Ərdoğan: “Dünyada türk milləti qədər soyqırıma, zülmə məruz qalan ikinci bir millət yoxdur”

30/10/2019 [14:20] - Gündəm (170)



“Rusiya rəsmilərindən aldığımız məlumatlara görə, hazırda terrorçular tamamilə ərazidən çəkiliblər. Biz Suriya torpaqlarına qalmağa yox, o torpaqları terror təhlükəsindən təmizləmək üçün getdik”.

APA-nın yerli bürosunun xəbərinə görə, 29 oktyabr Türkiyə Cümhuriyyətinin elan edilməsinin 96-cı ildönümü münasibətilə Ankaradakı Beştəpə Millət Konqresi və Mərkəzində keçirilən bayram tədbirində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri bildirib.

Prezident deyib ki, ABŞ-la 120 saatlıq, Rrusiya ilə 150 saatlıq razılaşma müddəti başa çatsa da, sabahdan yenə də Suriya mövzusunda fəaliyyətlər, görüşlər davam edəcək: “Bununla da “Barış bulağı” əməliyyatını yekunlaşdırmaq cəhdləri içərisindəyik. Qərb ölkələri ilə də görüşlərimiz olacaq. Mən də daxil olmaqla, xarici işlər nazirimiz, müdafiə nazirimiz, milli təhlükəsizlik qurumumuz, baş qərargah rəisimiz səviyyəsində görüşlər davam etməkdədir. Həm Türkiyə, həm də ölkəmizlə sərhəddə olan Suriya sərhədlərini ən qısa zamanda terrorçuardan tam təmizləyəcəyik”.

Ərdoğan qeyd edib ki, "Barış bulğaı" əməliyyatı çərçivəsində Türkiyə ordusu 30-a yaxın, Suriya Milli Ordusu isə 130-a yaxın şəhid verib: “Dünyada Avropadan Qafqazadək türk miləti qədər soyqırıma, zülmə, ədalətsizliyə məruz qalan ikinci bir millət yoxdur. Buna rəğmən biz, mədəniyyətimizin və tariximizin tələblərindən irəli gələrək sərhədlərimizdən kənara heç bir zaman çıxmadıq və çıxmayacağıq. Bizdən başqa hər kəsin Suriyadakı marağının mərkəzində neft mənbəyi olduğu bir daha ortaya çıxıb. Ölkəmiz terrorla mübarizə apararkən Qərb ölkələri başda olmaqla bir çox dövlətlərin bu mübarizədə səmimi olmadığını, ikiüzlü olduğunu ifşa etdi. Türkiyə milli təhlükəsizliyini öz gücü hesabına qoruya biləcəyini bir daha sübut etdi”.

Bayram münasibətilə xalqını və Türkiyə ilə dostluq əlaqələri olan ölkələri təbrik edən Ərdoğan Türkiyə Respublikasının 100 illiyi üçün 2023-cü ildə çox önəmli hədəflərin müəyyənləşdirildiyini də vurğulayıb.
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Vəziyyət pisdir və daha da pis olacaq - nə etməli?
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Xəbər lenti
03/08/2020 [23:57]:
Paytaxtda və ətraf regionda yenidən ciddi məhdudiyyətlər tətbiq olunacaq
03/08/2020 [21:36]:
BNA: Xəttə az avtobus çıxaran daşıyıcıya qarşı ən sərt tədbir görüləcək
03/08/2020 [20:54]:
"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi "Valensiya"da işləyəcək
03/08/2020 [18:57]:
"Microsoft" Trampdan çəkinərək “TikTok”u almaqdan vaz keçdi
03/08/2020 [18:32]:
Məktəblər sentyabrda açılacaq?
03/08/2020 [17:33]:
Türkiyədə sağlam qida məhsulları tədarükü üçün ciddi tədbirlər görülür
03/08/2020 [17:30]:
Çimərliklər bu saatadək açıq olacaq
03/08/2020 [17:15]:
Rayonlara getməyə icazə veriləcək?
03/08/2020 [17:14]:
Sahibkarlara 250 manat yardım veriləcək
03/08/2020 [16:16]:
Azərbaycanda karantin rejimi yumşaldılır - Avqustun 5-dən bu dəyişikliklər olacaq
03/08/2020 [16:10]:
Yubilyar kino xadimləri təbrik edilib
03/08/2020 [15:50]:
Söz azadlığına qarşı olan səfirin məhkəməsi başlayır
03/08/2020 [15:29]:
Azərbaycanın qızıl ixracından gəlirləri 22% artıb
03/08/2020 [15:25]:
Jurnalist aclıq aksiyasını davam etdirir
03/08/2020 [14:37]:
Dünyanın iki ölkəsində yeni kütləvi infeksiya yayıldı
03/08/2020 [14:29]:
Çin hökuməti Azərbaycana tibbi ekspertlər qrupu göndərir
03/08/2020 [13:25]:
“Çelsi” “Bavariya” ilə oyun öncəsi itkilərlə üzləşib
03/08/2020 [12:36]:
İki bacı 50 ildən sonra koronavirus sayəsində bir-birini tapıb
03/08/2020 [12:15]:
ABŞ fransızlardan 100 milyon dozalıq COVİD-19 peyvəndi alır
03/08/2020 [11:49]:
Yaponiyada ABŞ hərbçiləri arasında koronavirusa yoluxanların sayı artır
03/08/2020 [11:12]:
Türkiyə və İspaniya freqatları Egey dənizində...
03/08/2020 [10:48]:
Belarusda koronavirusa yoluxanların sayı 68 mini ötdü
03/08/2020 [10:00]:
"Barselona" Rakitiçi satır
02/08/2020 [23:59]:
"Messini ya yuxumda, ya da Playstationda dayandıra bilərəm"
02/08/2020 [21:56]:
"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyədə erməni müğənninin konserti ləğv olundu
Azərbaycanda benefisarlar haqda niyə danışılmır?
Hərb tariximiz Azərbaycan muzeylərində
İyunda Azərbaycanın yeyinti məhsulları ixracı artıb
Alimlər: Pandemiyaya səbəb olan koronavirusun əcdadı Çində 40-70 il əvvəl ortaya çıxıb
“Fitch”: Bu ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatları 38,3 mlrd. dollar təşkil edəcək
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
BMT pandemiya zamanı turizm sektorunun itkilərini hesablayıb
Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
Azərbaycanda Qurban bayramı qeyd edilir
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin