hissəsidir”

30/10/2019 [13:22] - Siyasət (207)



Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Erkan Özoral tədbirdə çıxış edərək Prezident Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub: “Qazi Mustafa Kamal Atatürk başda olmaqla, İstiqlal savaşımızın qələbəsində rolu olanları hörmətlə yad edilir. Yaxın ildə Türkiyə Böyük Millət  Məclisinin yaradılmasının 100-cü ildönümünü qeyd ediləcək. Biz dövlət və millət olaraq son illər yenə də bir İstiqlal savaşı verməkdəyik”. Məktubda Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Barış pinarı” əməliyyatına da toxulub və qeyd edilib ki, bu, mübarizənin bir hissəsidir, İstiqlal savaşı fərqli formada aparılır: “Ölkəmiz terrorla uğurla mübarizə aparır. Türkiyə bu məsuliyyətli işin öhdəsindən gələcək potensiala malikdir”. 

Azərbaycan hökuməti adından Türkiyə xalqını təbrik edən Milli Məclisin sədri Oqtay Əsədov çıxışında deyib ki, ölkələrimiz arasındakı münasibətlər bir millət, iki dövlət prinsipləri üzərində qurulub: “Bu gün Türkiyə dünyada güclü dövlət kimi tanınır.  Ölkələrimiz arasında sıx qardaşlıq əlaqələri mövcuddur. Dövlətlərimiz strateji tərəfdaşdırlar və bu tərəfdaşlığın möhkəm hüquqi təməli var. Türkiyə ilə Azərbaycan arasında sıx qardaşlıq əlaqələri mövcuddur”.  Spiker deyib ki,  bu günə kimi ölkələrimiz arasında 240-dan çox ikitərəfli sənəd imzalanıb, 27 sənəd baxılma mərhələsindədir. Spiker onu da vurğulayıb ki, hər iki ölkə arasındakı əlaqələrin möhkəmlənməsində parlamentlərarası dostluq qruplarının böyük rolu var. Türkiyə və Azərbaycan beynəlxalq arenada sıx əməkdaşlıq edir və hər zaman mövqelərimiz üst-üstə düşür: “ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Türkiyə ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir”.  İqtisadi əlaqələrə gəlincə, O.Əsədovun sözlərinə görə,  2018-ci ildə ölkələrimiz arasında ticari dövriyyə  3,4 milyard dollardan çox olub. 2019-cu ilin 9 ayında bu rəqəm 3 milyard 300 milyon dolları keçib. 


Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Rusiya Ermənistana xəbərdarlıq edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
Xəbər lenti
31/10/2020 [15:43]:
"Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir" - Prezidentin köməkçisi
31/10/2020 [15:04]:
ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı
31/10/2020 [14:17]:
Rusiya Ermənistandan idxal olunan pomidora qadağa qoya bilər
31/10/2020 [13:34]:
Noyabrın 1-ə hava proqnozu
31/10/2020 [13:33]:
Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
31/10/2020 [13:26]:
Putindən Paşinyana rədd cavabı gəldi
31/10/2020 [12:46]:
Azərbaycan nefti ucuzlaşıb
31/10/2020 [12:11]:
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub
31/10/2020 [11:59]:
Gürcüstanda parlament seçkiləri keçirilir
31/10/2020 [11:20]:
İzmirdə yenə 5 bal gücündə zəlzələ oldu
31/10/2020 [11:18]:
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
31/10/2020 [11:03]:
"Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır" - MN
31/10/2020 [10:13]:
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
31/10/2020 [09:22]:
Rusiya Ermənistana xəbərdarlıq edib
31/10/2020 [00:09]:
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
30/10/2020 [23:37]:
Zinəddin Zidandan Azərbaycana dəstək
30/10/2020 [23:33]:
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
30/10/2020 [23:21]:
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
30/10/2020 [22:59]:
Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verilib
30/10/2020 [22:19]:
Gürcü tarixçilər: “Ermənistan dinc əhalini bombalayaraq beynəlxalq hüququ bir daha pozur”
30/10/2020 [21:32]:
Mövlud Çavuşoğlu Kəmaləddin Heyderova təşəkkür etdi
30/10/2020 [20:43]:
Noyabr ayının hava proqnozu açıqlanıb
30/10/2020 [19:54]:
İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi
30/10/2020 [19:15]:
Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır”
30/10/2020 [19:06]:
Ceyhun Bayramovla Mnatsakanyan Cenevrədə görüşdü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin