"Şadlıq saraylarında “nərə” balığı adı altında ucuz “naqqa” balığı verilir"

26/10/2019 [20:44] - Gündəm (253)



"Son zamanlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı aşkar olunmuş bir sıra nöqsanlarla yanaşı, istehlakçı hüquqlarının pozulması hallarına sıx şəkildə rast gəlinir". 

Bu barədə İstiqlal.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. 

Qeyd olunub ki, əhaliyə xidmət göstərən ictimai iaşə müəssisələri tərəfindən müştərilərə təqdim edilən balıq və balıq məhsullarının adı, habelə keyfiyyəti ilə bağlı istehlakçıların aldadılması halları aşkar olunmaqdadır: "Həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə “nərə” balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə “nərə” balığına oxşayan “naqqa” balığının təqdim edildiyi aşkar olunub. Qeyd edək ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.

Məlum olduğu kimi, bu balıq növlərini fərqləndirmək üçün aşağıdakılara diqqət edilməlidir. Belə ki, nərə balığının bədən uzunu boyunca 5 uzanan özünəməxsus tikanabənzər sümüklü pulcuqları var və onlar təmizlənsə belə dəridə kobud şəkildə izləri qalır. Lakin, naqqa balığının dərisi demək olar ki, təmizdir, hamar səthdə heç bir çıxıntı və ya pulcuğa rast gəlinmir.

Əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici, əsasən, daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir.

Nərə balığının morfoloji xüsusiyyətləri aşağıdakılardır:

Nərələr, adətən, uzunsov bədən formasına və nisbətən uzun buruna malikdir, həmçinin dişsiz və hərəkətli ağzı, başın altında yerləşən ətli dodaqları vardır. Nərəkimilər (Acipenseriformes)dəstəsinə aid olan bu qədim balıqlar qığırdaqlı skeletə, akulaya bənzər quyruq üzgəcinə, ən əsas bədən boyu paralel uzanan 5 özünəməxsus sümüklü pulcuqlara, çox yaxşı inkişaf etmiş ağız aparatına və onun yanlarında həssas bığcıqlara malik olması ilə digər balıqlardan fərqlənir. Araşdırmalara əsasən, nərə balıqlarının uzunluğu yetkin dişi və erkək fərd olmaqla növlər arasında dəyişərək 1–2 metrə qədər, çəkiləri isə 100–1500 kq-a qədər ola bilər.

Naqqa balığını isə aşağıdakı xüsusiyyətlərinə görə müəyyən etmək olar:

Naqqa balığı dünyanın ən böyük şirin su balıq növlərindən biridir, uzunluğu 300 sm (3 metr) və çəkisi 150 kq-a çatır (adətən, boyu 1.3-1.6 m və çəkisi 15-20 kq arasında dəyişir)

Bir çox digər naxakimilərin növləri kimi, naqqa balığı aşağıdakı kimi xarakterizə edilə bilər:

- Uzun, üzəri həlməşik maye (mukus) ilə örtülmüş, pulcuğu az olan bədən örtüyünə və yandan düz bir quyruğa malikdir;

- Üçbucaq formalı başı bədən uzunluğunun təxminən 20%-ni təşkil edir;

- Geniş aralı burun deşiklərinə malik, yumru və düz buruna sahibdir;

- Çox kiçik uclu dişləri olan böyük ağzı və kiçik gözləri vardır;

- Üst çənədəki ağızın hər tərəfində iki böyük bığa və alt çənədə dörd qısa bığa malikdir;

- Balığın ümumi uzunluğunun təxminən 60%-ni təşkil edən böyük bir üzgəci vardır;

- Quyruq üzgəci isə, ümumiyyətlə, kiçikdir və yumrudur;

- Bədənin üst tərəfi tünd yaşımtıl qara rəngə, ağımtıl və ya sarımtıl qarın hissəsi isə boz-ağ rəngə malikdir.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən, istehlakçıların malların keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək hüquqları var".

AQTA əhaliyə müraciət edərək bildirib ki, ictimai nəzarəti həyata keçirərək, ictimai iaşə müəssisələrində, həmçinin ailə şənlikləri ilə bağlı şadlıq saraylarında təqdim edilən balıq məhsullarının təhlükəsizliyini və mənşəyini təsdiq edən sənədləri tələb etsinlər.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısını qətiyyətlə alacaq.
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
Xəbər lenti
16/01/2021 [16:31]:
Azərbaycanda son sutkada 402 nəfər yoluxub - 15 nəfər vəfat edib
16/01/2021 [15:56]:
Məcburi köçkünlər üçün tikilən evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
16/01/2021 [14:23]:
DYP yolların buz bağlaması ehtimalı ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
16/01/2021 [13:52]:
Azərbaycan nefti həftə ərzində 1%-dək ucuzlaşıb
16/01/2021 [13:18]:
Azərbaycandakı "Formula 1" yarışının ləğvi ilə bağlı növbəti iddia
16/01/2021 [12:31]:
Prezidentin köməkçisi karantin rejiminin yumşaldılmasının səbəbini açıqlayıb
16/01/2021 [11:48]:
Azərbaycanda sərt karantin rejimi yumşaldılır: "SMS" icazə ləğv olunur
16/01/2021 [11:03]:
Xaricdə doktorantura təhsili üzrə sənəd qəbulu başa çatıb
16/01/2021 [10:16]:
Nyu-Yorkda tanınmış rəssam Aida Mahmudovanın PASTPRESENTFUTURE adlı sərgisi açılıb
16/01/2021 [09:27]:
İndoneziyada zəlzələdən ölənlərin sayı 42 nəfərə çatıb
16/01/2021 [00:39]:
Əfsanəvi ingiltərəli futbolçu karyerasını bitirib
15/01/2021 [23:26]:
Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı
15/01/2021 [22:54]:
Talış və Suqovuşan minalardan təmizlənir
15/01/2021 [22:48]:
BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
15/01/2021 [22:07]:
Ötən il qeydiyyata alınan siyasi partiyaların sayı açıqlanıb
15/01/2021 [21:15]:
Çavuşoğlu: "Ağdamda 60 Rusiya və 60 Türkiyə hərbçisi xidmət edəcək"
15/01/2021 [20:23]:
"Dünən gecə Şuşada qalmağa qərar verdik" - İlham Əliyev
15/01/2021 [19:31]:
Azərbaycanda Minatəmizləmə Agentliyi yaradılıb - fərman
15/01/2021 [18:42]:
Ötən il şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 1500 ev verilib
15/01/2021 [17:57]:
Azərbaycanda 349 yeni yoluxma - 12 nəfər vəfat edib
15/01/2021 [17:08]:
İlham Əliyev: “Böyük qayıdış başlayır”
15/01/2021 [16:15]:
Turizm sənayesi bərpa dövrünə hazırlaşır
15/01/2021 [15:50]:
Səfir: “Hindistan Azərbaycanın əsas düyü idxalı mənbəyidir”
15/01/2021 [14:17]:
Müharibədə əhaliyə və biznesə dəyən ziyanın məbləği açıqlandı - siyahı
15/01/2021 [13:26]:
Azərbaycanda palçıq vulkanı püskürüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Qulamhüseyn Əlibəyli: Ermənistanın həm 10 noyabr bəyanatının tələblərini pozur, həm də təcavüzkar niyyətlərindən əl çəkmir
Qulamhüseyn Əlibəyli: Bütövlükdə media sahəsində əsaslı islahatlara ehtiyac var
2-ci Qarabağ savaşı 4150 ailəni dövlətə əmanət qoydu - təhlil
Türkanda torpaqların zəbt edilməsinə Maliyyə Nazirliyi rəsmsinin adı da qarşıb
KİVDF ləğv edildi - Medianın İnkişafı Agentliyi yaradılıb-yenilənib
Dövriyyəyə yenilənmiş 1, 5 və 50 manatlıq əsginaslar buraxılır
Serbiya Azərbaycana borcunu vaxtından əvvəl geri qaytardı
Azərbaycan G20-nin zirvə görüşünə dəvət edilib
Bakıda qadın və uşaq sığınacağına hücum olub - Xəsarət alanlar var
Məşhur “Polis Akademiyası” filminin ulduzlarından biri vəfat edib
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin