Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb

13/10/2019 [21:58] - Siyasət (88)



Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən  verilən məlumata görə, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iştirak edib.

Assosiasiyanın rəhbəri Xəlil Həsənov qonaqları ofislə tanış edib, görüləcək işlər və qarşıda duran vəzifələrlə bağlı ətraflı məlumat verib. Bildirib ki, əsas məqsəd Polşada yaşayan azərbaycanlıları bir araya gətirmək və fəaliyyətlərini mərkəzləşdirməkdir.

Polşa Azərbaycanlıları Assosiasiyası 2019-cu ildə paytaxt Varşavada təsis edilib və öz ətrafında əsasən Polşada yaşayan azərbaycanlı iş adamlarını birləşdirir.

Mərkəzi ofisin açılışından sonra azərbaycanlı iş adamları ilə görüş keçirilib. Komitə sədri Polşa Azərbaycanlıları Assosiasiyasının əhəmiyyətindən söz açıb və azərbaycanlıların birləşməsi üçün onun fəaliyyətini vacib saydığını vurğulayıb. O, çıxışında Polşada yaşayan azərbaycanlılar, onların yaratdıqları təşkilatlar haqqında danışıb, eyni zamanda ehtiyac olacağı təqdirdə burada da həftəsonu Azərbaycan məktəblərinin açılmasına Komitənin dəstək olacağını qeyd edib. F.Muradov bildirib ki, xaricdə yaşayan hər bir soydaşımız Komitənin diqqətindədir.

Tədbir iştirakçılarına Azərbaycan Diasporuna Dəstək Fondu haqqında fondun icraçı direktoru Elşad Əliyev geniş məlumat verib.

H. Həsənov mərkəzi ofisin açılışı münasibətilə təbriklərini çatdıraraq deyib ki,  səfirlik Polşada yaşayan azərbaycanlıların birgə fəaliyyəti, cəmiyyətə inteqrasiya olunmaları işində Polşa Azərbaycanlıları Assosiasiyası ilə əməkdaşlığa hazırdır.

Səfir Komitə sədrinin Polşaya səfərini yüksək qiymətləndirib, bu ölkədə təhsil alan, yaşayan və çalışan azərbaycanlıların sayının getdikcə artdığını, artıq 200-ə yaxın azərbaycanlının Polşa Respublikasının vətəndaşı olduğunu diqqətə çatdırıb.

Sonda F.Muradov Polşa Azərbaycanlıları Assosiasiyasına tarix və mədəniyyətimizi təbliğ edən kitablar bağışlayıb.

Görüş geniş fikir mübadiləsi ilə yekunlaşıb.

Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
28 dairənin “dövlət kimi” deputatı
Qadın hüquqlarının müdafiəsinə daha bir QHT sədri qoşuldu
27 saylı dairədə "köhnələr"lə yeni islahatçıların mübarizəsi
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Xəbər lenti
22/01/2020 [19:40]:
Xeyli miqdarda papiros müsadirə edilib
22/01/2020 [18:41]:
Əlillərə imtahanlarda əlavə vaxt və nəzarət altında fasilə veriləcək
22/01/2020 [17:43]:
Sahibsiz heyvanlarla bağlı xeyriyyə tədbiri keçirilib
22/01/2020 [17:29]:
Prezident İlham Əliyev “SUEZ Group”un yeni baş icraçı direktoru ilə görüşüb
22/01/2020 [17:26]:
Azərbaycan və Polşa prezidentlərinin Davosda görüşü olub
22/01/2020 [17:21]:
Kolumbiya Qəhvəsinin orijinal ləzzətini Bakıda dadmaq mümkün olacaq
22/01/2020 [16:31]:
Ötən il ekoloji qanunvericiliyin pozulmasına görə 868 nəfər cərimələnib
22/01/2020 [15:46]:
Azərbaycanda dövlət xətti ilə kirayəyə veriləcək mənzillərin qiymətləri açıqlanıb
22/01/2020 [14:44]:
Milli Kitabxanada “Zəlimxan Yaqub – 70” adlı kitab sərgisi açılıb
22/01/2020 [14:22]:
Riçard Almeyda BƏƏ klubu ilə müqavilə imzalayıb
22/01/2020 [14:15]:
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22/01/2020 [14:01]:
Çingiz Qənizadə Beyləqanda seçicilərlə görüşüb
22/01/2020 [13:50]:
Musiqili Teatr “999-cu gecə”ni növbəti dəfə repertuara salıb
22/01/2020 [13:20]:
Rusiya İdlib və Hələbi bombaladı – 12 dinc sakin öldü
22/01/2020 [12:57]:
Kamaləddin Qafarovun seçicilərlə görüşləri davam edir - fotolar
22/01/2020 [12:42]:
Yeni Yasamalda yeni yol bağlantısı yaradılır
22/01/2020 [12:22]:
Seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
22/01/2020 [12:14]:
Hikmət Hacıyev: “Aİ ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesini başlatmışıq”
22/01/2020 [12:06]:
Nəsimi rayonu 3 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ötən ilin yekunlarını müzakirə edib
22/01/2020 [11:49]:
Əsas kapitala yönəldilmiş məbləğin miqdarı açıqlanıb
22/01/2020 [11:19]:
Böyük səs fərqilə qalib gələcəyəm- Sadiq Qurbanov
22/01/2020 [11:19]:
Neft hasilatı 3% azalıb, qaz hasilatı isə 28% artıb
22/01/2020 [10:44]:
Məktəblərdə qış tətili nə zaman başlayır?
22/01/2020 [10:00]:
Premyer Liqamız 14 pillə irəlilədi
22/01/2020 [02:12]:
Azərbaycan Prezidenti Pakistanın Baş Naziri ilə görüşüb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
Paşinyan mətbuatı qarabağlıların nəzarətindən çıxarmaq istəyir
Dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması qaydası təsdiqlənib
Azərbaycanla Rusiya arasında innovasiyalarla bağlı yol xəritəsi hazırlanır
Növbəti qlobal böhran gözlənilir
Bakının savaş öncəsi “baş məşq”i - müharibə haqqımız tanındı, bəs sonra?
Xarici ticarət dövriyyəsi 30 milyard dolları ötüb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin