Səfir: “Azərbaycana böyük diqqət yetiririk”

09/10/2019 [13:19] - Siyasət (521)



Koreya Respublikasının milli bayramı – dövlətin yaranması günü və Silahlı Qüvvələr Gününün 71-ci ildönümü münasibəti ilə bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

İstiqlal.az xəbər verir ki, səfir Kim Tonq Op rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb, deyib ki, 4352 illik tarixə malik bir xalq olaraq Koreya xalqı özünü əfsanəvi yaradıcısı olan Danqun tərəfindən özülü qoyulan sülh və insanpərvərlik işinə həsr edib.
 
Daha sonra Azərbaycanla əlaqələrə toxunan Kim Tonq Op iki ölkə arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu xatırladaraq, o zamandan bu yana bütün sahələrdə qarşılıqlı əməkdaşlığın genidşləndiyini qeyd edib. Onun sözlərinə görə, Koreya hökuməti Yeni Şimal Siyasəti yeridir ki, bu siyasət də Koreya yarımadasında və eləcə də Şimal-şərqi Asiya və Avrasiya məkanında sülh və tərəqqinin təmini məqsədini daşıyır: “Bununla əlaqədar, biz Azərbaycana böyük diqqət yetiririk. Belə ki, Azərbaycan onu logistik mərkəzə çevirən şimalla cənubu nəqliyyat yolu, şərqlə qərbi Xəzər dənizinin neft və qazı ilə birləşdirən layihələr həyata keçirməklə öz tarixində yeni səhifə açır”. 

Diplomat əlavə edib ki, Səfirlik tərəfindən müxtəlif əməkdaşlıq layihələri və mübadilə proqramları həyata keçirilir. KOİCA və KOTRA şirkətinin Bakı nümayəndəliyi daim öz xidmət və əlaqələrini genişləndirir. 2014-cü ildən etibarən hər il Səfirlik tərəfindən Dağlıq Qarabağdan olan məcburi köçkünlər üçün dəstək proqramı həyata keçirildiyini xatırladan səfir əlavə edib ki, SEUL – Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə bu ilin sentyabrında  məcburi köçkünlər üçün salınan Qobupark yaşayış kompleksində olub. Mədəniyyət və təhsil sahəsindəki əməkdaşlığın inkişafı sayəsində ikitərəfli münasibətlərin möhkəmləndiyini qeyd edən diplomat, Səfirlik tərəfindən hər il Koreya haqqında viktorina, K-Pop yarışması, Taekvando üzrə səfir kuboku kimi mədəni tədbirlərin keçirildiyini xatırladıb. Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Naxçıvan Dövlət Universiteti və Gəncədəki Azərbaycan Texnologiya Univeristetində Koreya dili və ya Koreyaşünaslıq fakültəsi açılıb və tədris edilir.  Səfir Şimali Koreya ilə bağlı açıqlamasında deyib ki, artıq uzun müddətdir Şimali Koreyanın nüvə problemi yalnız Koreya yarımadasında deyil, eyni zamanda Şimal-şərqi Asiyada və ümumiyyətlə bütün dünyada sülh və tərəqqiyə təhlükə törədir: “Hökumətimiz   danışıqlar vasitəsilə məsələnin sülh yolu ilə həll edilməsi üçün bütün səylərini əsirgəmir. Bununla əlaqədar Azərbaycan hökumətinin bu istiqamətdə bizə göstərdiyi dəstəyini yüksək qiymətləndiririk. 

Azərbaycan hökuməti adından Koreya xalqını bayram münasibəti ilə təbrik edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafından danışıb. Əlaqələrin yüksək səviyyəli qarşılıqlı səfərlər nəticəsində daha da genişləndiyini vurğulayan nazirin sözlərinə görə, Azərbaycan və Koreya arasında bir çox sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. 

Nazir sonda Koreyanın Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün təşəkkür bildirib. 

Seçkilər ona görə önə çəkildi ki... - Qüdrət Həsənquliyev
Ordumuzda keyfiyyət dəyişiklikləri göz qabağındadır - Məhərrəm Əliyev
"Serbiyanın bu addımı faşizmə dəstək kimi qiymətləndirilməlidir"- ehtiyatda olan polkovnik
Əfqan Muxtarlı azadlığa buraxılıb
Azərbaycanda 43 ərzaq növü bahalaşıb - rəsmi
Xəbər lenti
29/03/2020 [21:33]:
Polşada prezident seçkilərinin vaxtı dəyişdirilə bilər
29/03/2020 [20:25]:
İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb
29/03/2020 [18:24]:
“WhatsApp” videoların yerləşdirilməsinə məhdudiyyət qoyur
29/03/2020 [17:49]:
Hər 17 dəqiqədə 1 nəfər ölür
29/03/2020 [16:21]:
Koronavirusun ən çox yayıldığı ölkələr - SİYAHI
29/03/2020 [15:37]:
Rusiya dövlət sərhədlərini bağlayacaq
29/03/2020 [14:44]:
“Standard & Poor's” ECB-nin kredit reytinqini təsdiqləyib
29/03/2020 [14:08]:
Koronavirus ilə mübarizədə Azəriqaz da yaşlı insanlara dəstək olacaq
29/03/2020 [13:36]:
ABŞ-da 2 mindən çox insan koronavirusdan ölüb
29/03/2020 [13:14]:
"Real" oyunçuların maaşlarını azaltmayacaq
29/03/2020 [12:38]:
Tbilisi Azərbaycan teatrının işdən çıxarılan aktyorları bəyanat yaydı
29/03/2020 [12:11]:
Rusiya Bankının valyuta ehtiyatları bir həftəyə 30 milyard dollar azaldı
29/03/2020 [11:45]:
Yaponiyanın Müdafiə naziri: Pxenyan bununla beynəlxalq ictimaiyyəti təhdid edir
29/03/2020 [11:16]:
Pedro Enrike: "Sağlam mühit olmasa, oynamaq mümkün deyil”
29/03/2020 [10:38]:
Qatarlardan palatalar kimi istifadə ediləcək
29/03/2020 [10:00]:
Cənubi Koreyada koronavirusa yoluxanların sayı 9583-ə çatıb
28/03/2020 [23:58]:
İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb
28/03/2020 [22:29]:
Respublika Uşaq Kitabxanası kiçikyaşlı oxucuları online səsli nağılları dinləməyə dəvət edir
28/03/2020 [21:32]:
İspaniyada son sutkada koronavirusdan 832 nəfər ölüb
28/03/2020 [21:01]:
İlham Əliyev: "Qaydaları pozanlara qarşı tədbirlər daha da sərtləşdiriləcək"
28/03/2020 [20:45]:
Azərbaycan millisinin ölkə xaricində qalan voleybolçuları bəlli olub
28/03/2020 [20:27]:
Dövlət başçısı: "Əgər bu infrastruktur olmasaydı, xəstəliyə qarşı necə mübarizə apara bilərdik"
28/03/2020 [18:44]:
Nazirlikdə vətəndaş qəbulu aprelin 20-dək dayandırılır
28/03/2020 [17:42]:
Nazir: “Koronavirusa görə BTQ-nin yük potensialı artırıla bilər”
28/03/2020 [16:37]:
Nəsimi rayonu ərazisində profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilir
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
Türkiyənin nüfuzlu media orqanları: Mənsimovun erməni şərikinin 130 il həbsi istənildi
Tofiq Yaqublu həbs olundu
Rumıniya mətbuatı Novruz bayramı barədə məqalə yayıb
Azərbaycanda gələn həftə də iş olmayacaq - RƏSMİ QƏRAR
Azərbaycan XİN Abxaziyada qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
Məktəblilərin tətil müddəti yenidən uzadıldı
Rusiya taxıl məhsullarının ixracına qadağa qoyub
Hikmət Cavadovla bağlı Prezidentə və hüquq-mühafizə orqanları rəhbərlərinə ŞOK MÜRACİƏT
“Türk Hava Yolları” Nyu-York aviareyslərini müvəqqəti dayandırır
Azərbaycanda qadağalar gücləndirildi: metrolar, mağazalar, maşınlar, restoranlar, bulvar və parklar....
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin