Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır - təhlil

18/10/2019 [10:47] - İqtisadiyyat (119)



Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışında xərcləri şişirdərək büdcə vəsaitlərini mənimsəyənlər barədə də danışıb.

 Dövlət başçısı deyib ki, hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər: “Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.

Təbii ki, büdcə xərclərinin şişirdilməsi korrupsiyanın əsas qaynaqlarından biridir. Prezidentin bu məsələni xüsusi qabartması onu göstərir ki, hökumət korrupsiya risklərini minimuma endirməkdə israrlıdır və büdcə müzakirələri ərəfəsində bu məsələnin gündəmə gətirilməsi təsadüfü deyil.  Gələn il sosial xərclərin 5 milyard manata yaxı artıımı nəzərdə tutulub.  Büdcə xərclərini optimallaşdırmaqla bu vəsaitin bir qismini rahatlıqla əldə etmək olar.

Bir neçə il əvvəl investisiya layihələrini araşdırırdım. Bəli oldu ki, keçmiş MTN-nin inzibati binasının təmirinə 100 milyon, Statistika Komitəsinin inzibati binasının təmirinə isə cəmi 200 min manat ayrılıb. Təbii ki, real rəqəm 200 min idi, 100 milyon isə sabiq MTN başçısı Eldar Mahmudovun hakimiyyətdəki nüfuzuna görə ayrılan və dəfələrlə şişirdilmiş məbləğ idi.

Ümumiyyətlə, heç bir dövlət qurumu növbəti il üçün büdcə sifarişini cari ildəki qədər və ya ondan  az vermir, əksinə mümkün qədər artıq istəyir. Ancaq heç nəyin dəyişmədiyi halda xərclərin  artımını əsaslandıra bilmirlər. Eyni zamanda şişirdilmiş yox, həm də lazımsız xərclərdən də imtina etmək lazımdır. Hansı məntiqlə orta aylıq əmək haqqı 585 manat olan ölkədə məmur 50-100 minlik xidməti avtomobildə gəzməlidir? Məmurun xidməti avtomobilinin qiymət orta statistik azərbaycanlının istifadə etdiyi avtomobildən baha ola bilməz – təxminən 15-20 min qiyməti olan avtomobillər xidməti avtomobil üçün yetərlidir. Və yaxud da dövlət qrumlarının yerləşdiyi inzibati binalar niyə hər il əsaslı təmir olunmalıdır?

Prezident müşavirədə onu da deyib ki, bu məsələni təkcə Maliyyə və İqtisadiyyat nazirliklərinin boynuna atmaq olmaz, eyni zaman da hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər.

Təbii ki, Maliyyə Nazirliyi dövlətin maliyyə axınlarına məsul qurum kimi şişirdilmiş rəqəmlərdə maraqlı deyil. Əksinə, bir qayda olaraq imkan daxilində minimal xərcənmədə maraqlı olur. Bu tendensiyanı – yəni “pul davasını” adətən parlamentin komitələrində keçirilən büdcə müzakirələrində tam çılpaqlığı ilə müşahidə etmək olur. Aidiyyəti qurumların nümayəndələri bir yana, həmin qurumlara lobbiçilik edən deputatların büdcədən daha çox vəsait qoparmaq üçün yarışa girmələri həmin iclasda iştirak edən jurnalistlərin və ictimaiyyətin gözü qarşısında baş verir. Maliyyə Nazirliy isə hər dəfə büdcənin məqsədli və səmərəli xərclənməsində israrlı olduğunu nümayiş etdirir, ərköyün büdcə təşkilatlarını büdcə intizamına dəvət edir. Ən azından bu maliyyə nazirinin Milli Məclisin iclaslarında həmin “deputat lobbiçi”lərə verdiyi cavablarda açıq şəkildə sezilir.

Eyni zamanda, Maliyyə Nazirliyinin təklifi ilə 2018-ci ildə «Büdcə sistemi haqqında» qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq edilir. Qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına hesablanıb. Eyni zamanda da bu qaydalar neftin bahalaşmasından sevinib xərcləri şişirdən qurumların korrupsiya ehtiraslarının cilovlanmasına hesablanıb.  Ancaq siyasi iradə olmadan bu məsələnin kompleks həllinə nail olmaq mümkün deyildi və son müşavirədə də siyasi iradə ortaya qoyuldu.

Qadir İBRAHİMLİ
Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
21/11/2019 [18:15]:
İnquşetiyada bütpərəstlik məbədi tapılıb
21/11/2019 [17:49]:
XİN rəhbəri Avropa Parlamentinin sədrini ikiüzlülükdə ittiham edib
21/11/2019 [17:31]:
Qatar və təyyarələr internetlə təmin olunacaq
21/11/2019 [16:45]:
Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb
21/11/2019 [16:17]:
“Haqq mənəm” tamaşasının premyerası olub
21/11/2019 [16:09]:
Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsinə 6 milyon manat ayrılıb
21/11/2019 [15:50]:
Hərbi bazaya hücum olub, ölənlər var
21/11/2019 [15:36]:
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21/11/2019 [15:19]:
Mobil operatorlar 776 milyon manatdan çox gəlir əldə edib
21/11/2019 [15:11]:
Zəhərlənən tələbə qızların şəxsiyyəti bəlli olub
21/11/2019 [14:45]:
Prezident Sumqayıt Bulvar Kompleksində yaradılan şəraitlə tanış olub
21/11/2019 [14:44]:
Fermadan oğurluq edən şəxslər saxlanılıb
21/11/2019 [14:38]:
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21/11/2019 [14:31]:
Prezident Sumqayıtda “Nizami” kinoteatrının açılışını edib
21/11/2019 [14:24]:
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21/11/2019 [14:22]:
Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb
21/11/2019 [14:16]:
Prezident İlham Əliyev Sumqayıta səfər edib
21/11/2019 [13:40]:
"WhatsApp"da boşluq aradan qaldırıldı
21/11/2019 [13:13]:
Putin: "ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq"
21/11/2019 [12:48]:
Nəyə görə yaşlandıqca qarın piylənir?
21/11/2019 [12:20]:
8 ölkəyə xəbərdarlıq edildi
21/11/2019 [11:47]:
Qaçqın düşərgələri ləğv olunur
21/11/2019 [11:24]:
Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
21/11/2019 [10:52]:
Maradona Argentina klubunu tərk etdi
21/11/2019 [10:31]:
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin