Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb

12/10/2019 [00:11] - Cəmiyyət (73)



Oktyabrın 10-da Türkiyənin Dənizli şəhərində yerləşən Pamukkale Universitetində Ermənistanın işğalçılıq siyasətindən bəhs edən beynəlxalq simpozium keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi,  Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi, Dənizli Böyükşəhər Bələdiyyəsi, Pamukkale Universiteti, «Türk Ocaqları» Dənizli Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dənizli Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Ali Dəgirmənçi, baş katibin müavini Mustafa Gökoğlan, Azərbaycandan, həmçinin Türkiyənin digər şəhərlərindən olan qonaqlar, universitetin müəllim və tələbələri iştirak ediblər.  

Saat 10:00-da Universitetin Fən-Ədəbiyyat Fakültəsinin İ.Çetişli konfrans salonunda başlayan və iki hissədən ibarət olan tədbirin birinci hissəsi Pamukkale Universitetinin Fən-Ədəbiyyat Fakültəsinin müəllimi Prof.Dr. Turqut Tokun rəhbərliyi, ikinci hissəsi isə yenə həmin universitetin müəllimi, Prof.Dr. Ercan Haytoğlunun rəhbərliyi ilə keçib. "Ermənistanın işğal siyasəti: regional və beynəlxalq təhlükəsizlik problemləri" adlı tədbirdə Pamukkale Universitetinin müəllimi, Prof.Dr. Mithat Aydın, Ekoavrasya Vəqfinin genel başqanı Hikmət Eren, Mərmərə Universitetindən Prof.Dr. Okan Yeşilot, Süleyman Dəmirəl Universitetindən Prof.Dr. Timuçin Kodaman, Girəsun Universitetindən Doç.Dr. Yalçın Sarıkaya, Burdur M.Akif Ərsoy Universitetindən Dr. Əsmə Özdaşlı, Düzcə Universitetindən Dr. Gökmen Kılıçoğlu, eyni zamanda, Azərbaycandan Atlas Araşdırmaları Mərkəzinin rəhbəri Elxan Quliyev, Dövlət İqtisad Universitetindən Doç.Dr. Solmaz Gözəlova və Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Dr. Hatəm Cabbarlı çıxış ediblər. Çıxışçılar Ermənistanın işğalçılıq siyasətinin regiona və dünya üçün yaratdığı təhlükə, həmçinin Xocalı soyqırımı barədə danışıblar. 

Məlumat üçün bildirək ki, edən beynəlxalq simpoziumun iştirakçıları həmin gün Dənizlidəki Xocalı Soyqırımı abidəsi önünə tər qərənfillər düzüblər. Şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi və hər iki ölkənin dövlət himnlərinin oxunmasından sonra Dənizlidə yerləşən Türk Egitim Vəqfi Anadolu Liseyinin müəllimi Sədat Sərdaroğlu, Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Dr. Hatəm Cabbarlı və başqaları bu faciə, həmçinin Ermənistanın işğalçılıq siyasətindən bəhs edən çıxış ediblər.
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
Naxçıvanlı rəssamlar Beynəlxalq rəsm festivalında iştirak edirlər
Bələdiyyə sədri hakim qarşısına çıxarılır - Cinayət işi
Deputat oğlunun dələduz şərikini əfvlə azadlığa çıxarmaq istəyir - iddia
Xəbər lenti
13/11/2019 [15:53]:
Azərbaycan idmançıları dünya çempionatında 20 medal qazanıblar
13/11/2019 [15:21]:
"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət istifadəyə verilib
13/11/2019 [15:16]:
Dövlət başçısı Misirin Nümayəndələr Palatası sədrinin birinci müavinini qəbul edib
13/11/2019 [15:06]:
Prezident İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
13/11/2019 [14:52]:
Prezident İlham Əliyev Rusiya nümayəndə heyətini qəbul edib
13/11/2019 [14:47]:
MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin görüşü Moskvada keçiriləcək
13/11/2019 [14:31]:
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
13/11/2019 [13:54]:
"Bakı"nın sabiq baş məşqçisi Türkiyə klubundakı vəzifəsindən istefa verib
13/11/2019 [13:27]:
Quru Nanak Dev - “tək Allah” ismarıcını yayan insan
13/11/2019 [13:20]:
İspaniya Superkuboku ilə bağlı narazılıq yaranıb
13/11/2019 [12:58]:
Azərbaycanın sosial mediadakı "əsgəri": "Ermənilər buna nail ola bilmirlər"
13/11/2019 [12:40]:
Lavrov: "Məqsəd Suriyanın bu hissəsini qoparmaqdır"
13/11/2019 [12:22]:
Quba sakini dəm qazından boğularaq ölüb
13/11/2019 [11:53]:
Nəsimi məktəbliləri Gəncə-Şəmkir - Göygöl rayonlarına yola düşdülər
13/11/2019 [11:44]:
Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək
13/11/2019 [11:17]:
Gəncə və Şirvanda 32 mənzil şəhid ailələri və əlillərə təqdim edildi
13/11/2019 [10:41]:
Məktəblilər növbəti dəfə "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiyasında iştirak edirlər
13/11/2019 [10:37]:
Azərbaycan karateçiləri beynəlxalq turnirdə iki medal qazanıblar
13/11/2019 [10:00]:
Sosial xidmət mərkəzlərinin sayı bu il 3,5 dəfə artırılıb
12/11/2019 [23:59]:
ABŞ və Sinqapur blokçeyn texnologiyasına əsaslanan ödəniş sistemi yaradıb
12/11/2019 [22:37]:
Dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib
12/11/2019 [21:23]:
Ceyhun Bayramov təhsil nazirlərinin Yüksək Səviyyəli Görüşündə iştirak edəcək
12/11/2019 [20:45]:
Makron və Tramp Suriya, İran, NATO məsələlərini müzakirə ediblər
12/11/2019 [20:29]:
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
12/11/2019 [19:24]:
Sabiq nazir Sloveniyada saxlanılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Struktur dəyişiklikləri yaxın vaxtlarda da davam edəcək - təhlil
“Bakcell”dən tamamilə yeni İnternet paketləri
Noyabrın 12-də piket keçiriləcək? - BŞİH-dən cavab
Yeməkdən sonra bunları etmək ziyandır
BƏƏ naziri Bakıya gəlir
Azərbaycanda orta aylıq pensiya 293 manat olacaq
Masallı sakinləri Prezidentə müraciət edib Dağılmış yolun yenidən qurulmasına kömək edin!
Bağdadinin saxlanılan arvadının görüntüsü yayıldı
Nazir: “Azərbaycan BƏƏ-yə 350 milyon dollar sərmayə yatırıb”
Problemli kreditlərlə bağlı çoxsaylı boşluqlara yol verilib - rəsmi rəy
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin