“Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”

17/10/2019 [10:33] - Siyasət (175)



Yeganə Hacıyeva: “Əli Kərimli hər prosesdə özünü bir xarici etiraz liderinə oxşatmağa çalışır”
AXCP sədri Əli Kərimli Rusiya müxalifətinin lideri Aleksey Navalnının “yolunu gedir”. Belə ki, sentyabrın 8-də Rusiyada yerli qanunvericilik orqanlarına, bir neçə regionda qubernator postuna, həmçinin Moskva Dumasına seçkilər keçirildi.

Həmin seçkilərdən öncə Rusiya müxalifəti Moskvanın mərkəzində bir neçə dəfə mitinq keçirməyə cəhd etsə də, buna icazə verilmədi. Sonra isə icazə verilən yerlərə deyil, şəhərin mərkəzində icazəsiz aksiyalar keçirdilər ki, bu da bir çox gəncin həbsi ilə nəticələndi. Həbs edilənlər 2 ildən başlayaraq azadlıqdan məhrumetmə cəzalarına məhkum edildilər. Doğrudur, rus müxalifəti istədiyinə nail oldu, Qərbin diqqətini özlərinə çəkdilər.

Ə.Kərimli də sanki indi eyni taktikanı həyata keçirir. Onun əsas söz sahibi olduğu Milli Şuraya sentyabrın 28-də Lökbatanda mitinq keçirmək üçün icazə verildi. Lakin AXCP sədri israrla Bakının mərkəzində aksiya keçirmək niyyətində olduğunu bildirərək, mitinq keçirməkdən imtina etdi, əvəzində Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket təyin etdi. Hökumət buna da icazə verdi və piket keçirilən zaman Milli Şura tərəfdarları piketdən aralıda bir neçə yerdə aksiya keçirməyə cəhd etdilər, bu da həbslərlə, qarşıdurmalarla nəticələndi. İndi də hökumət Milli Şuraya 19 oktyabrda Lökbatanda mitinq keçirmək üçün icazə verib. Lakin Kərimli yenə də ora getməkdən imtina edir və əvəzində daha irəli gedərək, “28 May” metro stansiyasının qarşısında aksiya keçirəcəklərini bildirir. Hətta özünün də orada iştirak edəcəyini bəyan edib.

Bütün bunlar da bir sıra müzakirələrə səbəb olub. AXCP sədrinin insanları həbs etdirməklə, gərginlik yaratmaqla Qərbin diqqətini çəkmək niyyətində olduğu bildirilir.

Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Siyasi şərhçi Yeganə Hacıyeva məsələni cür şərh etdi: “Hər bir etirazın fəlsəfəsində davam edən, razı olmadığın proseslərə fikir bildirmək niyyəti durur. Bütün dünyada formalaşmış və qəbul olunmuş bir norma var ki, siyasi qrupların etirazları müəyyən proseslər öncəsi və ya ərəfəsi iqtisadi, sosial və ya siyasi sifariş əsasında keçirilir. Yəni məntiqi olaraq  davam edən proseslərə daxili sifariş əsasında etiraz edirlər. Azərbaycanda isə bu proses, bir qaragüruh  qrupun monopoliyasında zaman-zaman kənar təsirlərdən hərəkətə gələn bir prosesdir. Məsələn, Ukraynada ”narıncı inqilab" olanda narıncı rəngə bürünüb etiraz edirlər, Gürcüstanda “qızılgül inqilabı” olanda əllərinə qızılgül alıb etiraz edir, Türkiyədə qadına qarşı zorakılıq etirazı gedəndə bizimkilər gender bərabərliyi əsasında etirazlar təşkil edirlər. Hətta Yaxın Şərqdə islam təmayüllü inqilablar baş verəndə belə bizdə  bundan da ilhamlanıb, eynisini yamsılamağa cəhd edənlər tapılır. Yəni kənarda baş verən etirazların imitasiyası gedir.

Eyni ilə proses imitasiya olunduğu kimi simaları da yamsılanır. Məsələn, bloger Əli Kərimli hər prosesdə özünü  bir xarici etiraz liderinə oxşatmağa çalışır. Haqqında danışdığımız Navalnını misal çəkə bilərik. Ancaq məsələ ondadır ki, Navalnı və qrupunun adətləri söyüşkən rus cəmiyyəti  üçün uğurlu olsa da, Azərbaycanda, əksinə, bu qruplara  nifrət gətirir. Bu suala cavab verməmişdən öncə bu etiraz təşəbbüsünün  mahiyyəti sıravi vətəndaşımıza aydın olsun deyə bir giriş etmək istəyirəm.

Keçən həftə Aşqabadda MBD ölkələri rəhbərlərinin qapalı iclası keçirildi, Bakıda Türkdilli ölkələrin Şurası toplaşdı. Bu görüşlər regionda  gedən proseslərin üzdə görünən tərəfləridir. Bu görüşləri şərtləndirən mühüm məqamlar var. Diqqət etdinizsə bu proseslərdə Azərbaycanın yeri və mərkəzi rolu, ən əsası isə Ermənistanin hansı səviyyədə qısnanması göz önündədir.

Türkiyənin “Barış Pinarı” sülh əməliyyatı və bu əməliyyatın regionumuza necə təsiri olması  haqqında isə geniş danışmağa, fikrimcə, ümumiyyətlə, ehtiyac yoxdur. Çünki bu əməliyyatlar regionun strateji nəqliyyat və tranzit roluna birbaşa təsir edən məsələlərdir.

İndi sual yaranır, regionda kənar maraqların bu qədər qabarıq konfrontasiyası kimi həssas bir dönəmdə proseslərin mərkəzində olan Azərbaycanın  paytaxtında müxalifət  etiraz üçün icazəli yer olduğu halda, mərkəzdə icazəsiz aksiya keçirmək  qərarı almaqda, qarşıdurma və çaxnaşma görüntüsü verməkdə  Azərbaycanla bağlı hansı mesajı ötürməyə çalışır? Və ən əsası belə görüntü verilsin sifarişi onlara haradan gəlmişdi?"

Y.Hacıyeva Ə.Kərimlinin Qərbin diqqətini çəkib-çəkməyəcəyinə də toxundu: “Qərb dediyimiz təsisat monolit bir təsis deyil. Qərb müxtəlif dairələrdən və bu dairələrin maraqlarına xidmət edən qruplardan ibarətdir. Ancaq Qərb adlandırdığımız, Avropa Birliyi, ABŞ təsisatının bəlli ünvanları  Azərbaycan hakimiyyətini də, müxalifətini də yaxşı tanıyır. Detallara varmadan bir məqamı qeyd etmək istəyirəm: Avropa Birliyinin, qurumun kiber təhlükəsizlik institutlarının regionlarda sosial media üzərindən hibrid alətlərlə aparılan informasiya müharibələrinə aid hesabatları var. Bu hesabatlarda, Cənubi Qafqaz ölkələrindən Azərbaycanla bağlı ölkədəki nüfuz agentlərinin sosial media üzərindən təbliğatında kənar qüvvələrin iştirakı haqqında informasiyalar var. Bununla yekunlaşdıraraq onu demək istəyirəm ki, Qərb adlandırdığımız, ünvanı bəlli olan təsisatları Azərbaycan müxalifətini tanıyır və onun əlaqələrinin hansı səviyyədə olmasını bilir.   Azərbaycanda məhz bu müxalifətin etirazlarla diqqətini çəkməyə çalışdığı dairələr ünvanı bəlli olmayan təsisatlardır”.
 
“Yeni Müsavat”

Dövlət Agentliyi Masallı sakinlərinə cavab verdi: yolu yenidən qura bilərik...
Türkiyədə "Gələcəyə nəfəs ol!" kampaniyası çərçivəsində 11 milyon ağac əkilib
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Xəbər lenti
21/11/2019 [16:45]:
Ərzaq məhsullarının qiyməti 13,5 faiz bahalaşıb
21/11/2019 [16:17]:
“Haqq mənəm” tamaşasının premyerası olub
21/11/2019 [16:09]:
Sumqayıtda binaların dam örtüklərinin dəyişdirilməsinə 6 milyon manat ayrılıb
21/11/2019 [15:50]:
Hərbi bazaya hücum olub, ölənlər var
21/11/2019 [15:36]:
Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21/11/2019 [15:19]:
Mobil operatorlar 776 milyon manatdan çox gəlir əldə edib
21/11/2019 [15:11]:
Zəhərlənən tələbə qızların şəxsiyyəti bəlli olub
21/11/2019 [14:45]:
Prezident Sumqayıt Bulvar Kompleksində yaradılan şəraitlə tanış olub
21/11/2019 [14:44]:
Fermadan oğurluq edən şəxslər saxlanılıb
21/11/2019 [14:38]:
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21/11/2019 [14:31]:
Prezident Sumqayıtda “Nizami” kinoteatrının açılışını edib
21/11/2019 [14:24]:
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21/11/2019 [14:22]:
Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb
21/11/2019 [14:16]:
Prezident İlham Əliyev Sumqayıta səfər edib
21/11/2019 [13:40]:
"WhatsApp"da boşluq aradan qaldırıldı
21/11/2019 [13:13]:
Putin: "ABŞ NATO müttəfiqlərinə qarşı münasibətini dəyişməli olacaq"
21/11/2019 [12:48]:
Nəyə görə yaşlandıqca qarın piylənir?
21/11/2019 [12:20]:
8 ölkəyə xəbərdarlıq edildi
21/11/2019 [11:47]:
Qaçqın düşərgələri ləğv olunur
21/11/2019 [11:24]:
Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb
21/11/2019 [10:52]:
Maradona Argentina klubunu tərk etdi
21/11/2019 [10:31]:
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21/11/2019 [10:00]:
Dünyanın ən az inkişaf etmiş 47 ölkəsinin SİYAHISI
20/11/2019 [23:59]:
Şəmkirdə yanğın olub
20/11/2019 [22:47]:
Əfqanıstanda hərbi bazaya hücum olub, ölənlər var
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Dondurulmuş Xəyallar” Xalça Muzeyində təqdim olundu
Prezident Qətərin ölkəmizdəki yeni səfirini qəbul edib
Səfir: “Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib iqtisadi tərəfdaşdır”
Dövlət başçısı iordaniyalı səfirin etimadnaməsini qəbul edib
Mühacir biznesi” ilə bağlı yeni sənədlər yayıldı: "Sonra deyirlәr ki, bizә niyә saxtakar, alverçi deyirlәr?" - Fotolar
Sumqayıtda faciə - Şirkətin 13 işçisi zəhərləndi
Məmmədyarov Kolumbiya Senatının rəsmisi ilə görüşüb
Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefasıdır – Alya Yaqublu
"Bakcell" Azərbaycanda ən sürətli mobil internet təqdim edir
Almaniyada "Müsavat"çıların həbsi başlandı - Saxtakarlığa görə
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin