Ödənişsiz psixoloji və hüququ yardım göstəriləcək

29/10/2019 [00:35] - Cəmiyyət (283)



Daxili İşlər və Təhsil Nazirliklərinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “XXI Əsrin Qadınları” İctimai Birliyi “İnsan alveri qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili, sosial reklamların çəkilməsi, insan alveri ilə mübarizə sahəsində maarifləndirmə işinin təşkili” adlı layihəsini uğurla yekunlaşdırıb. 

Nəzərə çatdıraq ki, layihəsi çərçivəsində  Şamaxıda (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı) və Cəlilabadda (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialı) tədbirlər keçirilib.

ADPU Şamaxı filialında keçirilən tədbir zamanı direktor Tünzalə Yusifova, və Cəlilabadda isə ADPU-nun yerli filialının direktoru Xudayar Sultanlı qonaqları təqdim ediblər, iştirakçılara mövzunun mahiyyəti barədə qısa açıqlama verib.

Tədbirlərdə çıxış edən İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyin sədri Mahirə Əmirhüseynova çıxış edərək, insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. QHT rəhbəri həyata keçirilən layihənin əsas məqsədi, insan alveri ilə bağlı həyata keçirilən dövlət proqramının icrasında ictimai rolun artırılması, regionlarda yaşayan gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkili, eləcə də bu problemdən əziyyət çəkən şəxslərin psixoloji və hüquqi müdafiəsinin həyata keçirilməsindən ibarət oldugunu bildirib. O qeyd edib ki, İctimai Birliyə müraciət edən insan alveri qurbanlarına ödənişsiz olaraq psixoloji və hüququ  yardım göstəriləcək, müvafiq qurumlara müraciətlərin hazırlanması məqsədilə hüquqi yardım ediləcək.

Şamaxıdakı tədbirdə çıxış edən DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis mayoru Rafiq Məmmədov isə çıxışında tədbir iştirakçılarına cinayətkarların vətəndaşları insan alverinə necə cəlb etmələrindən danışıb. O, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Natiq tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilatı və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıb.

Cəlilabadda isə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, polis mayoru İbrahim Əhmədov  çıxışında tədbir iştirakçılarına cinayətkarlar tərəfindən vətəndaşların insan alverinə necə cəlb edilmələri, bu bəladan qorunma yollarından danışıb, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Natiq tədbir iştirakçılarını insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatandırıb.
O, statistik rəqəmlər əsasında ölkədə olan mövcud durumu şərh edib, bu istiqamətdə aparılan maarifləndirici tədbirlər, onların səmərəli nəticələrindən danışan gəncləri diqqətli olmağa, ətraflarında insan alveri qurbanlarına dəstək olmağa, bu barədə mərkəzə məlumat verməyə çağırıb.

Həmçinin təhsil üzrə ekspert, psixoloq Aygün Şərifova gənclərin müasir dövrdəki sosial-psixoloji durumlarını və yaşam tərzlərini nəzərə alaraq, onlara yaxından diqqət göstərərək, maarifləndirici istiqamətdə söhbətlər aparıb.

Ekspert deyib ki, gənclərin və yeniyetmələrin psixoloji durumuna təsir edən internet klublari, əyləncə mərkəzləri daim diqqət mərkəzində saxlanılmalı və nəzarət altında fəaliyyət göstərməlidirlər ki, sabah başqa fəsadlar özünü göstərməsin.

Tədbirlər zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Macarıstandakı azərbaycanlılar İlham Əliyevdən yardım istəyir - müraciət
Korrupsiya birbaşa milli təhlükəsizliyimizə təhdiddir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
28/05/2020 [23:58]:
Ötən il Gürcüstanın qaz tələbatının 93%-ni Azərbaycan ödəyib
28/05/2020 [22:39]:
Avropa səhiyyəsi üçün 9,7 milyard avroluq proqram hazırlanıb
28/05/2020 [21:41]:
Azərbaycan ötən il Gürcüstanın əsas qaz təchizatçısı olub
28/05/2020 [20:32]:
"Qalatasaray" "Atletiko"nun müdafiəçisini istəyir
28/05/2020 [19:30]:
Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu
28/05/2020 [18:54]:
Gürcüstan koronavirus testindən keçməyən turistləri ölkəyə buraxmayacaq
28/05/2020 [18:30]:
Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [18:12]:
Vyetnam və Laos rəhbərləri Prezident İlham Əliyevi təbrik ediblər
28/05/2020 [17:50]:
Donald Tramp sosial medianı bağlayacaqlarını istisna etməyib
28/05/2020 [17:37]:
Ərdoğan Azərbaycan xalqını təbrik etdi
28/05/2020 [16:34]:
Əhali gəzintiyə qrafiklə çıxacaq
28/05/2020 [15:56]:
Pakistanın Baş Naziri İlham Əliyevə təşəkkür etdi
28/05/2020 [15:24]:
Fransada COVID-19 xəstələrinin sayı azalır
28/05/2020 [14:36]:
Azərbaycanda quraşdırılan elektron kassaların sayı 10%-dən çox artıb
28/05/2020 [13:42]:
Braziliyada bir gündə koronavirusa on minlərlə yoluxma qeydə alındı
28/05/2020 [13:40]:
Prezidentlə xanımı “Qobu Park - 3” yaşayış kompleksinin açılışını etdi
28/05/2020 [13:20]:
La Liqa üçün yeni təqvim təsdiqləndi
28/05/2020 [13:09]:
Mayk Pompeo Azərbaycan xalqını təbrik edib
28/05/2020 [12:48]:
Xəstəxanalarda koronavirusa yoluxmuş xəstə qalmayıb
28/05/2020 [12:17]:
Avstriya klubu millimizin futbolçusu ilə yollarını ayırdı
28/05/2020 [11:53]:
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
28/05/2020 [11:31]:
COVİD-19 pandemiyası: ümid hazırda bir dərmana qalıb
28/05/2020 [11:20]:
Prezident “İstiqlal abidəsi”ni ziyarət etdi
28/05/2020 [10:45]:
4 ayda banklardan 8 milyard dollar əmanət çıxarılıb
28/05/2020 [10:00]:
Aİ Belarusla viza rejiminin sadələşdirilməsi sazişini təsdiqləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Ramin Bayramlı: "Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir"
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
Sirli koronavirus insan orqanizmini necə məhv edir...
Bu Gün Beynəlxalq Çay günüdür
Oksford Universiteti koronavirusa qarşı peyvənd sınaqlarının ikinci mərhələsinə başlayıb
Aİ-nin turizm nazirləri videokonfrans keçiriblər
Məhəmməd Əmin Rəsulzadənin 1907-ci ildə çəkilmiş fotosu – Stalinlə dost olduğu, “Hümmət”ə üzv olduğu zamanlar
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrdə “açıq qapı” günləri təşkil olunacaq
Prezident və xanımı Şamaxıda Pir Ömər Sultan ziyarətgahında bərpa-konservasiya işləri ilə tanış olub
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin