BMT: "Azərbaycan Hökuməti bununla bağlı daha çox iş görülməlidir”

21/10/2019 [12:02] - Siyasət (204)



Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı nümayəndəliyi qadın və qızlara qarşı zorakılıq hallarına dair bəyanat yayıb.

Bəyanatda bildirilir ki, Azərbaycanda qadın və qızlara qarşı əksər hallarda ölümlə nəticələnən zorakılıq hallarına dair son məlumatlar fonunda BMT-nin Azərbaycandakı nümayəndəliyi zorakılığın müxtəlif formalarına məruz qalma təhlükəsi ilə üz-üzə olan qadın və qızların müdafiəsi və bu cür zorakılıq hadisələrinin törədilməsində təqsiri olan şəxslərin məsuliyyətə cəlb edilməsi ilə əlaqədar təcili və birgə fəaliyyətə çağırır: “Qadın və qızlara qarşı zorakılıq fərdlərə, ailələrə, cəmiyyətlərə və bütövlükdə ölkəyə ciddi sosial və iqtisadi zərbə vurur. Qadın və qızlara qarşı zorakılıq ölkənin artım və inkişaf səylərini sarsıdır. BMT-nin apardığı tədqiqat müəyyən edib ki, qadınlara qarşı zorakılıq Azərbaycana 764 milyon ABŞ dollarına başa gələ bilər ki, bu da ölkə ÜDM-nin 2 faizinə bərabərdir. Bura bərpası mümkün olmayan insan itkiləri, fəaliyyət qabiliyyətsizliyi, əlillik, zorakılığa məruz qalmış şəxslərin əmək qabiliyyətinin azalması, eləcə də zorakılığa cavab tədbirlərinə çəkilən xərclərlə bağlı olan iqtisadi itkilər daxildir. Lakin hər şeydən öncə, qadın və qızlara qarşı zorakılıq həyatları, ailələri və gələcəyi məhv edir. Hər bir zorakılıq aktının insan həyatına təsiri ölçülə bilməyəcək dərəcədədir və bu, Azərbaycanın özünə rəva bilmədiyi, eləcə də heç bir qadın və qızın ödəməli olmadığı qiymətdir. Biz bu problemin həlli üçün Azərbaycan Hökumətinin göstərdiyi siyasi iradə və əzminə bələdik, lakin bununla bağlı daha çox iş görülməlidir”.

Bəyanatda deyilir ki, Azərbaycan hökuməti təcili olaraq Avropa Şurasının İstanbul Konvensiyasını ratifikasiya etməlidir. Bu Konvensiya beynəlxalq standartlara uyğun olaraq zorakılığın yayılma miqyasına dair araşdırma, zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması, zorakılıqdan zərərçəkmişlər üçün xüsusi xidmətlər və cinayətkarların məsuliyyətə cəlb olunması kimi tədbirləri nizamlayır.

Azərbaycanda hər bir kəs qadın və qızlara qarşı zorakılığın baş verdiyi istənilən hadisə barədə səsini ucaltmalı və məlumat verməlidir – zorakılıq qarşısında səssiz qalmaq yolverilməzdir. Birləşmiş Millətlər Təşkilatı öz növbəsində Azərbaycanda zorakılıq riskinə məruz qalanların daha yaxşı qorunması üçün bütün ölkə üzrə Hökumət və digər tərəflərlə sıx əməkdaşlığı davam etdirəcək. 

O cümlədən, BMT aztəminatlı qadın və qızlar üçün sosial xidmət proqramlarının dəstəklənməsi, qadınların işlə təmin edilməsi və özünü inkişaf etdirməsi üçün daha geniş imkanların yaradılması, qız və qadınlara qarşı zorakılığın əlamətlərinin müəyyən edilməsi və bununla bağlı cavab tədbirləri görmək üçün mütəxəssis və icma işçilərinin təlimləndirilməsi, eləcə də hər il noyabrın 25-dən dekabrın 10-dək keçirilən gender zorakılığına qarşı mübarizə üzrə növbəti 16 günlük kampaniya kimi ictimaiyyətin məlumatlandırılması ilə bağlı təşəbbüslər həyata keçirir. Bu kampaniya hər kəsin bir araya gələrək qadın və qızlara qarşı zorakılıq problemini işıqlandırmağa və bu dəhşətli hadisələrə qarşı səsini ucaltmağa imkan yaradır.


Neft yenidən ucuzlaşıb
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır
Azərbaycanda fəaliyyət göstərən 531 QHT BMT-nin Baş katibinə müraciət edib
Xəbər lenti
20/10/2020 [11:42]:
Azərbaycanın müzəffər ordusu..
20/10/2020 [11:10]:
Qarabağ Azərbaycandır!
20/10/2020 [10:40]:
Bir gün qələbə ilə hər gün Qarabağda
20/10/2020 [10:08]:
Körpə qatili olan, Ermənistan!
20/10/2020 [09:38]:
Dünyanın kor olduğu terrorizm qisassız qalmayacaq!
20/10/2020 [09:34]:
Heç bir terror aktı bizi andımızdan döndərə bilməz!
20/10/2020 [08:30]:
Ermənistan Yer üzünün ən qəddar terrorist dövlətidir
20/10/2020 [08:27]:
Azərbaycan ordusunun qələbə salnaməsi
19/10/2020 [16:20]:
Qələbə bizimlədir!
19/10/2020 [15:24]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
19/10/2020 [14:17]:
Yeni zəfər müjdələrinə doğru!
19/10/2020 [13:46]:
Qarabağ Müharibəsində Haqq, Ədalət Azərbaycanındır!
19/10/2020 [13:14]:
Prezident İlham Əliyev Türkiyənin “A Haber" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın əsl siyasətini açıqladı
19/10/2020 [12:12]:
Biz Ali Baş Komandanımızla fəxr edirik!
19/10/2020 [11:11]:
Şəhidlərimizin qanı yerdə qalmayacaq!
19/10/2020 [10:09]:
Tarix yazan sərkərdə - İlham Əliyev
17/10/2020 [20:57]:
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı genişlənir
17/10/2020 [20:41]:
Haqq səsimiz...
17/10/2020 [20:29]:
Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir
17/10/2020 [20:15]:
Azərbaycan xalqının iradəsi sarsılmazdır!
17/10/2020 [20:09]:
Ermənistan hərbi cinayət törədir
17/10/2020 [20:01]:
TÜRK DÜNYASINDA AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
17/10/2020 [19:47]:
Ordumuzun rəşadəti duşməni məglubiyyətə aparır
17/10/2020 [19:00]:
Ermənistanın uğursuz siyasəti dünyada insanlığın inkişafına mane olacaq nəhəng bir təhdiddir!
17/10/2020 [17:48]:
Terrorçu və vəhşi Ermənistan dövləti bütün yer üzündən silinməlidir!
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Meksikalı tanınmış sənət xadimi Sonia Amelio Azərbaycana həmrəyliyini ifadə edib
Ermənistan terrorçu dövlətdir - Qulamhüseyn Əlibəyli
Bakı Ermənistanın növbəti təxribatı barədə - resmi
Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərir - Rusiyalı hərbi ekspert
Azərbaycan Türkiyə və Rusiya ilə ticarət münasibətlərini genişləndirib
Koronavirus qurbanlarının sayı 1,1 milyonu ötdü
İlham Əliyev Sorosdan danışdı - təfsilat
Düşmənin gecə məhv edilən hərbi texnikaları - siyahı
İlham Əliyev: “Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib”
Özbəkistanda yeni qaz yatağı aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin