Ağız qoxusuna səbəb nədir?

22/10/2019 [17:21] - Gündəm (427)



85-90% hallarda ağızda pis qoxu ağız boşluğunda olan problemlərdən qaynaqlanır. Qoxunun intensivliyi gün ərzində fərqli ola bilir. Adətən, səhərlər ağızda iyi daha çox olur. Ağızda iyi bəzi qidalardan (soğan, sarımsaq, ət, balıq, pendir və s.), köklük, siqaret və ya alkoqol qəbulundan da qaynaqlana bilir. Bəzən isə ağızda iyi keçici olur və yeməkdən və ya diş fırçaladıqdan sonra əmələ gəlir və tez də itir. Ağız iyinin xarakteri əsas səbəbdən aslı olaraq fərqli ola bilir.

İstiqlal.az Medicina.az-a istinadən xəbər verir ki, aparılan tədqiqatlar nəticəsində məlum olub ki, dil üzərində qoxu törədən bakteriyaların çoxalması,metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşması ağızda iyin əsas səbəblərindəndir.  

Tədqiqatçıılar bildirib ki, Amerikada yaşlı əhalinin 2,4%-i ağızda pis qoxunun olmasından şikayətlənir. 25% hallarda ağızda pis qoxunun olması davamlı xarakter ala bilər. Bu isə həmin insanların həm şəxsi, həm də iş həyatlarında ciddi problemlər yaradır. Ağızda davamlı olaraq pis qoxunun olması insanlarda daimi stress yaradır və onlarda özünə güvənin azalması ilə nəticələnə bilər.
Ağızdan qoxunun gəlməsinin fərqli səbəbləri mövcuddur:

Qida

Qida hissəciklərinin ağız boşluğunda və dişlərin ətrafında qalması və parçalanması pis iyi yaradır. Efir yağına malik qidaların qəbulu ağızda pis iyin digər səbəbidir. Efir yağları müxtəlif bitkilərdən alınır və bunları aşağıdakıları nümunə göstərmək olar: dəfnə, evkalipt, şam, zeytun, qızılgülü, jasmin, kərəviz, sidr ağacı və s. Soğan və sarımsağın ağızda iyi yaratması hamıya bəlli olan bir fakdır. İyi yalnız qida qalıqlarının ağız boşlüğunda qalmasından deyil, həm də qeyd edilən yağların qana sovrulması və ağciyərlərə daşınması ilə bağlıdır. Bu yağlar ucucu olduğu üçün ağciyərlərdən xaric olur və tənəffüs zamanı ətrafa yayılır. Soğan və sarımsaq onların qəbulundan 72 saat sonra belə ağızda qoxu yaradır.   
 
Diş problemləri

Dişə düzgün gigyenik xidmətin göstərilməməsi və dişətrafı toxumalarda xroniki iltihabın olması ağızda pis qoxunun əsas səbəblərindəndir. Əgər dişinizi hər gün yumur və  fırçalamırsınızsa qida hissəcikləri ağız boşluğunda qalır və qoxu törədən bakteriyaların çoxalmasına və metilmerkaptan və hidrogen sulfit (ingiliscə, methylmercaptan və hydrogen sulfite) buxarının formalaşmasına gətirib çıxarır.  Zaman keçdikcə bakteriyalar diş üzərində rəngsiz təbəqə əmələ gətirir. Əgər bu bakterial təbəqə qalmaqda davam edirsə damaqlarınızı qıcıqlandıraraq iltihab yaradır (qinqivit) və hətta irinliyin əmlə gəlməsi ilə nəticələnə bilir. Bakterial təbəqə diş və damaq arasında cibciklər də yarada bilir ki, bu periodontit adlanan xəstəlyin yaranmasını şərtləndirir. Diş sırasının düzülüşündə problemin olması da qoxu törədən bakteriyalar və qida hissəciklərinin toplanmasına şərait yaradır.     

Ağızda quruluq

Ağız suyu ağız boşluğunun islanması və təmizlənməsində əsaslı rol oynayır. Ağızın quru olması ölmüş hüceyrələrin dil, damaq və yanaqda toplanıb qalmasına  səbəb olur ki, bu da sonradan onların parçalanaraq iyi törətməsinə səbəb olur. Ağızda quruluq normal fizioloji hallarda yatan zaman qeyd olunur. Məhz bu səbəbdən də bəzən səhərlər ağızda qoxu olur. Bəzi dərmanlar və siqaret çəkmə ağızda xroniki quruma yaradan səbəblərdəndir.

Xəstəliklər 

Xroniki ağciyər xəstəlikləri və ağciyər absesi ağızda çox dözülməz  qoxuya səbəb ola bilir. Xərçəng və metobolik pozğunuqlar ağızdan spesifik iyin gəlməsinə səbəb ola bilər. Məsələn, böyrək çatışmazlığı sidik qoxulu nəfəs yarada bilir. Qraaciyər çatışmazlığı zamanı "balıq qoxulu” nəfəs qeyd olunur. Nəzarət edilməyən şəkərli diabet meyvə iyisini xatırladan iyi verə bilər. Qastroezofageal Reflüks Xəstəliyi (QERX) zamanı da ağızdan iyi qeyd edilir.

Ağız, burun və boğaz xəstəlikləri

Burunətrafı ciblərin infeksiyaları ilə əlaqədar olaraq burun axıntısı geri qırtlağa da keçə bilir və ağızda iyi törədə bilir. Uşağın ağızından pis qoxunun gəlməsi onun burunun da yad cismin qalması üzündən yarana bilər. Qırtlaq infeksiyaları da tam təmizlənənə qədər nəfəsin qoxulu olmasına səbəb ola bilir. Bronxitlər və digər yuxarı tənəffüs yolu infeksiyaları da ağızdan pis qoxunun əmələ gəlməsinin digər səbəblərindəndir.

Tütün məmulatları

Siqaret çəkmə ağız boşluğunu qurudur və ağızda qoxunun yaranmasına səbəb olur. Tütün məmulatlarını istifadə edənlər də periodontal diş xəstəliklərinin əmələ gəlmə ehtimalı yüksəkdir.

Ciddi pəhriz

Ciddi pəhriz saxlayan insanlarda ketoasidoz üzündən ağızda meyvə iyili qoxu yarana bilər.

Həkimə nə zaman müraciət etməli

Bir çox hallarda ağızda iyi adi gigyenik qaydalara əməl etməklə aradan qaldırıla bilər. Əgər ağızda iyi gigyenik tədbirlərlə aradan qalxmırsa, bu zaman həkimə müraciət etməniz tövsiyyə olunur.  

Evdə nə etməli
Bir çox hallarda qidalanma və həyat tərzini dəyişməklə həkimə müraciət etmədən belə ağızda pis qoxudan qurtula bilərsiniz.  Aşağıdakıları tövsiyyə edə bilərik:

-Hər yeməkdən sonra dişlərinizi yuyun. Diş fırçanızı işdə də saxlayin və günorta yeməyindən sonra dişinizi qisaca fırçalayın.  Çalışın gün ərzində heç olmasa iki dəfə 2-3 dəqiqəlik dişlərinizi fırçalayın.

-Dişarasından qida qalıqlarını təmizləyin. Çalışın gün ərzində heç olmazsa bir dəfə dişlər arasında qalan qida qalıqlarını təmizləyin. Protez istifadə edirsinizsə buna daha çox diqqət yetirməniz gərəkdir.  

-Dilin üzərini təmizləyin. Dilin üzərini tez-tez təmizləyin. Bununla ölmüş hüceyrələr, bakteriya və qida qalıqları təmizlənmiş olur. Dilin üzərini təmizləmək üçün xüsusi fırçalar satılır. Bakteriyalar daha çox dilin arxa hissəsində toplanmağı xoşladığı üçün bu hissənin təmizlənməsinə xüsusilə doqqət verin.

-Çoxlu su için. Çoxlu su qəbulu ağız boşluğunun nəm saxlanmasına və dil üzərində qalan qida qalıqları və bakteryiların yuyulub aparılmasına kömək edir. Saqqız çeynəmə ağız suyu vəzilərini qıcıqlandırır və ifraz edilmiş ağız suyu qida qalıqları bə bakteriyaları yuyur.    

-Diş fırçanızı tez-tez dəyişin. Bir diş fırçasından uzun müddət istifadə etdikdə onn keyfiyyəti düşür və təmizləmə qabiliyyəti azalır. Odur ki, tövsiyyə olunur ki, 3 aydan bir dəyişməklə yumşaq fırçalardan istifadə edin.

-Mütəmadi diş həkimində profilaktik yoxlama. Ən azı ildə iki dəfə diş həkimində profilaktik müayinədə olun. Müayinə zamanı lazım gələrsə həkiminiz dişlərin dibini təmizləyə bilər.

-Gün ərzində nanəli konfetlərdən istifadə edin. Nanəli konfetlərin sovrulması ağızdan pis iyin gəlməsinin qarşısını alır.

Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Rusiya Ermənistana xəbərdarlıq edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
Xəbər lenti
31/10/2020 [15:43]:
"Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir" - Prezidentin köməkçisi
31/10/2020 [15:04]:
ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı
31/10/2020 [14:17]:
Rusiya Ermənistandan idxal olunan pomidora qadağa qoya bilər
31/10/2020 [13:34]:
Noyabrın 1-ə hava proqnozu
31/10/2020 [13:33]:
Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
31/10/2020 [13:26]:
Putindən Paşinyana rədd cavabı gəldi
31/10/2020 [12:46]:
Azərbaycan nefti ucuzlaşıb
31/10/2020 [12:11]:
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub
31/10/2020 [11:59]:
Gürcüstanda parlament seçkiləri keçirilir
31/10/2020 [11:20]:
İzmirdə yenə 5 bal gücündə zəlzələ oldu
31/10/2020 [11:18]:
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
31/10/2020 [11:03]:
"Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır" - MN
31/10/2020 [10:13]:
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
31/10/2020 [09:22]:
Rusiya Ermənistana xəbərdarlıq edib
31/10/2020 [00:09]:
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
30/10/2020 [23:37]:
Zinəddin Zidandan Azərbaycana dəstək
30/10/2020 [23:33]:
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
30/10/2020 [23:21]:
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
30/10/2020 [22:59]:
Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verilib
30/10/2020 [22:19]:
Gürcü tarixçilər: “Ermənistan dinc əhalini bombalayaraq beynəlxalq hüququ bir daha pozur”
30/10/2020 [21:32]:
Mövlud Çavuşoğlu Kəmaləddin Heyderova təşəkkür etdi
30/10/2020 [20:43]:
Noyabr ayının hava proqnozu açıqlanıb
30/10/2020 [19:54]:
İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi
30/10/2020 [19:15]:
Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır”
30/10/2020 [19:06]:
Ceyhun Bayramovla Mnatsakanyan Cenevrədə görüşdü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin