Dövlət hesabına hüquqi yardım xidmətinin vəziyyətilə bağlı araşdırma aparılıb

09/10/2019 [16:23] - İqtisadiyyat (207)



8 Oktyabr 2018-ci ildə Azərbaycanda dövlət hesabına hüquqi yardım xidmətinin vəziyyətinə dair araşdırmanın nəticələri təqdim edilib.Təqdimatçı Mirəli Hüseynov bildirib ki, ötən il təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrdən biri kimi “Pulsuz hüquqi yardım haqqında” Qanun layihəsinin hazırlanması nəzərdə tutulur. Bu baxımdan araşdırmanın məqsədi Azərbaycanda pulsuz hüquqi yardım xidmətinin təşkili sahəsindəki mövcud qanunvericilik bazası, praktikanın öyrənilməsi, ehtiyacların qiymətləndirilməsi və bu sahədə islahatların sürətləndirilməsi və islahat gündəliyinin formalaşdrılmasına töhfə verməkdən ibarətdir.

M. Hüseynovun sözlərinə görə bu sahədə əsas problemlər hüquqi yardıma ehtiyacı olan əhali qruplarının dairəsinin məhdud olması, mülki işlərdə hüquqi yardımın yalnız Ali Məhkəmə instansiyasında mümkünlüyü, hüquqi yardımın institusional bazasının və maliyyə imkanlarının zəif olması, hüquqi yardımın təşkili və idarə edilməsində maraqlar toqquşmasına yol verilməsi, hüquqi yardımın keyfiyyətinin aşağı olması, xidməti qiymətləndirmə alətlərinin olmaması vəs. kimi məsələlərdə özünü daha qabarıq göstərir.

Müsbət təcrübələr haqqında məlumat verən təqdimatçı hüquqi yardımın beynəlxalq standartlara uyğunlaşdırılması üçün institusional islahatların aparılmasının zəruruliyini vurğulayıb və iştirakçıları araşdırma qrupunun əsas tövsviyyələri ilə tanış edib. Araşdırma qrupunun mövqeyinə görə hüquqi yardımın təşkili və idarəçiliyini kollegial qurum həyata keçirməli, hüquqi yardım benefisiarlarının və sahələrinin dairəsi genişləndirilməli, hüquqi yardım mərkəzləri yaradılmaslı, keyfiyyətinin gücləndirilməsi üçün müəyyən alətlərdən istifadə edilməli və digər uyğun tədbirlər həyata keçirilməlidir.

Tədbirdə iştirak edən AR Vəkillər Kollegiyasının aparat rəhbəri Fərhad Nəcəfov, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Hüquq və İnkişaf” İB sədri Hafiz Həsənov, Vəkillər Kollegiyasının üzvləri Əlibaba Rzayev, Rüstəm Zülfüqarlı, Mahir Quliyev və digərləri məsələ üzrə konkret rəy və təkliflərlə çıxış ediblər.

M.Hüseynov yekunda bildirib ki, səslənən bütün təkliflərdə nəzərə alınmaqla Hesabatın yekun variantı aidiyyatı dövlət orqanlarına təqdim ediləcək.

Qeyd: Təşəbbüs Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqat və Resurs Mərkəzi-Gürcüstan təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” baş tutub.
Ata-anasını itirmiş qız 500 manat borca görə imtahana buraxılmır - təfsilat
Bakıda koronavirusa yoluxma ən çox hansı rayonda qeydə alınıb? - statistika
Bəzi adamlar ekstremal vəziyyətlərə hazır deyil - Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli Sülhəddin Əkbərə cavab verdi - İttihamlar sağlam məntiqə və vaxtilə tutduğu posta uyğun gəlmir
Küçəyə çıxmaq qadağası Türkiyədə çoxdan tətbiq edilir - Qulamhüseyn Əlibəyli
Xəbər lenti
11/07/2020 [22:35]:
Rəssamın “Zəfər tağı” əsəri 22,5 milyon dollara satılıb
11/07/2020 [21:29]:
Antonio Konte transferlərə ən azı 180 milyon avro xərclənməsini tələb edib
11/07/2020 [20:32]:
Fövqəladə vəziyyət rejimi iyulun 31-dək uzadılıb
11/07/2020 [18:42]:
NASA və Yaponiya Ayı birgə tədqiq edəcək
11/07/2020 [17:57]:
ABŞ analoqundan 17 dəfə sürətli olan raket hazırlayır
11/07/2020 [16:41]:
İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
11/07/2020 [16:40]:
IEA ABŞ-da neft hasilatının artacağını proqnozlaşdırır
11/07/2020 [16:28]:
İsmayıllıda 1 tona yaxın narkotik vasitə məhv edilib
11/07/2020 [15:49]:
Arif Qasımovun işdən çıxarılmasına səbəb olan VİDEO
11/07/2020 [15:33]:
Yaş corab geyinməyin faydaları - VİDEO
11/07/2020 [15:02]:
Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib
11/07/2020 [15:01]:
Prezident bu icra başçısını işdən çıxardı - Sərəncam
11/07/2020 [14:51]:
10 minə yaxın məhkum azad ediləcək
11/07/2020 [13:30]:
ABŞ-ın üç ştatları sahillərində qasırğa təhlükəsi elan edilib
11/07/2020 [12:46]:
FİFA DÇ-2022-nin seçmə mərhələsini təxirə salıb
11/07/2020 [12:14]:
Azərbaycan da Rusiya kimi maska rejimini ləğv edə bilərmi?
11/07/2020 [11:44]:
Liviya limanlarla neft ixracını bərpa edir
11/07/2020 [11:14]:
İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir
11/07/2020 [10:47]:
Qüdsdəki Müqəddəs Məzar Kilsəsi yenidən bağlanıb
11/07/2020 [10:19]:
“Mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər...”
11/07/2020 [10:00]:
Rusiya iyulun 15-dən beynəlxalq uçuşları tədricən bərpa edəcək
10/07/2020 [23:57]:
"Keşlə" anqolalı hücumçusu ilə müqaviləni yeniləyib
10/07/2020 [22:39]:
TAP kəmərinin İtaliya hissəsinə qazın vurulmasına avqustda başlanacaq
10/07/2020 [21:47]:
Notr-Dam kilsəsinin dam örtüyü bərpa olunacaq
10/07/2020 [21:38]:
Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarıldı
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Bu gündən magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
DTX-nin XİN-də keçirdiyi əməliyyatın görüntüləri
Azərbaycanda daha 513 nəfər koronavirusa yoluxub - 8 nəfər vəfat edib
Bir neçə rayona yeni prokuror təyin olundu
Qulamhüseyn Əlibəyli: "Qanunun sərt üzü yalnız adi vətəndaşlar üçün deyil"
Avropa Pakistanın Hava Yollarını bağlayır
3 ölkə arasında müasir və proqresiv ticarət sazişi (T-MEC) qüvvəyə minir
3 yaşlı oğlan uşaq terror hücumunda sağ qalıb
“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb
Hazırlanmaqda olan koronavirus vaksininin əsas üstünlüyü açıqlanıb
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin