Bu, Prezidentin həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi - Qüdrət Həsənquliyev

20/10/2019 [14:54] - Siyasət (87)



Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin  müsahibəsi:

- Qüdrət bəy “fit müxalifət”inin dünən şəhərin mərkəzində, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış keçirmək istədiyi aksiya barədə nə dəyə bilərsiniz? 

- Aksiyadan iki gün öncə mən Sizə verdiyim açıqlamada qeyd etmişdim ki, Prezidentin son aylar əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qəbul etdiyi qərarlar və islahatların davam etdiriləcəyi barədə verdiyi vədlər cəmiyyətdə sosial gərginliyi xeyli azaldıb. Bu səbəbdən geniş xalq kütlələrinin bu mitinqə dəstək verməyəcəyinə mitinqin təşkilatçıları da əmin olduğundan Lökbatana getməkdən imtina edib şəhərin mərkəzində razılaşdırılmamış aksiyaya üstünlük verdilər. 

- Əgər xalqın gəlməyəcəyinə əmin idilərsə olmazdımı mitinqi təxirə salsınlar?

- Mitinq xaricdəki və daxildəki bəzi mafioz qüvvələr tərəfindən sifariş edildiyi üçün onu təxirə sala bilməzdilər. 

- Sizcə iqtidar niyə şəhərin mərkəzində onlara mitinq keçirməyə imkan vermir? 

- 19 yanvar mitinqində Əli Kərimli çıxış edərkən bir qrup şəxs yerdən dövlət hakimiyyət orqanlarının üzərinə yürüş etməyi tələb etməyə başladı. Əli Kərimli isə bildirdi ki, hazırda az olduqları üçün bunu etmək olmaz. Yalnız növbəti mitinqlərdə iştirakçıların sayı artacağı təqdirdə bunu edəcəklər. Bu isə polislə ciddi toqquşma və şəhərdə kütləvi iğtişaşlar deməkdir. Hansı ki, düşmənlərimiz də bunu arzu edir. Ona görə də iqtidar bir müdddət mitinqlərə iacazə vermədi, amma görəndə ki, bundan istifadə edib “Azərbaycanda sərbəst toplaşma azadlığı pozulub” deyərək ölkənin beynəlxalq imicini korlayırlar, onda şəhərin kənarında mitinqlərə icazə verdi. Məncə məqsəd odur ki, mərkəzi dövlət hakimiyyəti orqanlarının üzərinə yürüş olarsa, onun qarşısı başqalarının əmlakına ciddi ziyan vurulmadan böyük dağıntılarsız alınsın. 

- Qayıdaq dünənki aksiyaya. Necə hesab edirsiniz, polis adekvat güc tətbiq etdi ya yox? 

- Polisin günbəgün öz peşəkarlığını artırdığı göz qabağındadır və alqışlanmalıdır. Siz Fransada, Almaniyada, Rusiyada, İspaniyada icazəsiz aksiyalarda polisin daranışı ilə Azərbaycan polisinin davranışını müqayisə edin və əminəm ki, qürur duyacaqsınız. Aksiyanın qarşısının qətiyyətlə alınmasına gəldikdə isə bu, Prezidentin mitinqi sifariş etmiş həm xarici güclərə, həm daxildəki mafiozlara mesajı idi ki, heç kim ölkədə sabitliyi pozub, islahatların qarşısını ala bilməz. 

- Mitinqə qatılanların sayı barədə barədə nə deyə bilərsiniz? Çünki bu çox önəmlidir. 

- Sosial şəbəkələrdə yayılan kadrlardan da görünir ki, ən çoxu dörd və ya beş yüz adam aksiyaya qatılıb. Bu isə o deməkdir ki, hətta həmin partiyaların üzvləri belə avantürist aksiyalardan beziblər. Xalqımız dəyişiklik istəyir, amma sabitliyin pozulması hesabına yox. İnsanlarımız başa düşür ki, sabitlik pozularsa biz nəinki indikindən artığına nail olacağıq, hətta bu günə qədər nail olduqlarımızı itirəcəyik.Vaxtilə ağzı köpüklənə-köpüklənə “payızda inqilab olacaq” deyənlər barədə demişdim ki, payızı gözləyək, həmin çağırışı edənlərin özləri qorxularından ayaqlarını Azərbaycana basmayacaqlar. Demişdim ki, Əli Kərimliyə inananlar həmişə xəyal qırıqlığına uğrayacaqlar. Çünki özünün avantürist olması bir yana, bu adam sifarişlə siyasi qərarlar qəbul edir. Floridanın Ki Uest (Key-West-red.) şəhərində Qarabağın taleyi ilə bağlı bizə sərf etməyən qərarların qəbul olunması üçün Azərbaycana ciddi təzyiqlərin ola biləcəyi barədə əsaslı məlumatlara baxmayaraq Bakıda AXCP-nin bu məqsədlə təyin olunmuş mitinqini səfirin tapşırığı ilə təxirə saldığı kimi. Bu adam həmişə sifarişlə, tapşırıqla işləyib, demokratik proseslərə ziyan vurub və bu davam etməkdədir.

- Qüdrət bəy Əli Kərimli mitinq zamanı döyüldüyünü bəyan edib, buna münasibətiniz necədir? 

- O, bununla bağlı prokurorluq orqanlarına müraciət etməlidir ki, araşdırma aparılsın. Əgər həqiqətən polis tərəfindən qeyri proporsional güc tətbiq olunubsa həmin adam, yaxud adamlar cəzalandırılmalıdır. Onun yalan danışdığı da, polisin də daxilində hansısa təxribatçının, yaxud səlahiyyət həddini aşan birisinin ola bilməsi də istisna olunmamalıdır.
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
21/11/2019 [16:45]:
Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb
21/11/2019 [16:17]:
“Haqq mənəm” tamaşasının premyerası olub
21/11/2019 [16:09]:
Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsinə 6 milyon manat ayrılıb
21/11/2019 [15:50]:
Hərbi bazaya hücum olub, ölənlər var
21/11/2019 [15:36]:
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21/11/2019 [15:19]:
Mobil operatorlar 776 milyon manatdan çox gəlir əldə edib
21/11/2019 [15:11]:
Zəhərlənən tələbə qızların şəxsiyyəti bəlli olub
21/11/2019 [14:45]:
Prezident Sumqayıt Bulvar Kompleksində yaradılan şəraitlə tanış olub
21/11/2019 [14:44]:
Fermadan oğurluq edən şəxslər saxlanılıb
21/11/2019 [14:38]:
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21/11/2019 [14:31]:
Prezident Sumqayıtda “Nizami” kinoteatrının açılışını edib
21/11/2019 [14:24]:
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21/11/2019 [14:22]:
Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb
21/11/2019 [14:16]:
Prezident İlham Əliyev Sumqayıta səfər edib
21/11/2019 [13:40]:
"WhatsApp"da boşluq aradan qaldırıldı
21/11/2019 [13:13]:
Putin: "ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq"
21/11/2019 [12:48]:
Nəyə görə yaşlandıqca qarın piylənir?
21/11/2019 [12:20]:
8 ölkəyə xəbərdarlıq edildi
21/11/2019 [11:47]:
Qaçqın düşərgələri ləğv olunur
21/11/2019 [11:24]:
Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
21/11/2019 [10:52]:
Maradona Argentina klubunu tərk etdi
21/11/2019 [10:31]:
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21/11/2019 [10:00]:
Dünyanın ən az inkişaf etmiş 47 ölkəsinin SİYAHISI
20/11/2019 [23:59]:
Şəmkirdə yanğın olub
20/11/2019 [22:47]:
Əfqanıstanda hərbi bazaya hücum olub, ölənlər var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin