2020-ci ilin dövlət büdcəsinin əsas parametrləri və yeniliklər - təhlil

21/10/2019 [15:28] - İqtisadiyyat (520)



2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin Təqdimatı Maliyyə Nazirliyinin saytında yerləşdirilib və Milli Məclisə təqdim edilib.

Gələn ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134,5 milyon manat proqnozlaşdırılır, bu da 2019-cu ilin büdcə proqnozu ilə müqayisədə 966,5 milyon manat çoxdur.

2020-ci il dövlət büdcəsinin xərcləri 26 milyard 913,7 milyon manat proqnozladırılır ki, bu da 2019-cu ilə nisbətən 1 milyard 723,7 milyon manat və ya 6,8 faiz çoxdur.

2020-ci ildə dövlət büdcəsinin kəsirinin yuxarı həddi 2 milyard 779,2 milyon manat məbləğində nəzərdə tutulur. Kəsirin maliyyələşdirilməsi xaricdən cəlb edilən kreditlər, qiymətli kağızların yerləşdirilməsindən, vahid xəzinə hesabının qalığı və özəlləşmədən daxilolmalar hesabına həyata keçiriləcəkdir.

Büdcə layihəsinə görə, 2020-ci ildə Vergilər Nazirliyinin xətti ilə daxilolmalar proqnozu 7 milyard 875 milyon manat nəzərdə tutulur. Bu, cari ilin proqnozundan 559 milyon manat çoxdur.

Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur, bu da 2019-cu ilin proqnzundan 298 milyon manat çoxdur. Beləliklə, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar proqnozu 857 milyon manat artırılır.

Büdcə paketində müsbət məqamlardan biri Neft Fondundan büdcəyə transfertlərin azalmasıdır. Beləki,  Dövlət Neft Fondundan transfert 14,3 milyon manat azaldılaraq 11 milyard 350 milyon manata endirilir. Yəni büdcə gəlirlərinin artımı daha çox qeyri-neft sektorundan gəlirlərin artmasına hesablanıb.

Maraqlıdır ki, 2020-ci ilin ilkin budcə bəyanatında (15 sentyabrda açıqlanıb) Neft Fondundan  nəzərdə tutulan transfertin həcmi bu illə müqayisədə 400 milyon manat çox idi. İlin 9 ayının yekunları ilə bağlı iqtisadi müşavirədə prezident bəzi dövlət qurumlarında xərclərin şişirdilməsinə kəskin etiraz etdi.

 Bu etirazdan, eyni zamanda ilin ilkin budcə bəyanatının açıqlamasından sonra iqtisadi dairələrdə gedən müzakirələrdən sonra ümumi büdcə xəcləri artırılsa da, Neft Fondunda transfertlər nəinki artırıldı və ya indiki həddə saxlanıldı, hətta azaldıldı. Görünən budur ki, hökumət həm ictimai müzakirələri və bunun nəticəsində formalaşan təklifləri nəzərə alır, həm də maliyyə resurslarından daha səmərəli və qənətcil faydalanmaq yolunu tutub. Bu həm də mümkün korrupsiya risklərinin azaldılması baxımından faydalıdır.

2020-ci ilin büdcə müzakirələrinin əvvəlki müzakirələrdən əsas fərqi budur ki,  bu il müstəqillik tarixində ilk dəfə olaraq sentyabrın 15-də, yəni büdcə layihəsi Nazirlər Kabinetinə təqdim edilməmişdən əvvəl Maliyyə Nazirliyi  “dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” (“İlkin büdcə bəyanatı”) yaydı. Ardınca, ölkənin ali maliyyə sənədi Milli Məclisdə müzakirəyə çıxarılmamışdan öncə “2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı” və 2020-ci ilin icmal və dövlət büdcələrinin bəzi parametrləri Maliyyə Nazirliyinin saytında yerləşdirilərək ictimaiyyətə açıqlandı.

Bütün bunlar onu göstərir ki, ölkənin maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təmin edən Maliyyə Nazirliyi büdcə prosesinin beynəlxalq standartlara uyğun daha da təkmilləşdirilməsində, onun şəffaflığının, ünvanlığının və ictimaiyyətə açıqlığının təmin edilməsində və büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsində maraqlıdır.

Qadir İBRAHİMLİ

Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
Rusiya Ermənistana xəbərdarlıq edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
Xəbər lenti
31/10/2020 [15:43]:
"Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir" - Prezidentin köməkçisi
31/10/2020 [15:04]:
ABŞ məhkəməsi “TikTok”a qoyulan qadağanı aradan qaldırdı
31/10/2020 [14:17]:
Rusiya Ermənistandan idxal olunan pomidora qadağa qoya bilər
31/10/2020 [13:34]:
Noyabrın 1-ə hava proqnozu
31/10/2020 [13:33]:
Prezident: “Bizim məhv etdiyimiz və qənimət kimi götürdüyümüz sursatın dəyəri 2,7 milyard dollardır”-ynilənib
31/10/2020 [13:26]:
Putindən Paşinyana rədd cavabı gəldi
31/10/2020 [12:46]:
Azərbaycan nefti ucuzlaşıb
31/10/2020 [12:11]:
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub
31/10/2020 [11:59]:
Gürcüstanda parlament seçkiləri keçirilir
31/10/2020 [11:20]:
İzmirdə yenə 5 bal gücündə zəlzələ oldu
31/10/2020 [11:18]:
Həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb
31/10/2020 [11:03]:
"Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır" - MN
31/10/2020 [10:13]:
"Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" - Emre Belözoğlu
31/10/2020 [09:22]:
Rusiya Ermənistana xəbərdarlıq edib
31/10/2020 [00:09]:
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdü
30/10/2020 [23:37]:
Zinəddin Zidandan Azərbaycana dəstək
30/10/2020 [23:33]:
Sahibkarlara 107 milyon manatdan çox kredit ayrılıb
30/10/2020 [23:21]:
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
30/10/2020 [22:59]:
Mədəniyyət Nazirliyində islahat strategiyasının həyata keçirilməsi proqramına start verilib
30/10/2020 [22:19]:
Gürcü tarixçilər: “Ermənistan dinc əhalini bombalayaraq beynəlxalq hüququ bir daha pozur”
30/10/2020 [21:32]:
Mövlud Çavuşoğlu Kəmaləddin Heyderova təşəkkür etdi
30/10/2020 [20:43]:
Noyabr ayının hava proqnozu açıqlanıb
30/10/2020 [19:54]:
İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi
30/10/2020 [19:15]:
Müdafiə Nazirliyi: “Cəbhədə vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır”
30/10/2020 [19:06]:
Ceyhun Bayramovla Mnatsakanyan Cenevrədə görüşdü
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bərdə yenidən raket atəşinə tutuldu - 21 nəfər həlak olub, 70-dən çox yaralı var - yenilənib
“The Jerusalem Post”: Azərbaycanda yaşayan yəhudilər Qarabağda gedən haqq savaşında qələbə üçün dua edirlər...
İzmirdə zəlzələdə yaralananların sayı 522 nəfərə çatıb - 12 nəfər ölüb -yenilənib
“Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” -Lavrov
Ərdoğan Putinlə Dağlıq Qarabağdakı son vəziyyətdən danışıb
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
Prezident: "Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi və Qubadlı şəhəri işğaldan azad olunub"
İlham Əliyev generallarla operativ müşavirə keçirdi - tam mətn
"Bərdəyə hücumu lənətləyirik" - Türkiyə XİN
Türkiyədə Polad Həşimovun adı verilən parkın açılışı oldu
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin