Prezident İlham Əliyev və xanımı Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

14/10/2019 [14:48] - Gündəm (410)



Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli şərqşünas alim Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

İstiqlal.az xəbər verir ki, nekroloqda deyilir: “Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli şərqşünas alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Vasim Məmmədəliyev 2019-cu il oktyabrın 13-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Vasim Məmmədəli oğlu Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ali təhsil almış, 1964-cü ildə universitetin əyani aspiranturasına daxil olmuş və Tbilisiyə ezam edilərək 1967-ci ildə orada aspiranturanı bitirmişdir.

Əmək fəaliyyətinə 1968-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində başlayan Vasim Məmmədəliyev 1981–1991-ci illərdə burada şərqşünaslıq fakültəsinin dekanı, 1991–1992-ci illərdə universitetin humanitar fakültələr üzrə prorektoru, 1993–2018-ci illərdə ilahiyyat fakültəsinin dekanı vəzifələrində çalışmış, 1991-ci ildən ömrünün sonunadək ərəb filologiyası kafedrasına rəhbərlik etmişdir.

Vasim Məmmədəliyev 1968-ci ildə namizədlik, 1974-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş və 1979-cu ildə professor elmi adını almışdır. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Vasim Məmmədəliyev zəngin elmi və pedaqoji fəaliyyəti ilə uzun illər ərzində Azərbaycan elmi və təhsilinə dəyərli töhfələr vermişdir. Respublikada şərqşünaslıq elminin müasir tələblər səviyyəsinə yüksəldilməsində onun müstəsna xidmətləri vardır. Alimin ərəb dilçiliyinin aktual problemlərinin sistemli öyrənilməsinə həsr olunan və qədim mənbələrə istinadla ərəb dilçilik elminin əsas inkişaf yollarını dolğun işıqlandıran fundamental tədqiqatları dünya şərqşünaslığına töhfə kimi qəbul edilmişdir. Yeni mülahizələrlə zəngin həmin araşdırmalarında alim, eyni zamanda, Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu xüsusi vurğulamışdır.

Geniş erudisiyalı alim Vasim Məmmədəliyev, həmçinin Şərq filologiyası və poeziyasının, İslam tarixi və fəlsəfəsinin ayrı-ayrı sahələrinə dair əsərlərin müəllifi kimi tanınmışdır. “Qurani-Kərim”in Azərbaycan dilinə tərcüməçilərindən biri olaraq onun ölkəmizdə ilahiyyatın və islamşünaslığın yenidən dirçəlməsində özünəməxsus xidmətləri vardır.

Vasim Məmmədəliyev elmi yaradıcılığını pedaqoji fəaliyyəti ilə ahəngdar surətdə uzlaşdırmış, yarım əsrlik bir dövr ərzində Bakı Dövlət Universitetində yüksəkixtisaslı kadrların hazırlanması üçün bilik və bacarığını əsirgəmədən böyük qüvvə sərf etmişdir. Keçmiş Sovetlər Birliyində Azərbaycanın ərəbşünaslığın ən qabaqcıl mərkəzlərindən birinə çevrilməsində mühüm əməyi olan alimin bu çoxsaylı yetirmələri Azərbaycanda və onun hüdudlarından kənarda ölkəmizi daim uğurla təmsil etmişlər.

Vasim Məmmədəliyevin elmi axtarışlarının nəticələri 30-dan artıq kitabda və 600-ə yaxın elmi, publisistik məqalədə əksini tapmışdır. Onun rəhbərliyi ilə 50-dən çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Alimin dünyanın müxtəlif ölkələrində beynəlxalq simpozium, konfrans və forumlardakı çıxışları elmi dairələr tərəfindən rəğbətlə qarşılanmışdır. Ərəb dilçiliyi və ilahiyyatla bağlı çoxsaylı sanballı tədqiqatları layiqincə dəyərləndirilən şərqşünas bir sıra ölkələrin mötəbər akademik elmi qurumlarına üzv seçilmişdir.

Akademik Vasim Məmmədəliyevin uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, elmin və təhsilin inkişafında xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali dövlət təltiflərindən olan “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülmüşdür.

Görkəmli alim və pedaqoq, əsl ziyalı və səmimi insan Vasim Məmmədəli oğlu Məmmədəliyevin xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!”

Nekroloqu həmçinin Əli Əsədov, Oqtay Əsədov, Ramiz Mehdiyev, Əli Əhmədov, Eldar Əzizov, Fərəh Əliyeva, Ceyhun Bayramov, Akif Əlizadə, İsa Həbibbəyli, Nizami Cəfərov, Gövhər Baxşəliyeva, Teymur Kərimli və Elçin Babayev də imzalayıblar.
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Mübariz Mənsimov azadlığa buraxılıb
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
Xəbər lenti
05/03/2021 [18:02]:
Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib
05/03/2021 [17:16]:
Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək
05/03/2021 [16:28]:
Azərbaycanda daha 365 nəfərdə COVID-19 aşkarlanıb- 3 nəfər vəfat edib
05/03/2021 [15:34]:
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 36 %-dək azalıb
05/03/2021 [14:51]:
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
05/03/2021 [14:46]:
YAP İdarə Heyətindən çıxarılanların adı məlum olub - yenilənib
05/03/2021 [14:40]:
Mübariz Mənsimov azadlığa buraxılıb
05/03/2021 [14:19]:
Azərbaycan və Çexiya arasında turizm əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
05/03/2021 [14:06]:
“Pfizer" peyvəndinin ayrılmamasının səbəbi aydın deyil - rəsmi
05/03/2021 [13:59]:
“Alaş” partiyasının lideri Alixan Bukeyxanovun 155 illiyi
05/03/2021 [13:14]:
"Qurdlar Vadisi"nin rejissoru Azərbaycanın Qurtuluş savaşında iştirakına dair film çəkəcək
05/03/2021 [12:23]:
Millimiz Moldovaya böyük hesabla qalib gəldi
05/03/2021 [11:37]:
Azərbaycan BMT-də qətnamə layihəsi ilə çıxış edəcək
05/03/2021 [10:48]:
“Brent” markalı neftin qiyməti 67 dolları keçdi
05/03/2021 [09:54]:
Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri açıqlanıb
04/03/2021 [23:58]:
Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yeddi Gözəl” adlı virtual sərgi keçiriləcək
04/03/2021 [23:09]:
OPEC+ hasilatın gündəlik 1 milyon barel azaldılması qərarını uzada bilər
04/03/2021 [22:42]:
Əliyev helikopter qəzası ilə bağlı Ərdoğana başsağlığı verib - yenilənib
04/03/2021 [22:12]:
MDB-də İnsan hüquqları üzrə Komissiya yaradılacaq
04/03/2021 [21:29]:
Əfv Komissiyası 100-dən çox müraciətə baxdı
04/03/2021 [20:33]:
Tələbələrin köçürülməsi üzrə nəticələr açıqlanıb
04/03/2021 [19:42]:
Keçmiş həmsədr: “Üçtərəfli bəyanat uzunmüddətli sülh üçün əsas olmalıdır”
04/03/2021 [18:58]:
"Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur" - İlham Əliyev
04/03/2021 [18:14]:
Qazaxıstan Azərbaycanın azad olunan ərazilərinin bərpasında iştirak edə bilər
04/03/2021 [18:02]:
Yaponiya səfiri Gəncədə mülki əhaliyə qarşı törədilən terror aktlarını pisləyib
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
Matviyenko: “Qarabağa dair sazişə zidd hər hansı hərəkət böyük faciəyə gətirib çıxara bilər”
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - "Azərsığorta"
Xəzər İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
Dövlət xətti ilə ipoteka kreditləri 2 dəfədən çox artıb
DİN: İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri gücləndirilir
Paşinyan ermənilərdən xalqından üzr istədi
Исахан Исаханлы – ПОДАРОК (Рассказ)
Hakim dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin