Avropa İttifaqı və Azərbaycan Bakıda Tvinninq layihələrini müzakirə edəcək

09/10/2019 [17:37] - Siyasət (264)



Avropa İttifaqı və Azərbaycan arasında Tvinninq  layihələrini müzakirə etmək üçün Bakıda dəyirmi masa keçiriləcək. 

İstiqlal.az xəbər verir ki,  Avropa Komissiyasının  Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun bölmə rəhbərləri  Vasilis Maraqos və xanım Diana Yablonskanın başçılıq etdiyi nümayəndə heyətinin, həmçinin Azərbaycan rəsmilərinin qatıldığı tədbirə Azərbaycanın  İqtisadiyyat Nazirliyi ev sahibliyi edəcək.

Dəyirmi masanın keçirilməsində məqsəd Azərbaycanda Tvinninq proqramının gələcəyini müzakirə edərək, ölkədə dövlət idarəçiliyində islahat prosesinə səmərəli şəkildə töhfə vermək üçün daha strateji yanaşmanın təmin edilməsi yollarını müəyyən etməkdir. 

Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas deyib ki, Aİ-nin Tvinninq  proqramı Aİ və Azərbaycan arasında ən uğurlu əməkdaşlıq alətlərindən biridir. Bu proqram Avropanın qabaqcıl təcrübələrini Azərbaycandakı qurumlarla bölüşməyə və əhali üçün faydalı islahatların dəstəklənməsinə kömək edir. Bu dəyirmi masa bizə gələcəkdə daha da səmərəli fəaliyyət göstərməkdə kömək edəcək. Tvinninq Aİ-nin üzv dövlətlərinin və Azərbaycan kimi tərəfdaş ölkələrin dövlət administrasiyaları arasında institusional əməkdaşlıq vasitəsidir. Tvinninq layihələri çərçivəsində nəticələr həmkar qurumlar arasında həyata keçirilən  tədbirlər vasitəsilə əldə olunur. Son on il ərzində Azərbaycanda 26 nazirlik və dövlət qurumu 46 Tvinninq layihəsində iştirak edib.

Tədbirdə Nəqliyyat Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Energetika Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət İcbari Tibbi Sığorta Agentliyi, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ekspertləri iştirak edəcək.

İctimai Liderlər Platforması ölkə əhalisinə müraciət edib
Təssüf ki, Cümhuriyyət qurucuları layiqli qiymətlərini yetərincə almayıblar - Qulamhüseyn Əlibəyli
Ermənilərin cavabını Müdafiə Nazirliyi verməlidir - Qulamhüseyn Əlibəyli
Pandemiyadan zərər çəkmiş sahələrə 533 milyon manat yardım edilib - rəsmi
Vətəndaş cəmiyyətinin pandemiya sınağı
Xəbər lenti
04/06/2020 [23:58]:
Londonda etiraz nümayişləri keçirilib, saxlanılanlar var
04/06/2020 [22:48]:
Avropa Gimnastikası qitə çempionatını Bakıya həvalə edib
04/06/2020 [21:42]:
Ermənistanda pasiyentlərin vəziyyəti ağırdır
04/06/2020 [20:34]:
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04/06/2020 [19:39]:
Azərbaycanın turizm potensialının tanıdılması onlayn platformalar vasitəsilə aparılır
04/06/2020 [19:20]:
Latviya Səfiri parlamentdə olub
04/06/2020 [18:49]:
ƏSA Teatrından yeni tamaşa - “Balaca Şahzadə”
04/06/2020 [17:48]:
“Sabah” paraqvaylı hücumçu ilə müqavilə bağlayıb
04/06/2020 [17:22]:
Qadağa günlərində insanlar dərmanı necə alacaq? - RƏSMİ CAVAB
04/06/2020 [17:20]:
Ramin Bayramlı: "Həftəsonu qadağaları bir neçə dəfə tətbiq edilə bilər"
04/06/2020 [17:15]:
Operativ Qərargah: "Vətəndaşlar lazımi ehtiyaclarını indidən təmin etsinlər"
04/06/2020 [17:12]:
TƏBİB sədri: "Həftəsonları qadağanın tətbiqi yetərli deyil"
04/06/2020 [17:10]:
Azərbaycanın hava limanları iyulun 1-nə qədər bağlı qalacaq
04/06/2020 [17:05]:
Azərbaycanda daha 262 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
04/06/2020 [16:42]:
"Lukoil" "OPEC+" razılaşması çərçivəsində neft hasilatını azaldıb
04/06/2020 [15:28]:
Dondurma deyə yediyimiz kimyəvi maddələr: Təhlükə sezonu başladı
04/06/2020 [14:33]:
“Oyaq gözəl” tamaşası onlayn nümayiş ediləcək
04/06/2020 [14:06]:
Operativ Qərargah: Xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərara alınıb
04/06/2020 [14:01]:
Əli Əsədov əhaliyə müraciət edib
04/06/2020 [13:57]:
Bu il Meksikadan Azərbaycana ixracın həcmi 225.49 faiz artıb
04/06/2020 [13:48]:
UEFA “Trabzonspor”u Avropa yarışlarından kənarlaşdırıb
04/06/2020 [13:16]:
“Yuğ” teatrı iyun repertuarını açıqlayıb
04/06/2020 [12:45]:
Polşada prezident seçkilərinin vaxtı müəyyənləşib
04/06/2020 [12:14]:
Konqoda Ebola epidemiyası başlanıb
04/06/2020 [11:43]:
Azərbaycanda tibbi maskalar üçün xammal istehsalına başlanıb
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Rayonlara gediş-gəlişin bərpası ilə bağlı açıqlama
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Luvr muzeyinin iyulun əvvəlində açılışı gözlənilir
Con Terri Premyer Liqanın ən yaxşı müdafiəçisi seçilib
Jurnalist şeyxin müdafiəsinə qalxdı - böhtan atmaq kişi işi deyil
Yaxın Şərqin “Qordiy düyünü”nü kim kəsəcək: Tramp, Putin, yoxsa Ərdoğan?..
"Milan" "Real"ın 4 futbolçusunu istəyir
Roma Papası Azərbaycan Prezidentinə məktub yazıb
“Təklif. Elçilik” tamaşası onlayn göstərilib
"Real" yay transferlərindən məhrum ola bilər
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin