Filippo Qrandi: “Səylərin ikiqat gücləndirilməsinə ciddi ehtiyac yaranıb”

08/10/2019 [17:20] - Cəmiyyət (41)



BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi vətəndaşsızlığın aradan qaldırılması sahəsində aparılan mübarizəni əngəlləyən risklər barədə xəbərdarlıq edib.

İstiqlal.az xəbər verir ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) İcraiyyə Komitəsinin illik iclasının açılışı ərəfəsində Filippo Qrandi  açıqlamasında bildirib ki, bütün dünyada milyonlarla insanın öz hüquqlarından məhrum edilməsinin əsas səbəbi olan vətəndaşsızlıq hallarına qarşı mübarizədə son dövrdə əldə edilmiş irəliləyişlər, millətçiliyin zərərli formalarının artması səbəbindən təhlükə altındadır: “Vətəndaşsızlıq hallarına qarşı tədbirlər görən ölkələrin sayının artması o deməkdir ki, beynəlxalq birlik vətəndaşsızlıq hallarının kökünün həmişəlik kəsilməsinə yönələn səylərində həlledici məqama yaxınlaşmaqdadır. Hələ beş il bundan öncə ictimaiyyətin vətəndaşsızlıq və onun zərərli nəticələri barədə bilgiləri çox az idi. Vəziyyət dəyişir və vətəndaşsızlıq hallarına son qoyulması perspektivi heç vaxt bugünkü qədər yaxın olmayıb. Amma hələ bu məsələdə inkişafın təmin edilməsindən danışmaq tezdir: millətçiliyin zərərli formaları və qaçqınlar, eləcə də miqrantlar əleyhinə münasibətlərə manipulyasiya edilməsi beynəlxalq səviyyədə cərəyan edən, inkişafın qarşısını alan güclü amillərdir. Myanmalı rohincalar və Hindistanın Assam ştatında vətəndaşsızlıq riski altında olan azlıq qrupları da daxil olmaqla bütün dünyada vətəndaşlığı olmayan və ya vətəndaşsızlıq riski altında olan milyonlarla insanın təcili həll yoluna ehtiyacı var. Bunu etməsək, onların cəmiyyətdən təcrid olunmasının dərinləşməsi riski ilə üzləşəcəyik. Məhz buna görə səylərin ikiqat gücləndirilməsinə ciddi ehtiyac yaranıb”.  

BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK 2014-cü ildə 2024-cü ilədək vətəndaşsızlıq hallarına son qoymaq məqsədilə "#IBelong" (Mən Aidəm) kampaniyasına başlayıb. O vaxtdan bəri 15-ə yaxın ölkə vətəndaşsızlıq barəsindəki iki əsas müqaviləyə – Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyasına və Vətəndaşsızlıq hallarının azaldılması haqqında 1961-ci il Konvensiyasına qoşulub. Bu həftə əlavə qoşulmaların olacağı və digər öhdəliklərin götürüləcəyi gözlənilir ki, bununla da bu müqavilələrdən birincisinə – Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyasına qoşulan ölkələrin sayı tezliklə əlamətdar həddi – 100-ü keçə bilər. Kampaniyadan ilhamlanaraq uzlaşdırılmış milli səylər nəticəsində kampaniyanın ilk beş ili ərzində müxtəlif ölkələrdə, o cümlədən Qırğızıstan və Keniya, Tacikistan və Tailand kimi fərqli yerlərdə hazırda 220 mindən artıq vətəndaşlığı olmayan şəxs vətəndaşlıq əldə edib. Bu ilin iyulunda Qırğızıstan dünyada ilk ölkə olaraq, bütün məlum vətəndaşsızlıq hallarının tam həll olunduğunu elan edib. Bundan əlavə, kampaniyanın başlanmasından bəri iki ölkə – Madaqaskar və Syerra-Leone vətəndaşlıq haqqında qanunlarında islahatlar apararaq anaların, öz vətəndaşlıqlarını uşaqlarına atalarla bərabər əsasda ötürməsinə icazə verib. Bununla belə, dünyanın iyirmi beş ölkəsində qadınların kişilərlə bərabər əsasda vətəndaşlıqlarını uşaqlarına ötürməsi hələ də çətin və ya qeyri-mümkündür ki, bu da dünyada vətəndaşsızlıq hallarının başlıca səbəblərindən biridir. Heç bir uşağın vətəndaşlığı olmayan şəxs kimi doğulmasına imkan verən təminatlar vətəndaşlıq haqqında qanunlar bütün yerli qanunvericilikdə əks olunmadığına görə vətəndaşsızlıq nəsildən nəslə  ötürülə bilir. 

Türkiyənin təhsil naziri TUDİFAK-da olub
Pamukkale Universitetində Xocalı soyqırımı haqqında danışılıb
Neft emalı zavodunun təmirə dayanmasının dövlətə vurduğu zərər - araşdırma
30 il müharibə şəraitində yaşayan xalqın həyat eşqi- Əhalinin siyahıya alınması
Neft pulları necə xərclənməlidir? - təhlil
Xəbər lenti
13/10/2019 [23:59]:
Bakıda yanğın olub
13/10/2019 [22:09]:
“Mercedes”in pilotu Valtteri Bottas Yaponiya Qran-Prisinin qalibi olub
13/10/2019 [21:58]:
Polşa Azərbaycanlıları Assosiasiyasının mərkəzi ofisi açılıb
13/10/2019 [20:25]:
Yağış və daşqın İranda körpüləri dağıtdı
13/10/2019 [18:46]:
Bakıda 15 yaşlı qız itkin düşüb
13/10/2019 [17:41]:
İtaliya AVRO-2020-nin final mərhələsinə yüksəlib
13/10/2019 [16:33]:
İnsultdan qorunmaq üçün 7 METOD
13/10/2019 [15:31]:
Türkiyəyə silah ixracını dayandıracaq ölkə sayı 5-ə çatıb
13/10/2019 [14:44]:
Panama gəmisi Tokio körfəzində batıb
13/10/2019 [14:23]:
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
13/10/2019 [13:47]:
Şuşa Teatrı iki premyera ilə tamaşaçıların görüşünə gəlir
13/10/2019 [13:22]:
Azərbaycan futbol üzrə yığması Macarıstan komandası ilə qarşılaşacaq
13/10/2019 [12:35]:
Yaponiyada qasırğa nəticəsində ölənlərin sayi 18 nəfər çatıb
13/10/2019 [12:11]:
"Heç bir ölkə Türkiyə iqtisadiyyatını çökdürməyə qadir deyil"
13/10/2019 [12:07]:
Mehriban Əliyeva Aydın Süleymanlını dünya çempionu olması münasibətilə təbrik edib
13/10/2019 [12:05]:
Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib
13/10/2019 [11:56]:
Müsavat Partiyası qurultay keçirir
13/10/2019 [11:42]:
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək
13/10/2019 [11:21]:
Bakıda yanğın olub
13/10/2019 [10:39]:
Xəz dəri satışına və heyvanların sirklərdə istifadəsinə qadağa qoyulub
13/10/2019 [10:00]:
Çaylarda suyun səviyyəsi dəyişdi
13/10/2019 [09:35]:
Atəşkəs yenə pozuldu - 24 dəfə
12/10/2019 [23:59]:
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
12/10/2019 [22:47]:
NASA Yerin ion təbəqəsini tədqiq edəcək peyki orbitə buraxıb
12/10/2019 [21:14]:
Bakıda Rusiya folklor kollektivlərinin konserti olub
Bütün xəbərlər...
Həftənin ən çox oxunanları
“Türkiyənin təhlükəsizliyinin qayğısına qalmaq hüququ var”
"Biz İŞİD-ə qalib gəldik, öz işimizi gördük, evə qayıtmalıyıq"
“Əli Əsədovun Baş Nazir təyin edilməsi ölkəmiz və xalqımız üçün uğurlu olacaq”
Ölkədə quş qripi ilə bağlı monitorinqlər keçiriləcək
Qəbələ sakinindən odlu silah götürülüb
Gəncədə mərmi aşkarlanıb
Suriyada Türkiyənin 1 hərbçisi şəhid olub, 3-ü yaralanıb
Bakı Dövlət Sirki mövsümü “Water land” proqramı ilə açacaq
Əfqan məhsulları Ticarət Sərgisi keçiriləcək
Səfir: “Azərbaycana böyük diqqət yetiririk”
İstiqlal.az-ın arxivi
"İstiqlal.az"
Xəbər Portalı
e-mail: istiqlal.mmc@gmail.com
Copyright©2013 "İstiqlal.az" MMC
Materiallardan istifadə zamanı
www.istiqlal.az saytına
istinad zəruridir
X

Bəyənin və "İstiqlal.az"-ı Facebook lovhənizdən izləyin