Çaylarda suyun səviyyəsi dəyişdi

13/10/2019 [10:00] - Cəmiyyət (51)



Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normaya yaxın olmaqla normanın 90 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 30-90 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyətə gəlincə, oktyabrın 11-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 8 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 138 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 82 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normadan az olub.

Oktyabrın 11-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 52 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 49 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normadan az olub.
Oktyabrın 11-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 44 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 60 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 71 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, oktyabrın 11-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 1 sm artaraq 324 sm təşkil edib. Bu rəqəm 2018-ci il oktyabrın 11-də isə 331 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 157 sm qeydə alınıbn. 2018-ci il oktyabrın 11-də isə bu rəqəm 193 sm təşkil edib. Salyanda suyun səviyyəsi 7 sm azalıb və 94 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 139 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 2 sm artaraq 24 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il oktyabrın 11-də isə 36 sm təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 6 sm azalaraq 154 sm təşkil edib, lakin 2018-ci il oktyabrın 11-də 171 sm qeydə alınıb.
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Deputat oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir - iddia
Xəbər lenti
13/11/2019 [15:53]:
Azərbaycan idmançıları dünya çempionatında 20 medal qazanıblar
13/11/2019 [15:21]:
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
13/11/2019 [15:16]:
Dövlət başçısı Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib
13/11/2019 [15:06]:
Prezident İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
13/11/2019 [14:52]:
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
13/11/2019 [14:47]:
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü Moskvada keçiriləcək
13/11/2019 [14:31]:
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
13/11/2019 [13:54]:
"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib
13/11/2019 [13:27]:
Quru Nanak Dev - “tək Allah” ismarıcını yayan insan
13/11/2019 [13:20]:
İspaniya Superkuboku ilə bağlı narazılıq yaranıb
13/11/2019 [12:58]:
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
13/11/2019 [12:40]:
Lavrov: "Məqsəd Suriyanın bu hissəsini qoparmaqdır"
13/11/2019 [12:22]:
Quba sakini dəm qazından boğularaq ölüb
13/11/2019 [11:53]:
Nəsimi məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına yola düşdülər
13/11/2019 [11:44]:
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək
13/11/2019 [11:17]:
Gəncə və Şirvanda 32 mənzil şəhid ailələri və əlillərə təqdim edildi
13/11/2019 [10:41]:
Məktəblilər növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edirlər
13/11/2019 [10:37]:
Azərbaycan karateçiləri beynəlxalq turnirdə iki medal qazanıblar
13/11/2019 [10:00]:
Sosial xidmət mərkəzlərinin sayı bu il 3,5 dəfə artırılıb
12/11/2019 [23:59]:
ABŞ və Sinqapur blokçeyn texnologiyasına əsaslanan ödəniş sistemi yaradıb
12/11/2019 [22:37]:
Dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib
12/11/2019 [21:23]:
Ceyhun Bayramov təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak edəcək
12/11/2019 [20:45]:
Makron və Tramp Suriya, İran, NATO məsələlərini müzakirə ediblər
12/11/2019 [20:29]:
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
12/11/2019 [19:24]:
Sabiq nazir Sloveniyada saxlanılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Noyabrın 12-də piket keçiriləcək? - BŞİH-dən cavab
Yeməkdən sonra bunları etmək ziyandır
BƏƏ naziri Bakıya gəlir
Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Problemli kreditlərlə bağlı çoxsaylı boşluqlara yol verilib - rəsmi rəy
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin