Parisdə Azərbaycan qadınına səsvermə hüququ verilməsinin 100 illiyi münasibətilə tədbir keçirilib

18/10/2019 [20:44] - Mədəniyyət (214)



Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində Fransadakı səfirliyimizin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə Azərbaycanda və Gürcüstanda qadınlara səsvermə hüququ verilməsinin 100 illiyi münasibəti ilə iki ölkənin incəsənət nümayəndələrinin birgə tədbiri keçirilib.

İstiqlal.az xəbər verir ki, ADFA-nın prezidenti Günel Səfərova çıxış edərək tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, “Sülh uğrunda UNESKO artisti”, Fransanın İncəsənət və Filologiya Kavaleri ordeninə layiq görülmüş gürcü pianoçu Elisso Bolkvadzenin konserti və Azərbaycanın Əməkdar rəssamı, beynəlxalq sərgilər komissarı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət sərgi Qafqazın iki xalqı arasındakı dostluğun bariz nümunəsidir.

Azərbaycan qadınının şücaətindən, fədakarlığından söz açaraq qeyd edilib ki, ölkəmizdə qadınlar bütün sahələrdə təmsil olunur, ölkə həyatında fəal iştirak edirlər.

Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin tarixi, musiqisi, mədəniyyəti və ədəbiyyatının təşviqinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb, onun bütün qadınlarımıza örnək olduğu qeyd edilib.

Səfirliyimizin konsulu Zaur Fərhadov çıxış edərək, ölkəmizin Dövlət Müstəqilliyi Günü, müstəqilliyimizin bərpasının ilk illərində üzləşilən çətinliklərdən danışıb, tədbirdə iştirak edən azərbaycanlıları Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Gürcüstanın Fransadakı səfirliyinin müşaviri Qoşa Javaxişvili iki ölkə arasındakı dostluq əlaqələrinə toxunub, Gürcüstan və Azərbaycanın strateji tərəfdaş ölkələr olduğunu vurğulayıb.

Sonra gürcü pianoçu Elisso Bolkvadzenin solo konserti olub. Gürcü pianoçu Qara Qarayevin əsərlərini ifa edib.

Konsertdən sonra Azərbaycanın Əməkdar rəssamı, beynəlxalq sərgilər komissarı Əsmər Nərimanbəyovanın əsərlərindən ibarət sərgi ziyarət olunub.
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
03/06/2020 [14:27]:
Korona qorxusu içərisində Kaşmirdə düyü yetişdirilməsi
01/06/2020 [17:49]:
ABŞ-ı son yüz ilin ən böyük işsizlik dövrü gözləyir
01/06/2020 [17:31]:
Nəsimi rayonunda zəruri tədbirlər davam etdirilir
01/06/2020 [16:26]:
Dünyanın ən böyük təyyarəsi göy üzünə vida edir: “Airbus A380”-ın hekayəsi başa çatmaq üzrədir
01/06/2020 [16:00]:
Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
01/06/2020 [15:53]:
TƏBİB və BMTİP WhatsApp botunu istifadəyə verib
01/06/2020 [15:40]:
Edvard Karvardin: "Bu əlamətdar gün əvvəlki dövrlərdən çox fərqli bir şəraitdə qeyd edilir"
01/06/2020 [15:32]:
Avstraliya Dağlıq Qarabağdakı qondarma seçkini tanımır
01/06/2020 [14:22]:
Çox yeməyə rəğmən arıq qalmağın sirri tapılıb
01/06/2020 [13:42]:
Fənn olimpiadalarının final turu nə vaxt keçiriləcək?
01/06/2020 [13:19]:
ABŞ Honkonqdakı 1,3 milyard dollarlıq daşınmaz əmlakını satışa çıxardı
01/06/2020 [12:39]:
Napoleon Bonapartın fotoportreti yaradıldı
01/06/2020 [12:17]:
OPEC+ nazirlərinin görüşü daha tez baş tuta bilər
01/06/2020 [11:43]:
Azərbaycan banklarına əmanət qoyuluşu azalıb
01/06/2020 [11:41]:
İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
01/06/2020 [11:37]:
Məleykə Abbaszadə: “Hər zalda 15 nəfər abituriyent otura biləcək”
01/06/2020 [11:21]:
Nikol Paşinyan koronavirusa harada yoluxub?
01/06/2020 [11:17]:
DİM sədri: “Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək"
01/06/2020 [11:13]:
Millimizin futbolçusu oynamadı, komandası uduzdu
01/06/2020 [11:12]:
İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
01/06/2020 [10:35]:
Tramp etiraz aksiyalarının yatırılması üçün çağırış edib
01/06/2020 [10:00]:
İranda vurulan "Boeing"in "qara qutu"su ilə bağlı qərar məlum olub
31/05/2020 [23:58]:
Bu il ölkədə ən çox idxal əməliyyatları fevralda aparılıb
31/05/2020 [22:10]:
Pantomima Teatrı unudulmuş tamaşaları yenidən nümayiş etdirməyi planlaşdırır
31/05/2020 [21:40]:
Baş Nazir cərimələnib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötür
Kukla Teatrı sosial şəbəkədən “Çəkməli pişik” tamaşasını nümayiş etdirəcək
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin