“TANAP və STAR Azərbaycan və Türkiyə üçün geosiyasi uğur və gəlir gətirir”

29/10/2019 [11:53] - İqtisadiyyat (210)



“Trans-Anadolu Boru Kəməri (TANAP) və STAR Neft Emalı Zavodunun istismara verilməsi hər iki ölkə üçün geosiyasi uğurlarla yanaşı, gəlir də gətirir”.

İstiqlal.az “Report”a istinadən xəbər verir ki, bunu türkiyəli professor Sedat Aybar bildirib.

O, hər iki layihənin faydalarını vurğulayıb: “Məsələn, STAR zavodu inşaatın pik vaxtında 3 mindən çox mühəndis olmaqla 14 ölkədən 19 500-ə yaxın işçini işlə təmin edib. STAR zavodu neft-kimya sektorunun əsas xammalı olan nafta, ksilol və reformatın əldə olunmasını asanlaşdıraraq Türkiyənin bu sektorda idxaldan asılılığını azaldıb. Eyni zamanda, zavod dizel, təyyarə yanacağı, LPG və neft koksu kimi neft məhsullarını istehsal edərək cari kəsirin azalmasına yardım edib”.
Professor həmçinin bildirib ki, TANAP Azərbaycan təbii qazını qərbdəki istehlakçılara çatdırmaq baxımından strateji layihədir: “TANAP Bakıdan İtaliyaya qədər uzanan 3 500 km-lik Cənub Qaz Dəhlizi layihəsinin ən önəmli həlqəsini təşkil edir. Layihə 7 mlrd. dollar dəyərində qiymətləndirilir. TANAP Avropa və Türkiyənin təbii qaz mənbələri çeşidliyini artırmaqla yanaşı, Türkiyənin enerji dəhlizinə çevrilməsi üçün atılan ən strateji addımlardan biridir. Amma TANAP sadəcə təbii qaz tədarükündə mənbələrin şaxələndirilməsini təmin etmək və ya beynəlxalq güc tarazlığı baxımından önəmli deyil. Bu layihə həm də Türkiyəyə ildə 6 mlrd. kubmetr təbii qaz nəql edəcək və Türkiyənin təbii qaz ehtiyacının 12%-ni qarşılayacaq. Bu, Türkiyəyə əhəmiyyətli iqtisadi rahatlıq təmin edəcək”.

S.Aybar bu layihələrin Azərbaycana faydalarının bəlkə də Türkiyəyə faydalardan daha çox olduğunu da əlavə edib. “Burada qarşılıqlı “qazan-qazan” vəziyyəti var. TANAP mənbə ölkə olan Azərbaycanın məhsulunu bazara daha rəqabətli şərtlərdə təqdim etməsini təmin edən bir layihədir. AzərbaycanTürkiyə ilə yanaşı, Avropa bazarına, məsələn, İtaliyaya nəqli birbaşa marşrutla həyata keçirəcək. O bazara qaz tədarükünə qatılması Azərbaycanın həm Avropa İttifaqı, həm də region çərçivəsində strateji dəyərini artırır. Bu mənada Türkiyədəki layihələrin Azərbaycan üçün qazanclarını iqtisadi və geosiyasi uğurlar olaraq dəyərləndirmək mümkündür”.

Professor TANAP və STAR layihələrinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə töhfə verməkdə olduğunu vurğulayıb: “Ümumiyyətlə, bu cür sərmayələrin bir qayda olaraq məşğulluq  yaratmasına töhfə verdiyi aydındır. SOCAR-ın Türkiyədəki böyük layihələri başlıca olaraq məşğulluq təmin etməsi baxımından ölkə iqtisadiyyatına fayda verir. Təbii qaz və enerjidə xaricdən asılı ölkə olan Türkiyə üçün SOCAR və onun ölkəsinin Azərbaycan olması çox önəmlidir. Türkiyənin enerji və təbii qaza tələbatı ödəmək baxımından problemi var. Türkiyə üçün TANAP-ın regional enerji tarazlığı baxımından daşıdığı önəm aydındır. STAR zavodu isə sadəcə məşğulluq yaratmır, innovasiya və sahibkarlığı dəstəkləyir. Türkiyə üçün çoxfunksiyalı fayda təmin edir”. 
DTX: Səfir Eldar Həsənov həbs edilib
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Məişət zoraklığına qarşı QAYNAR XƏTT yaradılıdı - layihə
Azərbaycanın Ukraynadakı səfiri söz azadlığına qarşı
Qod Nisanov Moskvada ermənilərlə üz-üzə - Bakıda isə onun yaxınlarına qarşı qanunsuzluq edirlər
Xəbər lenti
14/08/2020 [23:58]:
Koronavirusun atipik simptomları məlum olub
14/08/2020 [21:40]:
Bu ilin ilk yarısında BTC kəməri ilə 462 mln. tondan çox xam neft nəql edilib
14/08/2020 [20:46]:
Qalata qülləsində aparılan bərpa işləri mütəxəssislərin nəzarətindədir
14/08/2020 [18:28]:
PSJ-nin prezidenti: "Neymar və Mbappe klubda qalacaq"
14/08/2020 [17:55]:
COVID-19 virusuna yoluxma ehtimalı qan qrupundan asılıdır
14/08/2020 [17:22]:
Tovuz hadisələri Ermənilərin yaratdığı hərbi təxribatdır…
14/08/2020 [16:50]:
Ermənistan silah istehsalçılarının poliqonudur
14/08/2020 [16:47]:
Azərbaycanda ÜDM-in həcmi 3%-ə yaxın azalıb
14/08/2020 [16:19]:
Serbiya hökumətinin addımı Azərbaycan tərəfindən birməmalı qarşılanmadı
14/08/2020 [16:00]:
Mənfur qonşularımızın necə və nə yollarla silahlanması
14/08/2020 [15:49]:
Ermənistanın silahlanmasında digər dövlətlərin dəstəyi
14/08/2020 [15:24]:
Fransa Aralıq dənizinə qırıcı təyyarələr göndərəcək
14/08/2020 [15:14]:
Ermənistanın digər ölkələrdən aldığı hərbi köməklər
14/08/2020 [15:03]:
Dostumuz kim, düşmənimiz kim?
14/08/2020 [15:00]:
Paşinyan BBC-də biabır oldu - Video
14/08/2020 [14:37]:
İranlı rəsmi: “Rusiyanın COVID-19 peyvəndinin insan üzərində sınağı düzgün tamamlanmayıb”
14/08/2020 [13:22]:
Çin Mayk Pompeonu “siyasi virus” yaymaqda ittiham edib
14/08/2020 [12:49]:
Ərdoğandan sərt mesaj: "Makron kimilər..."
14/08/2020 [12:18]:
Rusiyanın hazırladığı peyvənd ən azı iki il koronavirusdan qoruyacaq
14/08/2020 [11:55]:
Təcavüzkar və terrorist ölkə Ermənistana hərbi yardım edən dövlətlər
14/08/2020 [11:44]:
Ağacların dibinin betonlanması ilə bağlı yayılan məlumatlara Nəsimi RİH CAVAB VERDİ
14/08/2020 [11:39]:
Ermənistanın silahlanması
14/08/2020 [11:36]:
Neymar Messinin rekordunu yeniləyib
14/08/2020 [11:22]:
Ermənistana satılan silahlar...
14/08/2020 [11:16]:
ABŞ mediası: "Tramp artıq Pentaqon rəhbərini dəyişdirməyi beyninə qoyub"
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Avqustun 10-dan bu qadağalar ləğv olunur - Rəsmi
Bakı-Pirşağı-Sumqayıt xəttinə əlavə qatarlar buraxılır
“Azərişıq” Almaniya şirkəti ilə əməkdaşlıq memorandumu imzalayıb
Balıq və balıq məhsullarının insan orqanizmində törətdiyi fəsadlar
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
Kitabların saxlancı – qeyri-adi kitab rəfləri
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq
Səfirin söz azadlığına qarşı səlib yürüşündə final səhnə - qocaman jurnalistə qarşı qərar verildi
Yardım kampaniyası davam edir
Qubad İbadoğlu: SOCAR hər il öz hesabatlarını auditor yoxlamasından keçirir və açıqlayır
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin