Azərbaycan və Gürcüstandakı otellər üçün suya qənaət mükafatları təqdim olunacaq

10/10/2019 [15:10] - Cəmiyyət (138)



Su resurslarının dayanıqlılığına töhfə vermək məqsədilə Azərbaycan və Gürcüstandakı otellər üçün suya qənaət mükafatları təqdim olunacaq.

İstiqlal.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycan H2Otel Suya Qənaət Mükafatlarının ilk rəsmi təliminə start verib. Bununla, BMTİP Cənubi Qafqaz bölgəsinin qabaqcıl turizm, otelçilik və qonaqpərvərlik təşkilatları ilə səylərini birləşdirərək Azərbaycan və Gürcüstanda su dayanıqlılığı sahəsində yeni mükəmməllik sistemini tətbiq etməyə başlayır. Təlim proqramı Kür çayı hövzəsi boyunca İnteqrasiya olan Su Resursları İdarəçiliyinin İnkişafı üçün Kür II layihəsi çərçivəsində təşkil edilib. Qlobal Ətraf Mühit Fondunun (GEF) maliyyələşdirdiyi bu layihə, BMT-nin İnkişaf Proqramı tərəfindən Azərbaycan və Gürcüstanda iki ölkənin hökumətləri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir.

H2Otel Suya Qənaət Mükafatları, otelçilik sənayesində suyun istehlakının azaldılması və suyun çirkliliyinin aradan qaldırılmasında yenilikçi tədbirlər görülməsi üçün Azərbaycan və Gürcüstandakı otelləri dəstəkləyir. Suya qənaət etmək otellərə öz mənfəətlərini artırmağa və dəyərli təbii ehtiyatları qorumağa kömək edir. Bu eyni zamanda ətraf mühitə vurulan ziyanı minimuma endirən otellərə üstünlük verən və getdikcə artmaqda olan müştərilərin də zövqünə oxşayan xidmətlərin təmin edilməsinə zəmin yaradır.

Cənubi Qafqazda H2Otel Suya Qənaət Mükafatları Azərbaycan Otellər Birliyi,  eləcə də 2015-ci ildən bəri hər il Gürcüstanda keçirilən və otel və qonaqpərvərlik sahəsi üzrə müsabiqə və tanıtım mərasimi hesab olunan “Gürcüstana xoş gəldiniz!” Milli Turizm Mükafatları proqramı tərəfindən təqdim olunur.

Hər iki ölkədə H2Otel Suya qənaət Mükafatları proqramı, Böyük Britaniya Şahzadəsi Çarlz tərəfindən qurulan qeyri-kommersiya təşkilatı olan Beynəlxalq Turizm Tərəfdaşlığı tərəfindən hazırlanan Mehmanxanalarda Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü (HWMI) vasitələrindən istifadə edəcək. HWMI vasitələri, Azərbaycan və Gürcüstandakı otelçilərə yeni su qiymətləndirmə protokollarını təqdim edəcək və yerli dillərdə istifadəyə veriləcəkdir. Mehmanxanalarda Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü vasitələri KPMG və dünyanın aparıcı otelləri ilə birlikdə hazırlanan otellərdə su istehlakını izləmək üçün sadə bir üsuldur. 

H2Otel Suya Qənaət Mükafatına qoşulmaq üçün, Azərbaycan və Gürcüstandakı otellərdən layihə tərəfindən həyata keçirilən üç qısa təlim proqramında iştirak etmək, Su Sərfiyyatının Ölçülməsi Təşəbbüsü vasitəsi ilə suyun istehlakını izləmək və suyun qorunması üçün innovativ planlar hazırlamaq tələb olunur. H2Otel Suya Qənaət Mükafatlarının qalibləri, mükafat proqramının əsas tərəfdaşlarından, o cümlədən Azərbaycan Otellər Birliyi, “Gürcüstana xoş gəlmisiniz!” Milli Turizm Mükafatları proqramı və BMTİP-dən yerli, regional və beynəlxalq səviyyədə tanınma imkanı qazanacaqlar. Mükafat qazananlar, həmçinin dünyanın 100-dən çox ölkəsində otelçilik sahəsində fəaliyyət göstərən 24000 təşkilat və mülkiyyətçini əhatə edən,  turizm və qonaqpərvərlik sənayesi daxilində dayanıqlı və məsuliyyətli iş praktikaları, yeni məlumat və araşdırmalar təklif edən Green Hotelier aparıcı onlayn bilik platformasında nümayiş olunacaq.

H2Otel Suya Qənaət Mükafatlarının ilk təqdimatı 2019-cu ilin dekabr ayında Azərbaycan və Gürcüstanda baş tutacaq.

H2Otel Suya Qənaət Mükafatları haqqında daha ətraflı məlumat əldə etmək istəyənlər Mükafatlar proqramının rəsmi Facebook və İnstagram səhifələrini nəzərdən keçirə bilər, həmçinin Kür II layihəsinin vebsəhifəsində H2Otel Suya Qənaət Mükafatları portalından də məlumat əldə edə bilər və əlavə suallar üçün h2otel.awards@gmail.com elektron poçt ünvanına sorğu göndərə bilərlər. 

Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
Cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir- Qüdrət Həsənquliyev
İlyas Hüseynovun deputatlığa namizədliyi qeydə alındı
Zahir Əzəmət: "DSK-nı məscidə çevirən Dilşad Abbasova Prezidentə qarşı gedir"
Xəbər lenti
20/01/2020 [13:45]:
Hoteldə su borusu partlayıb - Ölənlər var
20/01/2020 [13:20]:
Beyləqanda yanğın olub
20/01/2020 [13:16]:
ABŞ konqresmenləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı
20/01/2020 [12:40]:
Qvardiola: "İstefaya göndərilməyincə heç yerə getməyəcəyəm"
20/01/2020 [12:17]:
Aeroport fəaliyyətini dayandırdı
20/01/2020 [12:01]:
İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub
20/01/2020 [11:50]:
Neftçi Bordinin köməkçisini də yola saldı
20/01/2020 [11:21]:
Almaniya XİN rəhbəri ABŞ-ın İran siyasətini tənqid edib
20/01/2020 [10:48]:
Beyrutda aksiya zamanı 220 nəfər xəsarət alıb
20/01/2020 [10:00]:
Suriyaya İordaniya və Livandan minə yaxın qaçqın qayıdıb
20/01/2020 [09:56]:
İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
20/01/2020 [09:22]:
Mehriban Əliyeva "Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm"
20/01/2020 [09:00]:
20 Yanvar faciəsindən 30 il ötür
19/01/2020 [23:59]:
Azərbaycan yığması hazırlığa başlayıb
19/01/2020 [22:33]:
Şimali Koreyanın XİN rəhbəri dəyişdi
19/01/2020 [21:43]:
Lordlar Palatası Londondan Yorka köçürülə bilər
19/01/2020 [20:44]:
İran portalı Bakı haqqında məqalə yayıb
19/01/2020 [19:46]:
Ərdoğan Merkellə Liviyadakı vəziyyəti müzakirə edib
19/01/2020 [18:34]:
Bir həftə ərzində 163 nəfər həlak olub
19/01/2020 [18:07]:
Tələsmədən işləməliyik - Qüdrət Həsənquliyev
19/01/2020 [18:05]:
Seçicilərin elektron kabineti olacaq - Seçki prosesində yenilik
19/01/2020 [18:02]:
Çingiz Qənizadə qazi seçicisini evində ziyarət edib
19/01/2020 [17:21]:
Dünyanın ən zəngin insanlarının siyahısına yeni şəxs liderlik edir
19/01/2020 [16:44]:
AFFA-nın İcraiyyə Komitəsinə namizədlərin adları açıqlanıb
19/01/2020 [15:24]:
Parisdə "sarı jiletlər"in aksiyasında 30-dan çox etirazçı saxlanılıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Polad Bülbüloğlunun 75 illik yubileyi qeyd olunacaq
Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
İrəvanın iddiaları gülüş hədəfinə çevrildi - “Rusiya olmasaydı...”
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub
“Səbail” klubu futbolçusu İgor Korotetski ilə yollarını ayırıb
Təbii fəlakət 57 nəfərin həyatına son qoyub
Latviyanın Azərbaycandakı səfiri AZPROMO-da olub
Dünyanın ən qədim şəkilli kitabı tapılıb
32 cinayətin üstü “isti izlər”lə açılıb
Saxta spirtli içkilər satan dəstə üzvləri saxlanılıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin